ALMAN DİLİ KAFEDRASI

600

Kafedra 1967-ci ildə alman, ingilis və fransız dilləri üzrə İsmixan Rəhimov, Cəfər  Cəfərov, Nəzakət Ağazadə və Ənvər Rzanın təşəbbüsü ilə açılıb. Sonradan, yəni 1991-ci ildə ümumi Tərcümə kafedrası yaradılıb, alman, fransız, ingilis dilləri bir kafedrada birləşib. 1993-cü ildən kafedralar ayrılıb və müstəqil olaraq Alman dili tərcümə kafedrası fəaliyyətə başlayıb. Kafedranın ilk müdiri prof. Çərkəz Qurbanlı, sonra Aybəniz Abbasova, daha sonra isə Ələkbər Qubatov olub . Hazırda kafedra müdiri vəzifəsini f.f.d.dos. Nilufər Məmmədzadə icra edir.

Kafedranın 7 nəfər 1,0 ştatlı, 2 nəfər 0,5 ştatlı, 2  nəfər 0,75 ştatlı müəllimi, 1 nəfər b/ laborantı olmaqla 12 əməkdaşı var.

Alman dilini  yüksək səviyyədə tədris etmək, kadrların elmi fəaliyyətini artırmaq, təhsilin istər bakalavr, istərsə də magistr pilləsində yüksək, müasir səviyyədə tədrisin  aparılması, dövrün tələblərinə cavab verən tərcüməçi mütəxəssislərin hazırlanması, habelə dövlət əhəmiyyətli materialların tərcüməsi kafedranın əsas fəaliyyət istiqamətlərindəndir.

Kafedranın daxili fəaliyyətinə aşağıdakılar aiddir:

  • Universitet rektorluğu tərəfindən təsdiq olunmuş iş cədvəli əsasında ayda 1 dəfədən az olmayaraq kafedra iclaslarının keçirilməsi. Lazım gəldikdə növbədənkənar iclasların keçirilməsi.
  • Ayda iki dəfədən az olmayaraq bölmə iclaslarının keçirilməsi, təcili məsələlərin müzakirəsi.
  • “Tərcümənin aktual problemləri” mövzusu ətrafında seminarların təşkil olunması.
  • Müxtəlif jurnallara təqdim olunan məqalələrin müzakirəsi və rəyin verilməsi. Elmi konfranslar üçün nəzərdə tutulmuş tezislərin müzakirəsinin keçirilməsi və rəy verilməsi.
  • Kafedra əməkdaşlarının hazırladıqları dərs vəsaiti, dərsliklərin və proqramların müzakirəsinin keçirilməsi.
  • Kafedra üzrə hazırlanacaq lüğətlərin yoxlanılması və müzakirəsi.
  • Tədris islahatları ilə bağlı yeni təlim materialları və tədris strategiyaları ilə müəllimlərin müntəzəm məlumatlandırılması işinin təşkili.
  • Kafedra müəllimlərinin xaricdə təkmilləşmə kurslarında iştirakına dəstəyinin təmin edilməsi.
  • Yeni eksperimental sistemə keçid (TEMPUS proqramı üzrə) və kredit sistemi ilə bağlı müntəzəm olaraq müxtəlif məsələlərin: sillabusların, təqvim planlarının, yeni proqramlarının müzakirə edilməsi, fənlər üzrə təqdimatlarda iştirak.
  • Kafedrada yerli və beynəlxalq tədbirlərin keçirilməsi ( Milad və Novruz bayramları, “Alman dili” günü)
  • Alman dili mərkəzi və alman dili kafedrasının birgə fəaliyyəti (danışıq klubu, mərkəzin kitabxanasının istifadəsi, mərkəzdəki texniki avadanlıqdan dərs zamanı istifadə, elmi-metodiki seminarların təşkili (məs. Almaniya, Avstriya və Türkiyədən gəlmiş tərcüməçi və linqvistlərin dəvət edilməsi)
  • ADU-nun digər kafedra və fakültələri ilə əməkdaşlıq.
  • Universitetimizdə TEC xətti ilə keçirilən konfranslarda tələbələrin iştirakının təmin edilməsi.

Alman dili kafedrası universitetin digər kafedraları ilə əlaqə saxlayır, çünki alman dili BM və Regionşünaslıq, Filologiya fakültələrində də tədris edilir. Kafedra əməkdaşları hər bir fakültədə keçirilən alman dili fənləri üzrə proqramlar tərtib etmişlər. Kafedramız ümumrespublika və universitetdaxili konfrans və seminarlarda fəal iştirak edir. Respublikamızda fəaliyyət göstərən elmi-nəzəri jurnallarda məqalələrlə çıxış edirlər. TEC xətti ilə keçirilən konfranslarda və olimpiadalarda  tələbələrimiz böyük fəallıq göstərir, mükafatlar alır, plenar iclaslarda çıxış edirlər. Hər il onlarla tələbənin TEC-in konfransında elmi məqalələrlə çıxış etmələrinə xüsusi qayğı göstərilir, səmərəli istiqamət verilir.

