Linqvokulturologiya kafedrası

550

  Linqvokulturologiya kafedrası 2013 –cü ildən təşkil olunmuşdur. Əvvəlki adı ingili dilininin leksikası və ölkəşünaslıq olmuşdur.

  Linqvokulturologiya kafedrasının müdiri fil.e.d., prof. Məsməxanım Qazıyevadır.

Linqvokulturologiya kafedrasında 42 müəllim çalışır. Onlardan 2 nəfər fil.e.d., professor, 6 nəfər dosent, 5 nəfər fil.f.d, 13 nəfər baş müəllim, 16 nəfər isə müəllim vəzifəsində işləyir. Hazırda onlardan 4 nəfəri analıq məzuniyyətindədir. Kafedrada 4 laborant işləyir, onlardan biri analıq məzuniyyətindədir.

  Kafedra əməkdaşlarının 10 nəfəri doktorantdır. Bundan əlavə, kafedraya digər universitetlərdən də təhkim olunmuş 7 dissertant var.

 2010-2016-cı tədris illərində kafedrada bakalavr pilləsində ingilis dili  (I-II-III-IV kurslarda), seçmə fənlərdən Mədəniyyət və ünsiyyət, İşgüzar ingilis dili, gündəlik ingilis dili, kütləvi informasiya vasitəsi, cəmiyyət və ictimai davranış tədris olunur. Kafedrada tədris olunan fənlərin proqramları, dərslik, dərs vəsaitləri təminat və sillabusları var.

        Kafedranın əməkdaşları həm Azərbaycanda, həm də xarici ölkələrdə (İngiltərə, Moldova, Moskva, Avstriya, Almaniya və digər ölkələrdə) keçirilmiş müxtəlif treyninqlərdə iştirak etmiş və bir çox sertifikatlar əldə etmişdir.

        İş planında götürülən tədris-metodiki işlər, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, onların müzakirəsi qeyd olunur.

        Kafedrada elmi-tədqiqat istiqamətinə plana uyğun işlər görülür. 2010-2016-cı təqvim ilində 3 monoqrafiya, 3 dərslik, 8 dərs vəsaiti və illər üzrə məqalələr var.

        Ümumiyyətlə, kafedranın üzvləri dərslərdə fəallıq göstərir, yeni metodlardan istifadə edir. Kafedra üzvləri təlim olunan fənlərin il ərzində lazımi səviyyədə öyrənilməsini təmin etmək üçün fənn materiallarını təkmilləşdirir, seminar və praktik məşğələləri yüksək səviyyədə keçirir. Kafedra üzvləri tədris olunan kitabların siyahısını təzələyir və buna uyğun olaraq sillabuslar, qarşılıqlı dinləmə həyata keçirir. Kafedra müəllimləri il ərzində bir –birlərinin dərslərində iştirak edir.

          Elmi-tədqiqat işləri müxtəlif ədəbiyyatlar, zəngin mənbələr əsasında aparılır. Elmi-tədqiqat işlərinin nəticələri təlim prosesində seminar və praktik məşğələlərdə istifadə olunur.

          Elmi işlər illik plan əsasında kafedra üzvləri tərəfindən yerinə yetirilir.

          Bu günə kimi prof. M.Qazıyeva 20-dən çox dissertant, doktorantlara rəhbərlik etmiş, onlardan artıq 11-i müdafiə etmişdir. 4-ü isə ilkin müzakirələrdən keçərək, müdafiəyə buraxılmışdır. Bundan əlavə prof. M.Qazıyeva bir çox dissertantlara opponentlik edir, rəylər verir.

 Kafedra üzvləri universitetdə keçirilən tədbirlərdə fəal iştirak edir. Hər il universitetdə təşkil olunan “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusuna həsr olunmuş konfranslarda müxtəlif mövzularla çıxış edir. Təkcə Azərbaycanda deyil, həmçinin xarici ölkələrdə də konfranslarda iştirak edib, sertifikatlar qazanır.

         Kafedra üzvləri Tələbə Elmi Cəmiyyəti ( TEC ) üzrə keçirilən konfranslarda tələbələrə rəhbərlik edir, aktual problemlərə həsr olunmuş mövzuların işlənməsində onlara yardımçı olur.

         Bir qayda olaraq kafedra üzvləri yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələrindən seminar və praktiki məşğələlərdə istifadə edir. Prof. M.Qazıyevanın “ This is America”, eyni zamanda dos. K. Cəfərova ilə birlikdə hazırladıqları “ This is Great Britain” dərslikləri ölkəşünaslıq dərslərində istifadə olunur ( qeyd edək ki, Azərbaycanda ölkəşünaslığa aid ingilis dilində nəşr olunmuş ilk dərslikdir). Əlavə olaraq silsilə təşkil edən “ This is Azerbaijan” çapdn çıxmışdır. “ English in Use”, “ Newspaper Reading”, “ Culture and Communication”, “ Everyday English in Communication” və digər dərs vəsaitləri də dərslərdə istifadə olunur.

Paylaş