Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrası

163

Kafedranın tarixi və fəaliyyət istiqamətləri:

 

Kafedra 60-cı illərdən fəaliyyət göstərir. 90-cı ilədək yalnız qızlara tibbi hazırlıq dərsləri verərək fəaliyyət göstərib. Oğlanlara isə Mülki Müdafiə Qərərgahının işçiləri hərbi hazırlıq dərslərini tədris ediblər. 1991-ci ildən etibarən həm oğlanlar, həm qızlar bu kafedrada həm mülki müdafiə, həm də tibbi biliklərin əsasları fənnini öyrəniblər. Tədrisin sonunda dövlət imtahanı verən qızlar tibb bacısı, oğlanlar sanitar təlimatçısı ixtisası üzrə şəhadətnamələr alırlar.

Kafedra xüsusi əhəmiyyətli kafedra hesab olunur.

Azərbaycan Respublikası Təhsil nazirinin 29.03.2009-cu il 342 saylı əmrinə əsasən Dövlət Təhsil Standartının yeni strukturunda həm mülki müdafiə, həm də tibbi biliklərin əsasları fənni xüsusi fənn blokuna daxil edilmişdir.

Hazırda kafedra Azərbaycan Respublikası Prezidentinin “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 18.04.1998-ci il tarixli 700 saylı fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mülki müdafiənin təmin edilməsi haqqında” 25.09.1998-ci il tarixli 193 saylı qərarı, Azərbaycan Respublikası Prezidentinin Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında  16.12.2005-ci il tarixli 1182 saylı fərmanı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əsasnaməsi (19.04.2006 №394) əsasında işlənib hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.10.2009-cu il tarixli 1157 saylı əmri ilə təsdiq olunmuş yeni proqramla işləyir.

Həyat fəaliyyətinin təhlükəsizliyi” üzrə proqram Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “Hərbi, fiziki hazırlıq və həyat fəaliyyətinin təhlükəsizliyi”  bölməsində müzakirə olunmuş və 17.06.2009-cu il tarixli 10 saylı protokolu ilə təsdiq edilmişdir.

Mülki müdafiə ali məktəblərinin gündüz, axşam və qiyabi şöbələrinin tələbələri üçün, Tibbi biliklərin əsasları isə pedaqoji və humanitar yönümlü ali məktəblərin gündüz şöbəsi üçün əsas fənn sayılır və tədris planına xüsusi fənn kimi daxil edilir.

MM fənninin əsas məqsədi əhalinin ətraf mühitdə təhlükəsizliyinin, xüsusilə də kütləvi qırğın silahlarından müdafiəsinin təmin edilməsidir. Dillər Universitetinin tələbələri əsasən pedaqoji fəaliyyətə hazırlandıqları üçün və gələcək iş yerləri az yaşlı əhali qrupları arasında olduğuna görə, ilk növbədə onlar fövqəladə hallar (FH) zamanı hansı davranış qaydalarını bilmək lazım olduğunu mükəmməl bilməli, şəraitdən asılı olaraq hansı ardıcıllıqla riayət olunmasını dəqiq yerinə yetirməlidirlər. İlkin yardım və ilkin tibbi yardım vərdişlərinə  yiyələnməlidirlər.

MM fənnini öyrənməklə tələbələr nəyi öyrənəcəklər:

-insan sağlamlığına mənfi təsir edə biləcək FH-ı; FH baş vermə səbəblərini, onların növlərini, xarakterini, rast gəlmə tezliyini, hansı fəsadlara səbəb ola biləcəyini, bu işlərə kimlərin rəhbərlik etdiyini, ilkin olaraq hansı tədbirlərin görülməsini, hansı ardıcıllıqla görülməsini, hara müraciət olunmasını—iş yerində, yaşadığı ünvanda, küçədə, ictimai yerlərdə olarkən, hansı şəraitdən – FH yarandıqda ilkin davranış qaydalarını, hansı qüvvələrin bu işə cəlb olunmasından asılı olaraq, nə cür hərəkət edəcəklərini:

– Kütləvi qırğın silahları-onların növləri, zədələyici amillərini, onlardan mühafizə olunmaq yollarını, tətbiqi zamanı ilkin davranış qaydalarını, ilkin yardım tədbirlərini:

– Köçürmə tədbirləri, onların təşkili, köçürüləcəyi ərazi və ona verilən tələbləri:

– FH zamanı tətbiq ediləcək MM siqnallarını:

– Fərdi mühafizə vasitələri və onlardan istifadə qaydalarını:

-MM mühafizə qurğuları və əhalinin mühafizəsinin əsas prinsipləri və üsullarını:

-FH nəticələrinin aradan qaldırılması tədbirlərini və zədələnmə ocaqlarında qəza-xilasetmə və digər təxirəsalınmaz  işləri.

Fənn nəzəri olaraq keçirilsə də əyani tədris vasitələri və video filmlər nümayiş etdirilir.

TBƏ fənninin tədrisinin məqsədləri: tələbələri insan anatomiyası, fiziologiyası, xəstələrə qulluq, dərmanşünaslıq, daxili xəstəliklər, infeksion xəstəliklər, cərrahi xəstəliklər ilə tanış etmək, onlara ilkin yardım vərdişləri, xəstələrə qulluq qaydalarını öyrətməkdir.

