İngilis dilinin qrammatikası kafedrası

1440

İngilis dilinin qrammatikası kafedrası 1951-ci ildə yaranmışdır. 1951-2016-cı illər ərzində kafedraya rəhbərlik edən mütəxəssislər:

 

1951-1869 -f.e.n. R.Qayıbova
1969-1979 -dos.O.Musayev
1980-1989 -dos. C.Axundov
1990-2000 -dos. E.Hacıyev
2000-2009 -prof. O.Musayev
2009-hazırda -fil.e.d..L. Cəfərova

 

Kafedra müdiri

Fil.e.d., prof. Leyla Mirhəsən qızı Cəfərova

e-mail:leyla.adu.edu@gmail.com

 

İngilis dilinin qrammatikası kafedrasının əsas missiyası müasir ingilis dilinin qrammatik quruluşunu öyrətmək, öyrədilən qrammatik qaydaların müxtəlif nitq situasiyalarında tələbələr tərəfindən işlədilməsinə nail olmaq və ingilis dilinin nəzəri qrammatika kursu üzrə tələbələrə ətraflı elmi məlumat verməkdir. Kafedra öz missiyasını iki mərhələdə həyata keçirir: bakalavr pilləsində və magistr pilləsində. Bakalavr pilləsində ingilis dilinin qrammatikası kursu aşağıdakı fənləri əhatə edir: Kommunikativ qrammatika I, II, III və seçmə fənlər. Tədris ingilis dilində aparılır. Bu və ya digər çətinlik törədən qrammatik hadisələrin ana dili ilə müqayisəsinə də yer verilir. Magistr pilləsində ingilis dilinin qrammatikası kafedrasının məqsədi yüksək ixtisaslı ingilis dili müəllimi və tədqiqatçıları hazırlamaqdan ibarətdir. Magistratura pilləsində kafedra üzrə aşağıdakı fənlər tədris edilir: Xarici və ana dilinin müqayisəli tipologiyası (I kurs); seçmə fənlər (II kurs).

Bundan əlavə, tədris yükünə müvafiq olaraq magistrantlar kafedranın ixtisasına uyğun mövzular üzrə magistr dissertasiyaları yerinə yetirirlər.

Hazırda kafedra əsas diqqətini kommunikativ qrammatikaya yönəltmişdir və bu məqsədlə xaricdə dərc edilmiş dərslik və dərs vəsaitlərindən istifadə edir:

 

– Grammar Dimensions 1. Form, meaning and use.

Victoria Badalamenti, Carolyn Henner-Stanchina.

– Grammar Dimensions 1. Form, meaning and use.

Work book. Cherly Benz.

– Grammar Dimensions 2. Form, meaning and use.

Heidi Riggenbach. Virginia Samuda.

– Grammar Dimensions 2. Form, meaning and use.

Work book. Cherly Benz. Ann Roemer.

– Grammar Dimensions 3. Form, meaning and use.

Stephen H. Thewlis.

– Grammar Dimensions 3. Form, meaning and use.

Work book. Kathleen Flynn.

– Grammar Dimensions 4. Form, meaning and use.

Jan Frodesen. Janet Eyring.

  • Grammar Dimensions 4. Form, meaning and use.

Work book. Gene Parulis.

 

Kafedranın əməkdaşları kommunikativ qrammatikanın əsaslarının kafedrada tətbiqi ilə bağlı olaraq English Grambridge 1, English Grambridge 2/3 dərs vəsaiti hazırlamışdır.

Hər akademik ildə kafedranın əməkdaşları təsdiq olunmuş plan üzrə aktual qrammatik mövzularda elmi-tədqiqat işləri yerinə yetirir. Bu işlər kafedranın aylıq iclaslarında əsaslı şəkildə müzakirə edilir.

Bundan əlavə, kafedranın aylıq iclaslarında respublikanın digər təhsil müəssisələrindən təqdim olunan elmi işlər, məqalələr, dərsliklər və dərs vəsaitləri müzakirə edilir və rəy ilə təmin olunur. Həmçinin mütəmadi olaraq, hər ay açıq dərslər təşkil olunur və bu dərslər kafedra iclaslarında geniş formada müzakirə olunur.

