Ümumi dilçilik kafedrasının tarixi, fəaliyyəti və istiqamətləri

837

 

Ümumi dilçilik kafedrası universitetin Filologiya və jurnalistika fakültəsinin əsas tədris və elmi struktur bölməsidir. Kafedra bir neçə fənn üzrə tədris, metodiki və elmi tədqiqat işçilərinin  hazırlanması, ixtisaslarının artırılması işlərini həyata keçirir.

Ümumi dilçilik kafedrasında tədris olunan fənlər ali məktəblərin həm bakalavr, həm də magistratura pillələrində əsas fənlər sayılır və tədris planına xüsusi fənlər kimi daxil edilir. Ümumi dilçilik kafedrasının tədris etdiyi fənlər ali məktəblərin filologiya yönlü istiqamətində həmişə diqqət mərkəzində olmuşdur. Bu fənlərin tədrisində əsas məqsəd tələbələrə elmi – nəzəri bilikləri aşılamaq, dünya dilçiliyində aparılan tədqiqatlar zamanı əldə olunan fəlsəfi bilikləri tədris etməkdir, eyni zamanda dilçilik elminin yaranmasında xüsusi xidmətləri olan ayrı-ayrı dilçilərin elmdəki mövqeyini, yenilikləri və kəşfləri şərh etməkdir.

Ümumi dilçilik kafedrası 2000-ci ildən müstəqil kafedra kimi fəaliyyət göstərir.

   Ümumi dilçilik  kafedrasında 17 müəllim, 3 laborant fəaliyyət göstərir. Müəllimlərdən 4 nəfəri tam ştatda, 1 nəfər 0,25 ştatda, 12 nəfər isə yarımştatda iş­lə­yirlər. Müəllimlərdən 4 nəfəri filologiya elmləri doktoru, 10 nəfəri filologiya elmləri üzrə fəl­səfə doktoru, 3 nəfər baş müəllim, 2 nəfər isə müəllim vəzifəsində çalı­şır. On­lar­­dan 6 nəfəri professor, 3 nəfəri dosent, 3 nəfəri b/müəllim, 2 nəfəri müəllim vəzifəsində işləyir.

Tələbə Elmi Cəmiyyətində  kafedranın  müəllimləri elmi rəhbər kimi çalışırlar. TEC-in keçirdiyi  konfranslarda Ümumi dilçilik bölməsi üzrə  tələbələrin müxtəlif elmi mövzular üzrə məruzələri dinlənilir, onların məruzələri xüsusi diqqət cəlb edir və onlara müxtəlif dərəcəli diplomlar verilir. Kafedranın  əməkdaşları tədris ili boyunca  beynəlxalq və respublika səviyyəli konfranslarda məruzələr edirlər. Kafedranın əməkdaşlarından prof. A.Y.Məmmədov və prof. J.Qəribova “Azərbaycan multi­kulturalizmi” dərsliyinin həmmüəllifləridir. Kafedranın professoru H.Zərbəliyevin “Числительные в Австронезийских языках (Языковые системы счисления)” adlı kitabı Sankt – Peterburqda çapdan çıxmışdır.

Ümumi dilçilik kafedrasının müəllimlərinin ştat cədvəli

Prof. Məmmədov Azad   Yəhya – kafedra müdiri

Prof. Zərbəliyev Həbib Məmməd – 0,5

Prof. Veysəlli Fəxrəddin Yadigar – 0,5

Prof. Hüseynzadə Çingiz Muxtar – 0,25

Prof. Kərimov Yaqub Kərim – 0,5

Prof. Qəribova Jalə Əhməd – 0,5

Dos. Quliyev Əsgər Qədir – 0,5

Dos. Hacıyeva Aytən Yunis – 1

Dos. Babayev Cəmil Məmmədağa – 0,5

b/m Köçərli Solmaz Tofiq – 1

b/m Abdinova Sevinc Əhməd – 0,5

b/m Qəmbərova Afaq Həsən – 0,5

b/m Səmədova Nəzrin  Hüseyn – 0,5

b/m Bayramova Fərəh Qılınxan – 1

müəllim İsmayılov Məmməd Allahverdi – 0,5

müəllim Hacıyeva Minəxanım Əfqan – 0,5

b/l  Əhmədova Solmaz Vəli – 1

lab. Verdiyeva Gülarə Tahir – 1

lab. Ələkbərova Gülşən Kamil – 1

 

 

Paylaş