Bədii tərcümə sahəsində də kafedranın uğurları var. Kafedramızın professoru Ə.Qubatov, f.f.d.dos. V. Hacıyev, dos. Y.Allahverdiyev həm klassik, həm də müasir ədəbiyyatımızdan alman dilinə əsərlər tərcümə etmişlər. F.f.d.dos. N.Məmmədzadənin alman dilindən tərcümə etdiyi hekayələr dövri mətbuatda çap olunmuşdur.

Alman dili kafedrasının akademik proqramlarına hər iki təhsil pilləsi – bakalavr və magistr pillələri üzrə hər bir fənn üçün proqramlar daxildir. Kafedrada tədris olunan fənlərə müvafiq fərdi plan və sillabuslar  hazırlanır və  tədris ili başlamazdan əvvəl  müzakirə olunaraq təsdiq edilir.

Tədris proqramları və sillabuslar hazırlanarkən aşağıdakı amillərin vəhdəti nəzərdə tutulur:

  • Təlimdə kommunikativ metodlara, interaktivliyə əsas yer verilir.
  • Qrammatik materialın tədrisində əlahiddəlik deyil, mətndə rast gəlinən konkret qaydaların izahı və öyrədilməsi üstünlük təşkil edir.
  • Canlı ünsiyyət, dil daşıyıcısının  fikirlərini aydın başa düşmək və nitq-mətn yaradıcılığı əsas məqsəd kimi nəzərdə tutulur.
  • Müəllimlər və tələbələr arasında interaktiv ünsiyyətə ayrıca diqqət verilir.
  • Həm şifahi, həm də yazılı nitq bacarıqlarının vəhdət şəklində öyrədilməsi əsas hədəf kimi nəzərdə tutulur. Təlimdə konkret təlim vəsaitlərindən yaradıcı istifadəyə, tənqidi münasibətə xüsusi əhəmiyyət verilir.
  • Təlim prosesində konkret ünsiyyət vəzifələri, kommunikativ səriştə əsas məqsəd kimi önə çəkilir.
  • Kafedranın müəllimləri hər iki növbədə fəaliyyət göstərir.

Kafedranın qarşısında duran əsas vəzifə praktik alman dilini tələbələrə  yüksək səviyyədə tədris etmək, tələbələri hər şeydən əvvəl vətənə, xalqına yararlı bir vətəndaş və yüksək ixtisaslı tərcüməçi kimi yetişdirməkdir. Praktik dil dərsləri: Eşidib anlama və nitq,  Oxuyub  anlama və yazı, Yazılı tərcümə,Yazılı anlama, Şifahi anlama, Tərcümə (1,2,3,4), Ölkəşünaslıq və mədəniyyətlərarası mədəniyyət, Ardıcıl tərcümə və qeydgötürmə, Kompüter tərcümə proqramları, Sənədləşmə və terminologiya, Seçmə fənlər (ictimai-siyasi, iqtisadi-texniki, elmi, tibbi, hüquqi tərcümələr və s.) Peşəkar tərcümənin əsasları, Sənədləşdirmə və terminologiya.

 Tədrisin magistr pilləsində ümumi tərcümə, seçmə fənlərin tədrisi alman dilinin  əsaslı şəkildə mənimsənilməsində mühüm rol oynayır. Kafedranın başlıca vəzifələrindən biri  kadr potensialının artırılması, kafedrada kadr  hazırlığını yüksək səviyyədə təmin etməkdir.Təhsilin magistr pilləsini uğurla başa vurmuş gənclərin kafedraya dəvət olunub işlə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Kafedra müəllimləri mütəmadi olaraq respublika və beynəlxalq səviyyəli konfranslarda, pedaqoji təcrübələrini artırmaq  üçün  seminarlarda iştirak edir. Kafedraya xarici mütəxəssislərin dəvət olunması sistemli şəkildə həyata keçirilir. Hər il bir xarici lektor kafedraya işləməyə gəlir. Kafedranın təcrübəli müəllimləri yeni fəaliyyətə başlayan müəllimlərin dərslərini dinləyir, müzakirələr aparır, onlara lazımi elmi-metodik göstərişlər verirlər. Kafedra öz elmi potensialını durmadan artırır. Kafedra da  3 nəfər f.f.d.dos., 1 nəfər f.e.d.prof. fəaliyyət göstərir.  Kafedrada dərs deyən müəllimlər elmi-tədqiqat işləri ilə məşğul olur, lüğət, dərs vəsaitləri və məqalələr  hazırlayırlar. Kafedrada çalışan müəllimlərin həm respublikada, həm də xaricdə məqalələri dərc olunur. Kafedra mütəmadi olaraq müxtəlif tədbirlər keçirir, almandilli ölkələrin səfirləri ilə görüşlər təşkil edir, tələbələrin müxtəlif  konfranslarda, forumlarda, dövlət əhəmiyyətli tədbirlərdə könüllü olaraq iştirak etməsinə şərait yaradır. Kafedra müdiri vəzifəsini icra edən  f.f.d.dos. Nilufər Məmmədzadə bütün bu işlərə, kafedranın elmi potensialının artırılmasına  daim diqqətlə və ciddi nəzarət edir.