Bundan əlavə, kafedramızın müəllimləri tərəfindən bir sıra seçmə fənlər hazırlanıb təqdim olunmuşdur:

 

  1. Modern Trends in English Syntax
  2. The Functional Analysis of Sentence and Text in English
  3. Cognitive grammar
  4. Variants in Modern English Grammar
  5. Stylistic Grammar
  6. Contextual English Grammar
  7. Varieties of the English Language
  8. English Grammar and Translation
  9. English Grammar and Compostion
  10. Grammar for TEFL teachers
  11. Morphological and Syntactical Analysis
  12. Cognitive English Grammar
  13. The Grammatical Structure of Modern English
  14. Introduction to the Theoretical Grammar
  15. Verbals
  16. Grammar Testing Tools
  17. İntensive Grammar
  18. Communicative Grammar

 

Hazırda kafedra üzrə 43 əməkdaşdan 14 nəfərinin elmi dərəcəsi var:

prof. Cəfərova Leyla, prof. Yunusov Dünyamin, prof. Hacıyev Edison, prof. Hüseynov Arif, dos. Nəbiyeva Nailə, dos. Xanbutayeva Leyla, dos. Nuriyeva İradə, dos. Ziyadova Laləndar, dos. Mahmudova Şəfaqət, dos. Allahverdiyeva Fəridə, dos. Hacızadə Aftab, dos. Nuriyeva Səadət, dos. Mustafayeva Sahilə, f.f.d. Əliyeva Şəlalə. Əməkdaşlardan 4 nəfəri professor, 9 nəfəri dosent, 10 nəfəri filologiya üzrə fəlsəfə doktorudur. Həmçinin kafedra əməkdaşlarından 15 nəfəri baş müəllimdir: b/m Qocayeva Mətanət, b/m Səlimova Arzu, b/m Xəlilova Lətafət, b/m Zeynallı Gülyaz, b/m Yusifova Kəmalə, b/m Əliyeva Şəlalə, b/m Əliyeva Elmira, b/m Məmmədova Güllü, b/m Süleymanova Xatirə, b/m Qurbanova Firəngiz, b/m Məmmədova Günel, b/m Məmmədova Nurlana, b/m Əsgərova Elmira, b/m Rəcəbova Sevil, b/m Ağamalıyeva Cəmilə. Kafedra əmkdaşlarından 16 nəfəri müəllim vəzifəsində çalışır. Hazırda kafedra üzrə 43 əməkdaşın 24 nəfəri tam ştat, 19 nəfəri isə 0.5 ştat müəllimdir.

Kafedra əməkdaşlarından 31 nəfəri elmi-tədqiqat işi, 6 nəfəri dərs vəsaiti, 5 nəfəri proqram hazırlamışdır. Əməkdaşlarımız 95 məqalə nəşr etdirmişdir ki, onlardan 12-si xaricdə, 5-i isə İmpact Factor göstəricisi olan jurnallarda dərc edilmişdir. Kafedra üzrə 2016-cı ildə TEC-in proqramına 86 məruzə təqdim edilmişdir.

Tədris proqramına uyğun olaraq İngilis dilinin qrammatikası kafedrası aşağıdakı akademik proqramları, dərslik, dərs vəsaiti və mühazirə mətnləri hazırlamışdır:

 

Proqramlar:

  • Magistr hazırlığı üçün “Xarici və ana dili tipologiyası” fənnindən proqram (dos. D.Yunusov). Bakı,
  • Bakalavr hazırlığı üçün “Müqaisəli tipologiya” fənnindən proqram (prof. D. , dos. A.Hüseynov). Bakı, 2004.
  • Magistr hazırlığı üçün “İngilis dilinin morfologiyası” fənnindən proqram (dos. E.Hacıyev). Bakı,
  • Bakalavr hazırlığı üçün ”Nəzəri qrammatikanın əsasları” fənnindən proqram (dos. E.Hacıyev, dos. A. Hüseynov). Bakı, 2004.
  • Bakalavr hazırlığı üçün “İngilis dilinin praktik qrammatikası” fənnindən proqram (b/m C.Quliyev). Bakı,
  • Magistr hazırlığı üçün “İngilis dilinin nəzəri qrammatikası”(sintaksis bölməsi) fənnindən proqram (b/m C.Quliyev). Bakı,
  • Ali məktəbin bakalavr pilləsində “Buraxılış işlərinin hazırlanmasına dair” proqram (dos. E.Hacıyev.) Bakı, 2005.
  • Bakalavr hazırlığı üçün “İngilis dilinin praktik qrammatikası” fənnindən proqram (dos. E.Hacıyev.) Bakı, 2006.
  • Bakalavr hazırlığı üçün “İngilis dilinin kommunikativ qrammatikası” fənnindən proqram (dos. L.Cəfərova) Bakı, 2011.
  • Bakalavr hazırlığı üçün “İngilis dilinin qrammatikası və tərcümə (seçmə kurs)” fənnindən proqram (dos. L.Cəfərova) Bakı, 2012.
  • Magistr hazırlığı üçün “Müqayisəli Tipologiya” fənnindən proqram (Yunusov.D.N.), Bakı, 2014
  • “Müqayisəli Qrammatika” fənnindən proqram(Mahmudova Ş.), Bakı, 2014
  • “Analyzing English Verbals” fənnindən proqram (Nuriyeva S.T), Bakı, 2014
  • Bakalavr hazırlığı üçün “Müasir ingilis dilində morfoloji və sintaktik təhlil” fənnindən proqram (Nuriyeva İ.M.), Bakı, 2014
  • “İngilis Dilinin Qrammatikası və Yazı” fənnindən proqram (Novruzova G.R.), Bakı, 2014
  • Doktorant hazırlığı üçün German dilləri 5708.01 ixtisası üzrə proqram (prof. Yunusov.D.N., Mustafayeva S.B.), Bakı, 2014
  • Bakalavr hazırlığı üçün “Müasir ingilis dilinin qrammatikasında variantlar” fənnində proqram (Hacıyev.E.İ.), Bakı, 2015
  • Bakalavr hazırlığı üçün “The Grammatical Structure of Modern English” fənnində proqram (Qocayeva M.Ə.) Bakı, 2015
  • “İngilis dilinin Sintaksisində Müasir Cərəyanlar” fənnindən proqram (Cəfərova L.M.), Bakı, 2015
  • Bakalavr hazırlığı üçün “İntensiv Qrammatika” fənnindən proqram (Hacızadə A.Y.), Bakı, 2015

