ADU-da “Gənc romançının etirafları” adlı kitabın təqdimatı keçirildi

385

Azərbaycan Dillər Universitetində Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru, Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov tərəfindən ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş italiyalı alim Umberto Ekonun “Gənc romançının etirafları” adlı müasir ədəbiyyata dair mühazirələr toplusu kitabının təqdimatı keçirildi. Xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Həmidə Əliyeva çıxışında iştirakçılara italiyalı alim Umberto Ekonun həyat və yaradıcılığı haqqında məlumat verdi. Dosent Ülviyyə Məmmədova isə tərcümə olunmuş kitab və onun tərcümə metodlarından danışdı.

Paylaş