Psixologiya kafedrası

804

Psixologiya kafedrası 10 sentyabr 1948-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun açıldığı tarixdən “Pedaqoqika və psixologiya” adı ilə fəaliyyətə başlamışdır və kafedraya Surxay Həsən oğlu Hacıyev rəhbərlik etmişdir. 1959-cu ildən M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu adlandırılan ali təhsil müəsissəsinin psixologiya kafedrasının müdiri 1962-1978-ci illərdə professor Fuad Əhməd oğlu İbrahimbəyov olmuşdur. 1978-2008-ci illərdə isə kafedraya psixologiya elmləri doktoru, professor Muxtar Əliş oğlu Həmzəyev, 2008-2012-ci illərdə isə Misgər Yolçu oğlu Məmmədov əvəzetmə ilə rəhbərlik etmişdir. 2013-cü ildən kafedraya psixologiya üzrə fəlsəfə doktoru, dosent Ceyhun Qurbanalı oğlu Alıyev rəhbərlik edir.

Kafedra universitetdə əsasən peşə və ixtisas hazırlığı üzrə həm bakalavr, həm də magistratura pilləsində fənlərin tədrisini həyata keçirir. Kafedrada tədris olunan fənlərdən aşağıdakları qeyd etmək olar: təlim psixologiyası, sosial psixologiya, etnopsixologiya, ali məktəb psixologiyası, psixolinqvistika, yaradıcılığın psixologiyası, uşaq psixologiyası, şəxsiyyət psixologiyası, ailə həyatının psixologiyası

Psixologiya kafedrası Azərbaycan Dillər Universitetinin aparıcı kafedralarından biridir, bütün fakültələrdə tələbələrin öz ixtisası və peşəsinə psixoloji hazırlığını həyata keçirir. Kafedra bütün fakültələrdə müvafiq semestrlər və kurslar üzrə psixologiya fənnini tədris edir.

            Kafedra həmçinin sosial psixologiya istiqaməti üzrə fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertant hazırlayır.

            Universitet daxilində tələbə və müəllim kollektivi arasında praktik psixologiyaya aid bilikləri təbliğ etmək, eləcə də universitetin təlim-tərbiyə prosesinin optimallaşdırılması üçün müsbət psixoloji iqlimi təmin etmək, tələbələrin və pedaqoji kollektivin psixoloji sağlamlığının möhkəmləndirilməsi işində onlara psixoloji xidmət göstərmək məqsədilə 2016-cı il dekabr ayından kafedranın nəzdində “İnam” adlı psixologiya dərnəyi fəaliyyətə başlamışdır. Dərnəyin fəaliyyət istiqamətlərinə müxtəlif problemlər üzrə psixoloji yardım və konsultasiyaların keçirilməsi, özünüdərketmə və şəxsiyyətin inkişafı ilə bağlı təlimlərin keçirilməsi, psixodiaqnostika və psixokorreksiya işlərinin aparılması, aktual sosial problemlərə aid dəyirmi masa, görüş, seminar, konfrans və psixoloji debatların keçirilməsi, müxtəlif problemlərə aid (özünəinamsızlıq, utancaqlıq, özünəqapanma, fobiya və qorxular, tənhalıq, özünüdərketmə və s.) psixoloji yardım və treninqlərin keçirilməsi aiddir.

            Kafedranın 2 professor, 3 dosent, 3 psixologiya üzrə fəlsəfə doktoru, 4 baş müəllim, 8 müəllim və 2 laborant olmaqla 22 nəfər əməkdaşı var.

Kafedranın nəşr etdiyi kitablar:

  1. Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 1991
  2. Azərbaycan məktəbində rus dilinin mənimsənilməsi psixologiyası. Bakı, 1991
  3. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2003.
  4. İ.Seyidovun redaktorluğu ilə. Psixologiya. Bakı – 2007.
  5. Məmmədov, M.Məmmədov. Diskurs təhlilinin koqnitiv perspektivləri. Bakı, 2010
  6. Q.Alıyev, R.N.Mirzəyev. İnsanı tanımağın yolları.2011
  7. İ.Seyidov . Menecmentin psixologiyası. Bakı, 2011.
  8. İ.Seyidov. Yaradıcılığın fenomenologiyası. Bakı, 2013.

Kafedranın əməkdaşları

  1. prof. Seyidov Səməd İsmayıl oğlu;
  2. prof. Vəliyev Qorxmaz Nüsrət oğlu;
  3. dos. Alıyev Ceyhun Qurbanəli oğlu;
  4. dos. Məmmədov Misgər Yolçu oğlu;
  5. dos. Quliyev Akif Əlihüseyn oğlu;
  6. psixo.f.d. Əliyev Əzim Əli oğlu;
  7. psixo.f.d.Babayeva Şəlalə Rasim qızı;
  8. psixo.f.d.Məmmədova İlhamə Şərafəddin qızı;
  9. b/m. İslamova Şəfəq İslam qızı;
  10. b/m. İbrahimova Tahirə Təyyar qızı;
  11. b/m. Əmirova  Sevinc Ənvər qızı;
  12. b/m. Zeynalova Heyran Məmməd qızı;
  13.  m. Rizayeva Gülnarə Sadıx qızı;
  14.  m. Babayeva Könül Əziz qızı;
  15.  m. Fərhatlı Satibə Əfəndi qızı;
  16.  m. Sadıxova Lalə Sabir qızı;
  17. m. Haqverdiyeva Könül Məmməd qızı;
  18.  m. Abbasova Gülnur Oqtay qızı;
  19.  m. Şahməmmədova Şəfəq İsmayıl qızı;
  20.  m. Dəmirova Ceyhunə Ceyhun qızı.

                          Laborantlar

1.b/lab.Qubadova Əminə Sudef qızı;

  1. lab.Həsənova Mətanət Fariz qızı.
Paylaş