“Xarici ölkələr ədəbiyyatı” kafedrası

1235

          Azərbaycan Dillər Universitetinin aparıcı kafedrası olan “Xarici ölkələr ədəbiyyatı” kafedrası 1993-cü ildə yaradılmış, “Ədəbiyyat tarixi” adı ilə fəaliyyət göstərmişdir. 2005-ci ildə kafedra “Xarici ölkələr ədəbiyyatı” kafedrası adlandırılmışdır. Müxtəlif  illərdə kafedraya fil.e.d., prof. Qorxmaz Həzi oğlu Quliyev, fil.e.d., prof. Zeydulla Abdulla oğlu Ağayev, fil.e.d., prof. Svetlana Əli qızı Cəbrayılova rəhbərlik etmişlər. Hazırda “Xarici ölkələr ədəbiyyatı” kafedrasına fil.e.d., prof. Aynur Zakir qızı Sabitova rəhbərlik edir.

      Xarici ölkələr ədəbiyyatı kafedrası respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabacıl iş təcrübəsinin öyrənilməsi və yayılmasını təşkil edir, yeni işə başlayan və gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərir, qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələri təşkil edir, profil üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsində, proqram, vəsait və dərsliklərin tərtib edilməsində fəal iştirak edir.

Hazırda “Xarici ölkələr ədəbiyyatı” kafedrasında 32 müəllim, 3 laborant fəaliyyət göstərir. Müəllimlərdən 3-ü fil.e.d., 13-ü fil.f.d-dur. Kafedrada 3 professor, 9 dosent, 4 baş müəllim, 16 müəllim fəaliyyət göstərir. Laborantlardan 2-si baş laborant, 1-i laborantdır. “Xarici ölkələr ədəbiyyatı” kafedrasının müəllimlərinin 14-ü tam ştat, 18-i yarım ştat müəllimlərdir.

№      Müəllimlərin adı və soyadı     Dərəcəsi      Ştatı

  1. Sabitova Aynur Zakir q. fil.e.d., prof.         0.5
  2. Quliyev Qorxmaz Həzi o. fil.e.d., prof..        0.5
  3. Xəlilli Şahin Həmid o. fil.e.d., prof.         0.5
  4. Nağıyeva Şəhla Bədir q. f.f.d., dos.   1.0
  5. Xankişiyev Nəsir Famil o. f.f.d., dos.   1.0
  6. İsmayılova Aybəniz Aydın q.          f.f.d., dos.   1.0
  7. Əliyeva Pakizə Gülməmməd q.       f.f.d., dos.   1.0
  8. Nuriyeva Nuranə Məcid q.     f.f.d., dos.   1.0
  9. Əliyeva Həmidə Əhməd q.    f.f.d., dos..  1.0
  10. Abdullayeva Yeganə Atamoğlan q. f.f.d., dos.   1.0
  11. Məmmədova Esmira Səməd q. f.f.d.,b/m     0.5
  12. Əliyeva Xuraman İlqar q.     f.f.d., dos.   1.0
  13. Əliyeva Ülviyyə Çingiz q. f.f.d.,dos.    1.0
  14. Vəkilova Rübabə Valeh q. b/m.   1.0
  15. Qurbanova Yaqut Əziz q.       b/m.   1.0
  16. Əliyeva Günel Təvəkkül q.   müəl. 1.0
  17. Süleymanova Nigar Eldar q. f.f.d. 0.5
  18. Hüseynli Gilə Mehdi q. b/m. kaf.müdirinin müavini     1.0
  19. İsmizadə Səbriyyə Yusif q. müəl. 0.5
  20. Əhmədova İlahə Adil q. müəl. 0.5
  21. Muradova Nərmin Aydın q.  müəl. 0.5
  22. Mürsəlova Pərvin Akif q müəl. 1.0
  23. Qarayeva Nigar Kamal q. müəl. 0.5
  24. Tağızadə İlahə Qədir q. müəl. 0.5
  25. Əliyeva Səyyarə Tahir q. müəl. 0.5
  26. Əhmədova Aliyə Xəlil q. müəl. 0.5
  27. Bağırova Gülşən Malik q. müəl. 0.5
  28. Rəsulova Nigar Nadir q. müəl. 0.5
  29. Əliyev Yusif Əsgər o. f.f.d.  0.5
  30. Əsədzadə Rasimə Fərhad q. müəl. 0.5
  31. Əlibəyova Zülfiyyə Fəxrəddin q. müəl. 0.5
  32. Mirzəyeva Vüsalə Kamilpaşa q. f.f.d   0.5
  33. Rəcəbova Nigar Yaşar q. baş lab.       1.0
  34. Allahverdi Şölə Qara q. baş lab. 1.0
  35. Qocayeva Leyla Elşad q. lab.    1.0

