Linqvodidaktika kafedrası

793

Kafedranın yaranması və tarixi: 1937-1941-ci illər respublikamızda xarici dil mütəxəssislərinin hazırlanmasında mühüm mərhələ təşkil edir. Bununla əlaqədar olaraq 1936-1937-ci illrədə APİ-nin dillər kafedrasında üç müstəqil kafedra, Azərbaycan dili, Rus dili və Xarici dil kafedraları yarandı. 1939-cu ilin mayında Moskva şəhərində Xarici dil müəllimlərinin Birinci Ümumittifaq müşavirəsi keçirildi. Xarici dillərin tədrisi ilə bağlı olan bu müşavirədə xarici dillərin tədrisi metodikasının işlənilməsində problemlərin aradan qaldırılması və metodiki məsələlərin elmi-tədqiqat mövzularına daxil edilməsi müzakirə olundu. Xarici dil müəllimlərinə ethiyacın olması xüsusi vurğulandı. Bu ehtiyacı ödəmək üçün Xalq Maarif Komissarlığı Bakı şəhərində ayrıca Xarici Dil İnstitutunun olması haqqında 1941-ci ildə əmr verdi. 1948-ci il iyun ayının 28-də Bakı şəhərində Pedaqoji Xarici Dil İnstitutunun açılması haqqında əmr verildi. İnstitutun açılması ilə 1948-ci ildə ilk dəfə olaraq Xarici Dillərin Tədrisi metodikası kafedrası yaradıldı. Bu kafedra ingilis, fransız və alman dilləri üzrə ixtisaslaşmışdı. Kafedranın ilk müdiri Yevqeniya Zaxarovna Qirşqorn olmuşdur. Kafedra yarandığı ilk günlərdən tədrisin qarşısında duran problemlər istiqamətində fəaliyyətə başladı. Əsas məsələlərdən biri pedaqoji təcrübənin keçirilməsi üçün baza məktəblərinin müəyyən edilməsi idi. Kafedra müdiri dosent Y. Qirşqornun IV kurs tələbələrinin pedaqoji təcrübəsi haqqında hesabatı geniş müzakirəyə çıxarıldı. 1949-cu il aprelin 2-də III kurs tələbələrinin ilk pedaqoji təcrübəsi haqqında məruzə olundu. İlk pedaqoji təcrübə İngilis və Alman dili ixtisasları üzrə təşkil edilmişdi, belə ki, o vaxtlar Fransız dili ixtisası üzrə III və IV kurslar yox idi. Növbəti illərdə baza məktəblərinin müəyyənləşdirilməsi üzrə genişmiqyaslı işlər görüldü. 190 saylı orta məktəb kafedra tərəfindən himayəyə götürüldü. Kafedranın müəllimləri müntəzəm olaraq bu məktəbin müəllimlərinə metodiki məsləhətlər verir, pedaqoji təcrübə zamanı tələbələrin hazırladıqları əyani vəsaitləri məktəblərə hədiyyə edir, məktəbin müəllimlərini institutda fəaliyyət göstərən Metodik Birliyə cəlb edir, ingilis və alman dilləri üzrə institutda dərnəklər təşkil edirdi. Tələbələrin çox hissəsinin azərbaycanlı olması nəzərə alınaraq 1953-1954-cü tədris ilindən ingilis və fransız dillərinin tədrisi metodikası Azərbaycan dilində tədris olunmağa başladı. İnstitut rəhbərliyinin 1955-ci il 25 iyun tarixli əmri ilə heç bir əsas olmadan Xarici Dillərin Tədrisi Metodikası kafedrası ləğv edildi. İngilis dilinin tədrisi metodikası kursu İngilis dilinin qrammatikası və İngilis dilinin leksikası kafedralarına, Alman və Fransız dillərin tədrisi metodikası kursu Alman və Fransız dilləri kafedralarına verildi.

1961-ci il 24 iyul tarixli əmrlə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda Xarici Dillərin Tədrisi Metodikası kafedrası bərpa olundu. Pedaqoji elmlər namizədi dosent Tamara Əhmədova kafedraya müdir təyin olundu.

Kafedra fəaliyyətini ilbəil genişləndirirdi. Müəllim hazırlığında daha əhəmiyyətli addımlar atmaq üçün 1972-ci ildə xarici dil tədrisinin nəzəri və metodiki məsələləri üzrə mühazirələr oxumaq üçün kafedra Leninqrad Dövlət Universitetindən prof. L. N. Zinder və dos. L.A. Vervitskaya, M. Torez və bir çox digər alimləri APDİ-yə dəvət etmişdir. Eyni zamanda bu dövrdə kafedranın aspirant və dissertantları Moskva və Leninqrad şəhərlərinə ezam edilmişdir. 1972-1974-cü illərdən hazırki dövrə kimi kafedrada çalışan qocaman müəllimlər Z. Abdullayeva, Ə. Səfiyev, R.Salahov, L.Rəhimova və başqaları fəaliyyət göstərirdi.

