Pedaqogika kafedrası

566

            Pedaqogika kafedrası Azərbaycan Dillər Universitetinin bir idarəedici və təşkilati strukturu olaraq tələbələrin (bakalavriatura), magistrantların (magistratura) və təkmilləşən müəllimlərin (Əlavə təhsil fakültəsi) pedaqoji hazırlığını təmin edir.

            Kafedra ADU və ölkə miqyasında pedaqoji tədqiqatların aparılmasında iştirak edir, respublikanın ümumtəhsil, orta ixtisas və ali məktəblərinin yüksək ixtisaslı pedaqoji kadr hazırlığı missiyasını həyata keçirir.

            Pedaqogika kafedrası universitet üzrə pedaqoji məsələlərin həllində (yeni pedaqoji texnologiya nümunələrinin və interaktiv təlim üsullarının tətbiqi və s.), nəzəri, ixtisas və metodika kafedralarına elmi-tədris işinin optimallaşdırılmasında yardım göstərir.

            Pedaqogika kafedrası respublikada təlim-tərbiyə prosesində yaxından iştirak edən şagirdlərə, tələbələrə, müəllimlərə, valideynlərə öz işlərini təkmilləşdirməkdə, nəzəri və praktik məsələlərin həllində kömək edir, bu işdə pedaqoji diaqnostikanın gələcək perspektivlərini müəyyənləşdirir.

            Kafedrada tədris olunan fənlərin məzmunu respublikada həyata keçirilən islahat proqramı çərçivəsində müvafiq sənədlərdən irəli gələn tələblər əsasında təşkil olunmuşdur. Kafedranın əməkdaşları Azərbaycan və dünya təcrübəsində özünü təsdiq etmiş nəzəriyyə və yanaşmalardan bəhrələnərək dövrün tələblərinə cavab verən müasir dərslik və dərs vəsaitləri hazırlayıb, tədrisdə tətbiqini həyata keçirirlər.

Pedaqogika kafedrası magistratura, dissertantura, doktorantura qurumları ilə mütərəqqi əlaqə qurur, respublikada elmi-pedaqoji, beynəlxalq səviyyəli diplomatların hazırlanmasında iştirak edir.

Pedaqogika kafedrası 1946-cı ildən fəaliyyət göstərir. 1946-1958-ci illərdə kafedraya Surxay Hacıyev, 1959-1972-ci illərdə dosent Qulam Məmmədov, 1973-1983-cü illərdə professor Aben Kərimov, 1984-2015-ci illərdə professor Nurəddin Kazımov rəhbərlik etmişlər.

2015-ci ildən isə kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nigar Eldar qızı Zeynalova rəhbərlik edir.

KAFEDRADA FƏALİYYƏT GÖSTƏRƏN MÜƏLLİM VƏ PROFESSOR HEYƏTİ

Hazırda kafedrada 18 müəllim fəaliyyət göstərir. Onlardan 7 nəfər pedaqogika üzrə fəlsəfə doktoru, dosent, 5 nəfər baş müəllim, 6 nəfəri isə müəllimdir. Kafedra əməkdaşlarının 2 nəfəri doktorant, 1 nəfəri dissertantdır.

KAFEDRANIN ƏSAS PRİNSİPLƏRİ:

