Konfutsi İnstitutunun əməkdaşları İctimai radioda olublar

237

 

Azərbaycan  Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutunun əməkdaşları Liu Yunrui və Aygül İmamhaci  Çinə həsr olunmuş “Yeni gün” verilişində iştirak etmək üçün İctimai radioda olublar. Azərbaycana səfərlərindən, Azərbaycan xalqının qonaqpərvərliyindən danışan qonaqlar bu ölkədə Çinə və Çin dilinin öyrənilməsinə böyük maraq olduğunu qeyd ediblər. Çin dilinin yazı qaydaları, bu ölkənin mədəniyyəti ilə bağlı maraqlı 15823676_1776174932633718_3016902077476860935_nməlumatlar verən Liu Yunrui Çinin mədəniyyəti, tarixi və dili ilə maraqlananları ADU nəzdindəki Konfutsi İnstitutunun mədəni tədbirlərində iştirak etməyə dəvət edib.

 Çinli qonaqlar ADU tərəfindən nəşr olunmuş, Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində çoxtərəfli fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı kitabı radio əməkdaşlarına hədiyyə edib. ADU nəzdindəki Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Konfutsi İnstitutunun əsas vəzifələrindən birinin Çin cəmiyyətinə Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatı barədə düzgün informasiya ötürülməsi olduğunu, həmçinin Azərbaycan və Çin kütləvi informasiya vasitələri (KİV), o cümlədən “Jenmin Jibao”, “Çin gəncliyi” qəzetləri və “Sinxua” İnformasiya agentliyi arasında əməkdaşlıq qurulduğunu qeyd edib.

Paylaş