“Xarici ölkələr ədəbiyyatı” kafedrası bakalavr pilləsində müxtəlif ixtisaslar üzrə “Ölkə ədəbiyyatı tarixi”, “Ölkə filologiyasına giriş”, “Ədəbiyyatşünaslığa giriş”, “Ədəbiyyat nəzəriyyəsi”, “Dünya ədəbiyyatı”, “Ölkə ədəbiyyatının tədrisi metodikası”, müəyyən kurslar üzrə seçmə fənləri; magistratura pilləsində isə “Ədəbiyyatşünaslığın tarixi və metodologiyası”, “Ədəbiyyat və psixoanaliz”, “XX-XXI əsr kəsiyində bədii nəsr”, “XX əsr ədəbiyyatında poeziya”, “Ədəbiyyatşünaslığın müasir problemləri”, “Müasir ədəbiyyatda dramın modifikasiyası”, “XX əsr ədəbiyyatında “mədəniyyət romanı” fenomeni”, “Ədəbiyyatda postmodernizm”, “Ədəbiyyatda multikulturalizm” kimi fənləri tədris edir.

“Xarici ölkələr ədəbiyyatı” kafedrasının üzvləri  respublika və beynəlxalq tipli konfranslarda daim fəal iştirak etmişdir.

  1. “Tur Heyerdal və Azərbaycan” adlı beynəlxalq elmi konfrans
  2. Doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransı
  3. II Bakı Beynəlxalq Humanitar Forumu. Postmodernist Mədəniyyətdə Ənənəvi Dəyərlər Sistemi. Bakı, 4-5 oktyabr 2012
  4. Ümummilli Liderin anadan olmasının 89-cu ildönümünə və müasir Azərbaycan dövlətçiliyinin 94 illiyinə həsr olunmuş “Müasir dünyada inteqrasiya və müqavimət prosesləri” konfransı. Bakı, 9 iyun 2012
  5. “Türk xalqlarının II uşaq ədəbiyyatı konfransı”. Bakı, Qafqaz Universiteti, 2012
  6. Ümummilli Liderin anadan olmasının 90 illiyinə həsr olunmuş “Xarici dillərinin tədrisinin aktual problemləri” adlı Beynəlxalq elmi-praktik konfrans. Bakı, 6-7 may, 2013
  7. “XXI əsr mədəni paradiqması multimədəni aspektdə” respublika elmi-praktik konfransı. Bakı, 25-26 noyabr, 2014
  8. “Xarici dillərinin tədrisinin aktual problemləri” adlı respublika elmi-praktik konfransı. ADU, 7-8 may, 2014
  9. ADU-nun Tələbə Elmi Cəmiyyətinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş illik konfransı. Bakı, 23-25 aprel, 2014
  10. IV Bakı Beynəlxalq Humanitar forumu. Bakı, 2-3 oktyabr 2014
  11. ADU-nun “Dil və mədəniyyət” adlı Respublika elmi-praktiki konfransı. Bakı, 8-9 oktyabr 2015
  12. Kitabi-Dədə Qorqud dastanı”nın alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr edilmiş beynəlxalq konfrans. Drezden şəhəri. 16-17 dekabr 2015
  13. “Müqayisəli ədəbiyyat və mədəniyyət: Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları” mövzusunda beynəlxalq konfrans. Baku Slavic University and Azerbaijan Comparative Literature Association. Bakı, 27-28 noyabr, 2015
  14. Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu – III, Bakı: Qafqaz Universiteti, 21-23 aprel 2016
  15. Tələbə Elmi Cəmiyyətinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş illik konfransı
  16. “Xarici dillərin tədrisinin aktual problemləri” Respublika elmi-praktik konfransı. ADU. Bakı. 5-6 may, 2016
  17. Doktorant və gənc tədqiqatçıların XX Respublika elmi konfransı. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Bakı, 24-25 may 2016
Paylaş