Hazırda kafedraya prof. Hüseynzadə Gülnar Cabbar qızı rəhbərlik edir. O, 1974-cü ildən ADU-da, 1989-cu ildən Linqvodidaktika kafedrasında çalışır və 1995-ci ildən bu kafedranın müdiridir.

Kafedranın fəaliyyəti: Linqvodidaktika kafedrası geniş fəaliyyətə malik strukturlardan biridir. Bu kafedrada bakalavr və magistr pilləsi üzrə dərslər aparılır. Bundan əlavə kafedra pedaqoji təcrübənin təşkilini və ona nəzarəti təmin edir, bununla əlaqədar proqram hazırlayır. Bununla da kafedra universitetin digər şöbələri ilə sıx əlaqəyə malikdir. Kafedranın fəaliyyətinə aşağıdakılar daxildir:

  • Ayda iki dəfədən az olmayaraq kafedra iclaslarının təşkili;
  • Ayda iki dəfə olmaqla G. Hüseynzadənin rəhbərliyi ilə Z. Abdullayeva, Ə.Şirəliyev, Ə. Səfiyev kimi təcrübəli metodistlərin yeni fəaliyyətə başlayan müəllimlərlə görüşü, onlara lazımi tövsiyələrin verilməsi;
  • Ayda bir neçə dəfə olmaqla müxtəlif müəllimlərin dərslərində qarşılıqlı iştirak və bununla əlaqədar məruzələrin yazılması, dərslərin metodik təhlili;

2015-2016-cı tədris ilində Linqvodidaktika kafedrasında 47 nəfər (3 müəllim analıq məzuniyyətindədir) əməkdaş elmi fəaliyyətlə məşğul olur. Onlardan 1 nəfər p.e.d. professor, 2 nəfər elmlər namizədi-professor, 7 nəfər elmlər namizədi-dosent, 2 nəfər elmlər namizədi-baş müəllim, 15 nəfər baş müəllim, 20 nəfər müəllim vəzifəsində çalışır. Kafedrada yerinə yetirilən elmi-tədqiqat işləri aşağıdakı problem üzrə aparılır: “Xarici dillərin müxtəlif aspektlərinin ali və orta məktəbdə tədrisi”. Həmin problemlərlə əlaqədar olaraq kafedranın üzvləri iki mövzu üzrə tədqiqat aparmışdır.

Elmi-tədqiqat işləri təyin edilmiş cədvəl üzrə kafedra iclaslarında müzakirə edilərək qəbul edilmişdir.

Elmi-tədqiqat işlərinin hər biri ilə kafedranın müdiri prof.Hüseynzadə G.C. bilavasitə tanış olmuş və müəlliflərə lazımi məsləhət vermişdir.

  1. Kafedra üzvlərinin elmi konfranslarda və simpoziumlarda iştirakı.
  • 29 – 30 aprel, 2016-cı il tarixində Qafqaz Universitetində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı”

1.prof.Hüseynzadə G.C.”The problems of intercultural communication”.

  • 2016-cı il may 5-6 tarixində ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri” adlı Respublika Elmi-praktiki konfrans.

1.”Məcazlaşma dildə ritorik vasitə kimi” 4 səh.(prof.Yusifov G, b\m.Həsənova A.)

  • 2016-cı il oktyabr 20-21 tarixində ADU-da “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” adlı Beynəlxalq Elmi konfrans.
  1. Prof.Hüseynzadə G.C.” О некоторых путях повышения эффективности обучения речевой коммуникации на иностранном языке в языковом вузе” tezis
  2. b\m.Əliyeva Vüsalə ”Yarımşəkilçilərin yaranmasında çoxmənalılıq və omonimlik”tezis
  3. Məmmədova Mətanət “Некоторые вопросы повышения эффективности процесса обучения устной речи студентов , изучающих язык как специальность.”tezis
  4. b\m. Şükürova Fəridə “Dil fаkültələri tələbələrinə iхtisаs dilində yаrаdıcılıq qаbiliyyətinin аşılаnmаsının bəzi yоllаrı.” Tezis

Kafedra üzvlərinin çap olunmuş işləri. Hesabat dövründə kafedra əməkdaşlarının aşağıdakı işləri dərc olunmuşdur:

Prof.Hüseynzadə G.C.