TBƏ fənnini mənimsəməklə tələbələr

-insanın quruluşu və funksiyalarını öyrənəcək,

-ürək çatışmazlığı, stenokardiya, miokard infarktı, hipertonik kriz, diabetik koma kimi xəstəliklərin əsas kliniki əlamətlərini və həmin xəstəliklər zamanı ilkin tibbi yardım etməyi öyrənəcəklər;

-lazımi dərman müdaxiləsi etmək – əzələiçi, dərialtı inyeksiya etmək, dərman maddələrinin yararlılığını təyin etmək,

-müxtəlif zəhərlənmələr zamanı ilkin davranış qaydalarına əməl etmək,

-xəstələrə qulluq zamanı arterial təzyiqi ölçmək, nəbzi, tənəffüs hərəkətlərini saymaq, isidici və soyuducu kompreslər etmək, yayındırıcı müalicə vasitələrini tətbiq etmək, xəstələrin gigiyenası ilə bağlı tədbirləri həyata keçirmək qaydalarını

-Ürəyin qapalı massajı, süni tənəffüs vermək,

-nəqliyyat immobilizasiyası etmək,

-qanaxmaları  müvəqqəti saxlamaq,

-xəstələri daşımaq,

-düzgün sarğı qoymaq, müxtəlif hadisələr zamanı ilkin tibbi yardım

müxtəlif zəhərlənmələr zamanı ilk yardım;

-ilkin davranış qaydalarına əməl etmək,

-müxtəlif infeksion xəstəliklər zamanı hansı profilaktik tədbirlər görülməsinin ardıcıllığını, vacibliyini öyrənəcəklər.

Kafedra yuxarıda göstərilən fənləri tədris etməklə yanaşı, son dövrlər üçün daha aktual olan mövzular – daha geniş yayılmış infeksion xəstəliklər, onların profilaktikası, pis vərdişlər və onlardan qorunma yolları ilə baglı tez – tez geniş tədbirlər keçirir və bu tədbirlərə müxtəlif təşkilatların nümayəndələrini dəvət edir, bir sözlə tələbələri maraqlandıran bütün suallar həmin tədbirlərdə geniş müzakirə olunur.

2012-2013-cü tədris ilinin əvvəlində universitetimizdə aparılan struktur dəyişikliklərinin nəticəsi olaraq ADU-nun Elmi Şurasının 10.10.2012-ci il tarixli iclasının (2 saylı protokol) qərarı və 109 saylı əmrinə əsasən Bədən tərbiyəsi kafedrası Mülki müdafiə kafedrası ilə birləşərək Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrası adlandırılmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.09.2014-cü il tarıxli, 46-11-5870/17 saylı məktubuna, Elmi Şuranın 26.10.2016-cı il tarixli qərarına əsasən Mülki müdafiə, Tibbi biliklərin əsasları və Bədən tərbiyəsi kafedrasından Bədən tərbiyəsi bölməsi ayrılmışdır.

Hal-hazırda kafedrada 25 müəllim, 5 laborant fəaliyyət göstərir. Onlardan 1 nəfər biologiya üzrə fəlsəfə doktoru – dosent, 1 nəfər psixologiya üzrə fəlsəfə doktoru, 1 nəfər dosent, 14 nəfər baş müəllim, 9 nəfər isə müəllim vəzifəsində çalışır. Müəllimlər pedaqoji fəaliyyətlə yanaşı, elmi fəaliyyətlərini də davam etdirirlər. Belə ki, vaxtaşırı olaraq müxtəlif konfranslarda iştirak edir, elmi məqalələrlə çıxış edirlər və müxtəlif elmi jurnallarda öz elmi əsərlərini çap etdirirlər.

 

 

 

 

Kafedrada fəaliyyət göstərən müəllim və professor heyəti

Soyadı,adı,atasının adı Elmi dərəcə Ştat
1 Zamanova Sevda Xasay b.e.n.dosent 0,5
2 Kələntərova Esmira Əsgər baş müəllim 1
3 Musayeva Sevda Nəriman baş müəllim 1
4 Məmmədova Yeganə Füzuli baş müəllim 1
5 Hüseynova Zümrüd Əziz baş müəllim 1
6 Məmmədova Nahidə Məcid baş müəllim 1
7 Musayeva Sədaqət Ağayar baş müəllim 1
8 Rəfiyeva Ziyafət Məmməd baş müəllim 1
9 Məmmədov Nazim Məmmədəli dosent 1
10 Əsgərova Mətanət Ələkbər baş müəllim 1
11 Seyidbəyova Leylaxanım Tələt baş müəllim 1
12 Hacıyeva Aygün Eldar baş müəllim 1
13 Mirsalamova Səfurə Asim baş müəllim 1
14 Əhmədova Rəna Kamal baş müəllim 1
15 Əhmədova Sevda Musa baş müəllim 0,75
16 Şeyxova Lalə Azər baş müəllim 0,5
17 Həsənova Gülşən Məhərrəm  müəllim 1
18 Kərimova Aygün Əhməd  müəllim 1
19 Əzizova Xatirə Səlim  müəllim 1
20 Qədirova İlahə Sərdar psix.üzrə f.d. 0,5
21 Zeynalova Aytən Surxay müəllim 1
22 Salamzadə Gülarə Əmir müəllim 0,5
23 Tağıyeva Zülfiyyə Vidadi müəllim 1
24 Ələkbərova Nərgiz Ramiz müəllim 1
25 Əliyeva Aytac Niyazi müəllim 0,5
26 Əliyeva Vüsalə Məmmədyar baş laborant 1
27 Mahmudova İlhamə Nurəddin baş laborant 1
28 Paşayeva Dilşad Əlibala baş laborant 1
29 Yusifova Sevinc Məlikəli laborant 1
30 Paşayeva Günel Arif laborant 1
Paylaş