  • Nəzəriyyə ilə təcrübənin əlaqəsi
  • İnteqrativlik
  • İnkişafyönümlülük
  1. p.f.d., dosent Zeynalova Nigar Eldar, dosent, kafedra müdiri-0.5 ştat.
  1. f.d., dosent Bəşirov Vidadi Paşa oğlu-tam ştat
  2. f.d., dosent Abbasov Oqtay Allahverən oğlu-tam ştat
  3. f.d., dosent Mustafayeva Jalə Ənvər qızı-tam ştat
  1. p.f.d., dosent Hüseynov Rəhim Həsən oğlu-0.5 ştat
  1. f.d., dosent Xəlilov İnqilab Qasım oğlu-tam ştat
  2. baş müəllim Həsənova Nailə Eldar qızı-tam ştat
  3. baş müəllim Ələkbərova Məhbubə İbrahim qızı-tam ştat
  4. baş müəllim Bağırova Tahirə Bəkir qızı-tam ştat
  5. baş müəllim Əliyeva Təranə Şəmsi qızı-tam ştat
  6. baş müəllim Xiyalova Naibə Batixan qızı-tam ştat
  7. müəllim Xaspoladova Sevda Aydın qızı-tam ştat
  8. müəllim Baxşəliyeva Arzu Nemət qızı-tam ştat
  1. müəllim Tahirova Şəfiqə Şiralı qızı-0.5 ştat
  2. müəllim Məmmədova Samirə Xəqani qızı-0.5 ştat
  1. müəllim Əliyeva Türkan Miryasin qızı-tam ştat
  1. müəllim Abdullayeva Gülnar Mirzə Ağa qızı-0.5 ştat
  2. müəllim Bəşirli Ülviyyə Kamil qızı-0.5 ştat

Bakalavr pilləsində:

Əsas fənlər:

Pedaqogika I

Pedaqogika II

İbtidai təhsilin pedaqogikası

Seçmə fənlər:

Pedaqoji ustalıq

Təhsilin idarə olunması

Müasir pedaqoji texnologiyalar

Azərbaycan məktəb və pedaqoji fikir tarixi

Şəxsiyyətyönümlü təlimdə şagird nailiyyətlərinin qiymətləndirilməsi

Ümumi təhsilin kurrikulumunun əsasları

Müasir təhsilin əsasları

Magistratura pilləsində:

Əsas fənn:

Ali məktəb pedaqogikası

Seçmə fənlər:

İbtidai təhsil pedaqogikasının müasir problemləri

Azərbaycanda təhsilin tarixi

PROQRAMLAR

Bakalavr pilləsi

Tədqiqatın əsasları

Pedaqogika

Pedaqogika (ingilis dilində tədris üçün)

Azərbaycanda məktəb və pedaqoji fikir tarixi

Müasir pedaqoji texnologiyalar

Magistratura pilləsi

İbtidai sinifdə təhsilin metodikası və metodologiyası

  1. Kafedra profil üzrə fənlərin tədrisi ilə məşğul olur.
  2. Kafedra IV kurs tələbələrinin istehsalat təcrübəsinə pedaqoji rəhbərliyi təmin edir.
  3. Plan üzrə və plandankənar elmi-tədqiqat işləri yerinə yetirir.
  4. Dissertantlara rəhbərlik edir.
  5. Tələbələrlə həm məşğələlərdə, həm də məşğələlərdən kənar vaxtlarda tərbiyə işləri aparır.
  6. Tələbələri kafedra nəzdində fəaliyyət göstərən “Gənc pedaqoq” dərnəyi və TEC xətti ilə elmi – tədqiqat işləri yerinə yetirməyə həvəsləndirir.
  7. Kafedra xətti ilə tədris edilən fənlər üzrə dərsliklər hazırlanır.
  8. Respublika miqyaslı tədbirlərdə, o cümlədən elmi konfranslarda fəal iştirak edir.
  9. Kafedrada 5804.01-Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə dissertasiya işlərinin müzakirəsi təşkil olunur.

Pedaqogika

Pedaqogika  (ingilis dilində)

Şəxsiyyətyönümlü təlimdə şagird nailiyyətlərinin qiymətləndirilməsi

Ümumi təhsilin kurrikulumunun əsasları

Pedaqogika fənninin tədrisində tələblərin müstəqil işinin təşkili

Təhsilin idarə olunması

Ümumi təhsilin kurrikulumunun əsasları

Müasir təlim metodları

Pedaqogika fənninin tədrisində İKT-dən istifadə

Paylaş