ADU-da Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Turan Mübarizi” kitabının təqdimat mərasimi

135

İlk öncə çıxış edən universitetin Tərbiyə İşləri üzrə prorektoru prof, Ələddin Əliyev xalqımızın igid oğlu Mübariz İbrahimovun qəhrəmanlığından danışdı, onun həyat yolunu belə bir kitabda nümayiş etdirməyin böyük şücaət olduğunu dilə gətirdi.
Universitetin Pedaqoji ingilis dili-alman dili fakültəsinin dekanı, professor Fikrət Cahangirov çıxışında Mübariz İbrahimovun təkcə Azərbaycanın deyil bütün türk dünyasının qəhrəmanı olduğunu vurğuladı.
Daha sonra iştirakçılara Azərbaycan Dillər Universitetin TV Studiyası AUL Channel tərəfindən hazırlanmış “Ölməz qəhrəmanlıq salnaməsi” adlı sənədli film nümayiş olundu.

Paylaş