ADU-da “Oxuma və oxunma problemi” mövzusunda müzakirə keçirildi

242

Tədbirdə Azərbaycan Dillər Universitetinin tələbələri ilə yanaşı digər ali təhsil müəssisələrinin tələbələri də iştirak edirdi.
Hər kəsi salamlayaraq sözlərinə başlayan tədbirin aparıcısı Tural İsmayılov qonaqları iştirakçılara təqdim etdi, belə tədbirlərin “Fəlsəfəçilər Akademiyası” özfəaliyyət klubu tərəfindən davamlı olaraq keçirildiyini dilə gətridi.
Tədbirdə qonaq qismində iştirak edən şairlər Səlim Babullaoğlu və Qismət Rüstəmov çıxışlarında mövzunun önəmindən bəhs etdilər. Kitab oxumaq qədər doğru kitabı doğru şəkildə oxumağın daha önəmli olduğunu qeyd edən qonaqlar, hər evdə kitab və kitab rəfi görüntüsünün olmağının da vacibliyini vurğuladılar.

Paylaş