Kafedranın 12 nəfər əməkdaşı var. Kafedranın 7 nəfər 1,0 ştatlı, 2 nəfər 0,5 ştatlı, 2  nəfər 0,75 ştatlı müəllimi, 1 b/ laborantı var.

№        Ad, soyad, atasının adı           Ştat

  1. f.f.d.dos. Məmmədzadə Nilufər Bəhlul q.

1

  1. f.e.d.dos. Hacıyev Vilayət Tapdıq o.

0,5

 

  1. f.f.d.dos. Əhmədova Xatirə Saleh q.

1

 

  1. dos. Hüseynova Afət Ayaz q.

1

 

  1. dos. Hüseynova Şəfəq Əsgər q.

1

 

  1. dos. Qurbanova Lətifə Məhərrəm q.

1

 

  1. dos. Allahverdiyev Yusif Savalan o.

1

 

  1. b/m Musəvi Nigar Fikrət q

0,75

 

9          b/m Qasımova Günel Sərxan q

1

 

10        b/m Əliyeva Səfa Arif q.

0,5

 

11        b/m  Qasımova Cəmilə Ramiz q.

0,75

 

12        b/lab. İskəndərova Tərifə

Kafedra üzrə tədris olunan fənlərin  hamısı tərcümə yönümlüdür. Hər bir fənnə aid tədris planı tərtib olunmuş, müəllimlər həmin planlar üzrə gündəlik dərslərini müxtəlif mənbələrdən seçilmiş materiallar əsasında qururlar. Məqsəd tələbələrin həm alman, həm də Azərbaycan dilinə tərcümə qaydalarını mənimsəmələrinə yönəldilir. Dərslərdə tələbələr tərcümə mədəniyyətinə nail olmaqla alman dilində zəngin lüğət ehtiyatına yiyələnir, qazanılmış bilik və vərdişlər gələcək fəaliyyətlərində davamlı münasibətə çevrilir.

Magistr pilləsində dərslərin əksəriyyəti tərcümə yönümlüdür. İctimai-siyasi, texniki, tibbi tərcümələr tədrisdə mühüm yer tutur. Magistraturada nəzəri dərslər də keçilir.

Kafedranın 2 nəfər müəllimi namizədlik dissertasiyasını müdafiə etmişdir. Dissertasiyanın məzmunu dil nəzəriyyəsi və dünya ədəbiyyatı istiqamətində olmuşdur.

2016/2017-ci tədris ilində aşağıdakı fənlərin tədrisi nəzərdə tutulmuşdur:

Bakalavr pilləsində:

  1. Eşidib anlama və nitq, oxuyub anlama və yazı 1-2 – 184 saat I kurs üzrə, praktik məşğələ
  2. Oxuyub anlama və yazı-1 – 184 saat, I kurs, praktik məşğələ
  3. Oxuyub anlama və yazı-2 – 184 saat, I kurs, praktik məşğələ

4.Yazılı anlama və yazılı ifadə 1- 98 saat II kurs, praktik məşğələ

  1. Yazılı anlama və yazılı ifadə -2 (D-B) – 98 saat II kurs, praktik məşğələ
  2. Şifahi anlama və şifahi ifadə (D-B)- 62 saat II kurs, praktik məşğələ
  3. Peşəkar tərcümənin əsasları – 78/79 saat II kurs, praktik məşğələ
  4. Tərcümə 1 (A-B) – 125 saat III kurs, praktik məşğələ
  5. Ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət – 48 saat II kurs, praktik məşğələ
  6. Sənədləşmə və terminologiya – 33 saat III kurs, praktik məşğələ
  7. Yazılı tərcümə (B-A) – 128 saat III kurs, praktik məşğələ
  8. Tərcümə (B-A) – 48/47 saat III kurs, praktik məşğələ
  9. Tərcümə 2 (A-B) – 128/125 saat III kurs, praktik məşğələ

