Rumıniya səfiri Dan İanku ADU-da

960

Azərbaycan Dillər Universitetində universitetin rektor vəzifəsini icra edən prof, Əfqan Abdullayevin Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan İanku və xanımı eyni zamanda səfirliyin diplomatik müşaviri Mihaela İanku ilə görüşü baş tutdu. Qonaqları otağında qəbul edən prof, Əfqan Abdullayev onları Dillər Universitetində görməkdən məmnunluğunu dilə gətirdi. İlk öncə özü haqqında qısaca məlumat verən prof, universitetin yaranması, fəaliyyət istiqamətləri, tədris prosesi və beynəlxalq əlaqələrindən danışdı. Ali təhsil müəssisəsində 7000-ə yaxın tələbənin 22 dildə təhsil aldığını deyən rektor, bu il universitetin 80 illik yubileyinin qeyd ediləcəyini ifadə etdi. Prof, həmçinin universitetin dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları ilə olan əməkdaşlıqlarından da söz açdı.

Paylaş