” О некоторых путях повышения эффективности обучения речевой коммуникации на иностранном языке в языковом вузе” ADU,Beynəlxalq  konfrans materialları, oktyabr 20-21,2016, tezis

Prof. Səfiyev Əli

  1. Ali və orta məktəblərdə ingilis dilindən monoloji nitqin tədrisinin təkmilləşdirilməsi texnologiyaları. ADU, Elmi xəbərlər ,2016 №1məqalə
  2. Технологии совершенствования обучения монологической речи на английском языке в школе и вузе. Ученые Записки Баку,2016 №1məqalə

p.f.d. Şirəliyeva Günay

 Kommunikativ kompetensiyanın aşılanması yolları. ADU, Elmi xəbərlər 2016 №3, s.225-228,məqalə

Fil.f.d Əliyeva Nuriyyə

1.Dil materiallarının tədrisinə dair. Filologiya məsələləri  №2, 2016 məqalə

  1. Sadə nəqli cümlə modellərinə dair. Filologiya məsələləri №1, 2016 məqalə

Məmmədova Mətanət

1.Некоторые принципы формирования навыков устной речи на английском языке студентов языкого вуза. ADU, Elmi xəbərlər ,2016 №4, məqalə

2.Некоторые вопросы повышения эффективности процесса обучения устной речи студентов , изучающих язык как специальность. ADU,Beynəlxalq  konfrans materialları, oktyabr 20-21,2016,tezis

Balacayeva Şəhla

1.Xarici dillərin tədrisində informasiya-kommunikasiya texnologiyalarının roluna dair bəzi qeydlər. Filologiya məsələləri  №2, 2016 s.57-61,məqalə

  1. Xarici dillərin tədrisində çalışmaların rolu (ingilis dili materialları əsasında). Filologiya məsələləri №3, 2016 s.266-270, məqalə

Qəhrəmanova Zəhra

  1. İngilis dilinin tədrisində yazı və yazılı nitq haqda bəzi qeydlər. Filologiya məsələləri №3, 2016 s.52-56, məqalə
  2. Xarici dilin tədrisində dialoji nitqin öyrədilməsinə dair bəzi qeydlər. Filologiya məsələləri №2, 2015 s.161-165, məqalə

İbrahimova Aygün

1.İngilis dilinin tədrisində diskursun təşkili. Filologiya məsələləri  №4, 2016 s.280 məqalə

  1. Xarici dillərin tədrisində yazılı və şifahi diskursun təşkilinə dair. Filologiya məsələləri №4, 2016.151məqalə

Nəcəfova Təranə

1.Xarici dil mətnləri üzərində işin təşkilinə dair bəzi tövsiyyələr. Filologiya məsələləri  №2, 2016 s.28-32 məqalə

Fərəcbəyli Könül

1.Dil materiallarının tədrisinə dair. Filologiya məsələləri  №2, 2016 s.22-26məqalə

  1. İxtisası dil olan ali məktəblərin yuxarı kurs tələbələrinə eşidib-anlamanı inteqrasiya üsulları ilə təliminə dair bəzi qeydlər. BDU.Dil və Ədəbiyyat jurnalı №1, 2016.s.28-30 məqalə
  2. İngilis dili fakultələrində yuxarı kurs tələbələrinin eşidib-anlama vərdişlərinin təkmilləşdirilməsinə dair bəzi qeydlər. Filologiya məsələləri №3, 2016 s.35-39 məqalə

Qənbərova Elnarə

  1. Dil fakültələrinin aşağı kurslarında tələbələrə leksik vərdişlərin aşılanmasının bəzi xüsusiyyətləri. ADU, Dil və ədəbiyyat. Bakı, 2016,№1 s.231-235məqalə
  2. İxtisası xarici dil olan ali məktəb tələbələrinə ingilis dilinin ünsiyyət vasitəsi kimi tədrisinə dair bəzi tövsiyyələr. AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”. Bakı, 2016, №3 s.243-247məqalə.

Linqvodidaktika kafedrasında tədris olunan fənlər

  1. Aşağı orta oxu və nitq- I kurs
  2. Yuxarı orta oxu və nitq III kurs
  3. Orta oxu və nitq II kurs:
  4. Kurrikulumun əsasları (IV k.)
  5. Essex – Xarici dillərin tədrisinin əsasları -II kurs; İngilis dilinin xarici dil kimi tədrisi metodikası
  6. İngilis dilinin tədrisi metodikası

 

Linqvodidaktika kafedrası üzrə magistratura fakültəsində tədris olunan fənlər:

1.Kommunikativ dil təlimi

2.Seçmə fənn

3.Dil təlimi materialları və qiymətləndirilməsi

  1. XDTM-nin tarixi və metodologiyası- Əliyeva Günel

5.XDTM-in müasir problemləri

  1. Dilin mənimsənilməsi
  2. XDTM-nin linqvodidaktik problemləri
  3. Dissertasiya üzərində iş (II k.1 birl.)

9.Xarici dil tədrisinin planlaşdırılması. II kurs

Linqvodidaktika kafedrasında tədris olunan seçmə fənlər

  1. Conversation and Social Interaction
  2. Teaching Intercultural Communication
  3. English for Specific Purposes
  4. Teaching Language to Young Learners
Paylaş