ADU-da “Azərbaycanın Parisdə döyünən ürəyi” adlı tədbir keçirildi

277

Azərbaycan Dillər Universitetində universitetin Fransız dili kafedrasının təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadim, yazıçı, jurnalist Ceyhun Hacıbəylinin anadan olmasının 125 illik yubileyinə həsr olunmuş “Azərbaycanın Parisdə döyünən ürəyi” adlı tədbir keçirildi. Tədbirdə görkəmli xadimin həyat və yaradıcılığı haqqında məlumat verildi, tələbələr tərəfindən mahnılar ifa olundu. Ceyhun Hacıbəylinin fransız dilinə tərcümə etdiyi “Arşın mal alan” operasından fransız dilində nümayiş olunan səhnəcik də maraqlı səhnələrlə yadda qaldı.

Paylaş