14.Ardıcıl tərcümə və qeydgötürmə texnikası – 93/92 saat III lurs, praktik məşğələ

  1. Tərcümə 1 (A-B) – 128/125 saat, III kurs, praktik məşğələ
  2. Kompüter tərcümə proqramları – 48 saat III kurs, praktik məşğələ
  3. Tərcümə (B-A) – 102/99 saat IV kurs, praktik məşğələ
  4. Şifahi tərcümə (B-A) – 94/93 saat, IV kurs, praktik məşğələ
  5. Tərcümə (A-B) – 87/84 saat, IV kurs, praktik məşğələ
  6. Tərcümə – 3 (A-B) -135/129 saat IV kurs, praktik məşğələ
  7. Tərcümə – 4 (A-B) – 105/99 saat IV kurs, praktik məşğələ

Magistratura pilləsində:

  1. Ümumi tərcümə- 3 (sahələr üzrə seçim) – 62 saat II kurs, praktik məşğələ
  2. Seçmə fənn – 31 saat II kurs, praktik məşğələ
  3. Kafedranın yerli və beynəlxalq əlaqələri:

Alman dili tərcümə kafedrasının

  1. Hacəttəpə Universiteti
  2. Frayburq Universiteti
  3. Leypsiq Universiteti ilə beynəlxalq əlaqələri vardır.

Hacəttəpə universiteti ilə, Leypsiq universiteti ilə, Frayburq universiteti ilə müqavilə imzalanmışdır. Kafedranın əməkdaşlarından dos. A. Hüseynova 01-05.02.2011-ci ildə (Tempus proqramı ilə) Leypsiqdə, 04.-25.07.2011-ci ildə Frayburqda; dos. L.Qurbanova dekabr 2010-cu ildə (Tempus proqramı ilə) Leypsiq universitetində,  aprel 2009-cu ildə isə (Tempus layihəsi ilə), Hacəttəpə universitetində,  25.07.2004-cü ildə Göttingen (Qöte institutu xətti ilə) universitetində; S.Əliyeva iyul-avqust 2005-ci ildə (DAAD xətti ilə) Bamberq universitetində, dekabr 2011-ci ildə isə (Tempus proqramı ilə) Leypsiqdə; f.f.d.dos. N.Məmmədzadə, f.f.d.dos.X.Əhmədova  və dos. V.Hacıyev dekabr 2011-ci ildə (Tempus proqramı ilə) Leypsiqdə; Ş.Hüseynova 10.07.-31.07.2010-cu ildə Almaniyanın Frayburq şəhərində; G.Qasımova 01.12.-06.12.2013-cü ildə Hacəttəpə universitetində; T. İskəndərova 31.05.-26.06.2010 –cu il tarixində (Qöte İnstitutu xətti ilə) Almaniyanın Frayburq şəhərində təkmilləşmə kursunda seminarda olmuşlar.

2016-cı il oktyabrın 3-8 tarixlərində Məmmədzadə N.Frayburq və ADU –nun əməkdaşlığı çərçivəsində Qazaxıstanın Alma-Ata şəhərində Abay adına Pedaqoji İnstitutda keçirilən alman dili tarixi dil kimi qurultayında iştirak etmişdir.

Alman dili tərcümə kafedrasında elmi tədqiqat işləri əsasən tərcümə istiqamətində, eyni zamanda tədris üçün dərslik və ya dərs vəsaitlərinin hazırlanmasıdır. Bu istiqamətdə kafedranın əməkdaşlarından N.Məmmədzadənin “Yazılı anlama və yazılı ifadə”  proqramı, 2016, İxtisas: HS 040300 – Tərcümə, “Mütərcim” Tərcümə və Nəşriyyat Poliqrafiya Mərkəzi; Ş.Hüseynovanın isə “İşgüzar yazışmalar” – kitabı, (2016, “Mütərcim” nəşriyyatı) var.

Tərcümə dərnəyində görkəmli yazıçı və şairlərin əsərlərinin tərcümə variantları müzakirə olunur. Hər iki dilə tərcümə nümunələri universitetdaxili “Poliqlot” qəzetində dərc olunur. Tələbələrin müəllimlərlə birlikdə ekskursiyaları, tarixi yerlərə, təbiət qoynuna səfərləri təşkil olunur.

Paylaş