İngilis dilinin üslubiyyatı kafedrası haqqında məlumat

974

   İngilis dilinin üslubiyyatı kafedrası  Azərbaycan Dillər Universitetində 1993-cü il 22 mart tarixli əmr əsasında  təsis edilmişdir. Həmin vaxta qədər isə kafedra “Roman-german filologiyası” adı altında fəaliyyət göstərmiş və kafedraya 1984-cü ilə kimi filologiya üzrə fəlsəfə doktoru, dosent Məryəm Səlim qızı Qarayeva rəhbərlik etmişdir. 2008-ci ildə kafedranın adında qismən dəyişiklik edilərək İngilis dilinin üslubiyyatı və nitq mədəniyyəti kafedrası adlandırılmışdır. 1984-cü ildən 2013-cü ilin yanvar ayınadək kafedraya filologiya elmləri doktoru, professor Mehparə Tələt qızı Qayıbova rəhbərlik etmişdir.

        2013-cü ilin aprel ayından İngilis dilinin üslubiyyatı və nitq mədəniyyəti kafedrasında filologiya elmləri doktoru, professor Fikrət Fətiş oğlu Cahangirov müdir kimi fəaliyyət göstərmiş və fakültə dekanı seçilməsi ilə əlaqədar olaraq, kafedra müdiri vəzifəsinə filologiya elmləri doktoru, dosent Sevinc Saday qızı Zeynalova seçilmişdir.

         Hazırda kafedranın elmi-tədqiqat və tədris işləri müəyyən istiqamətlər üzrə aparılır. Belə ki, dilin üslubları, diskurs təhlili və koqnitiv dilçilik problemləri, ingilis dilinin tədrisi və üslubi vasitələrin funksionallığı, linqvistik praqmatika problemləri kafedranın profil üzrə istiqamətinin əsasını təşkil edir. Kafedranın professor-müəllim heyəti Pedaqoji, Filologiya və jurnalistika fakültələrinin bakalavriat, magistratura və doktorantura pillələrində nəzəri və praktik məşğələlər aparır və eləcə də magistrant və doktorantlara elmi rəhbərlik edir.

        İngilis dilinin üslubiyyatı kafedrasında hazırda 38 əməkdaş fəaliyyət göstərir. Onlardan 20 nəfəri tam ştat, 14 nəfəri 0,5 ştat, 4 nəfəri laborantdır. Kafedra üzvləri arasında 3 elmlər doktoru, 2 professor, 7 fəlsəfə doktoru, dosent, 2 fəlsəfə doktoru b/m, 21 müəllim (7 müəllim analıq məzuniyyətində) var.

        2015-ci ildən etibarən İngilis dilinin üslubiyyatı kafedrasında bakalavr və magistratura pillələri üzrə aşağıdakı fənlər tədris olunmuşdur.

  1. İngilis dilinin üslubiyyatı
  2. Üslubiyyat və nitq mədəniyyəti
  3. Dil və mədəniyyət
  4. Koqnitiv dilçiliyin əsasları
  5. Praqmatikanın əsasları
  6. Oxu və nitq

      Kafedranın tədris etdiyi seçmə fənlər sırasına daxildir:

  1. İngilis danışıq modelləri (Conversational English Models)
  2. Mətn dilçiliyinə giriş (İntroduction to Text Linguistics)
  3. Mədəniyyət vasitəsilə ingilis idiomları (English İdioms through Culture)
  4. Ritorikaya giriş və tənqidi təfəkkür (İntroduction to Rhetoric and Critical Thinking)
  5. Mədəniyyətlər və janrlar arası əlaqə (Communication across Genres and Cultures)
  6. Hüquqi məqsədlər üçün İngilis dili (Legal English)

      Son illərdə kafedra əməkdaşlarının xaricdə və ölkəmizdə çıxan müxtəlif jurnallarda çoxsaylı məqalə və monoqrafiyaları dərc edilir. Əməkdaşlarımız müntəzəm olaraq xarici ölkələr ilə sıx əlaqələr yaradaraq, ölkədaxili və xaricdə keçirilən seminarlarda, konfranslarda iştirak edir. Kafedrada məqalələrlə yanaşı bir sıra dərslik, dərs vəsaitləri, monoqrafiya və proqramlar dərc etdirilmişdir. Onlardan bəziləri aşağıdakılardır:

  1. “Stylistics of the English Language” M.Qayıbova,  L.Cəfərova (dərslik)
  2. “English-Azerbaijani Concise Encyclopedic” Ərəbov, L.Süleymanova, İ.Əliyeva, A.Yusifova (lüğət)
  3. “English for All” Ərəbov, L.Süleymanova (dərs vəsaiti)
  4. “Philological Analysis of Literary Texts” Ərəbov, L.Süleymanova (dərs vəsaiti)
  5. “Phonetics and Phonology”  Ərəbov (tərcümə əsəri)
  6. “My World of Azerbaijan”  V.Ərəbov (tərcümə əsəri)
  7. “Azərbaycan ədəbiyyatında qərb-şərq təmasları” S.Zeynalova (monoqrafiya)
  8. “This is Azerbaijan”  S.Zeynalova, M.Qazıyeva, M.Məcid, V.E.Ağabəyli (dərs vəsaiti)
  9. “Azərbaycan ədəbiyyatında qərb mövzusunun təşəkkülü və tarixi təkamülü”  S.Zeynalova (monoqrafiya)
  10. “Mətnin interpretasiyasında sintaktik-semantik və koqnitiv amillər” M.Hüseynova (monoqrafiya)
  11. “Средства внутритекстовой связи в английском языке” L.Hüseynova (dərs vəsaiti)
  12. “Glossary of Stylistic and Rherotical Devices” Z.Aslanova (dərs vəsaiti)
  13. “English stylistics” A.Hacıyeva (dərslik)
  14. “English in context” İ.Hüseynova (dərs vəsaiti)
  15. “Rcycle your English”  A.Məmmədbəyli (dərs vəsaiti)
  16.   “Political English”  İ.Səmədova (dərs vəsaiti)
  17. “English for Children”  Rəna Əliyeva (kitab)
  18. “Üslubiyyat və nitq mədəniyyəti” V.Qəmbərov (proqram)
  19. “Xarici dildə oxu və nitq”  P.Ağazadə, N.Bağırova (proqram)
  20. “English İdioms through Culture”  İ.Hüseynova (proqram)
  21. “Hüquqi məqsədlər üçün ingilis dili” P.Ağazadə, N.Bağırova (proqram)
  22. “Ritorikaya giriş və tənqidi təfəkkür” S.Zeynalova, A.Allahverdiyeva (proqram)

 

Paylaş