– Bakalavr hazırlığı üçün “Varieties of the English language (from Grammatical Aspect)” fənnindən proqram (Əliyeva Ş.Ə.), Bakı, 2015

  • Bakalavr hazırlığı üçün “Rhetorical Grammar” fənnindən proqram (Əliyeva T.Y.), Bakı, 2015
  • Yunusov D.N.A Guide to English Grammar. Baku, 2004.
  • Nabiyeva N.N. Müasir İngilis və Azərbaycan dillərində mürəkkəb isimlər. Bakı, 2005.
  • Yunusov D. A Guide to English Grammar. Baku, 2006.
  • Musayev O.I. “Grammar of the English language” (practical and theoretical), Baku, 2007.
  • Əliyeva Ş.Ə., Əliyev T.İ. İngiliscə-Azərbaycanca İctimai-Siyasi lüğət. Baku, 2007.
  • Xanbutayeva L. İngilis dilində qrammatik omonimlik və onlara aid çalışmalar toplusu. Bakı, 2007.
  • Mammadova G. English grammar rules and exercises. Baku, 2007.
  • Yunusov D.N. Constancy and Variety of Complex Syntactic Units in Languages of Different Systems. İstanbul, 2007
  • Yunusov D.N., Khanbutayeva L. “Comparative typology of the English and Azerbaijani languages”. Baku, 2008.
  • Yunusov D.N. Müqayisəli Tipologiya, Bakı, “Mütərcim”, 2008.
  • Yunusov D.N. A guide to English Grammar. Baki, 2008.
  • Yunusov D.N. Exercises in English Syntax. Baki, 2008.
  • Yunusov N. Mürəkkəb sintaktik vahidlərdə konstantlıq və variativlik. Bakı, 2008.
  • Khanbutayeva L. Dictionary of English Homonyms. Baki, 2009.
  • Turksevər (Musayev O.I.), Hajiyev E.I., Huseynov A.R. A practical grammar of contemporary English. Baku, 2009.
  • Yunusov N. Improve your English. Baku, 2009.
  • HajiyevI. The functional parts of speech in Modern English. Baku, 2009.
  • Hüseynov A.R., Məmmədova Ş.A. Abituriyentlər üçün İngilis dilində qrammatik məlumat və testlər. Bakı, 2009.
  • Mustafayeva S.B. Punctuation in English. Baku, 2009.
  • Turksevər (Musayev O.I.). New view of the categories of the adjective in modern Azerbaijani language, Baku, 2010.
  • Jafarova L.M., Bayramova A. Englage scanner. Baku, 2010.
  • Jafarova L.M.,Mustafayeva S.B.Glossary of grammatical terms. Baku, 2010.
  • Hacıyev E.İ. “Müasir İngilis və Azərbaycan dillərində köməkçi nitq hissələrinin funksional semantik xüsusiyyətləri”. Bakı, 2010.
  • Ziyadova L. Some Aspects of The Functional Analysis of Sentence and Text in Bakı, 2010
  • Yunusov D.N. Grammar of the English language. Baku, 2011.
  • Quliyev C. Mürəkkəb söz və onun strukturu. Bakı, 2011.
  • Jafarova L.M, Huseynov A.R,  Qocayeva M.Ə, Mustafayeva S.B. English Grambridge 1, Baku, 2011.
  • Jafarova L.M. Glossary of Grammatical Terms and Notions. Bakı, 2011
  • Jafarova L.M. Grammar in Tables, Baku, 2011.
  • Allahverdiyeva F.M. Bədii mətnin formalaşmasında sintaktik əlaqə vasitələri. Bakı, 2011.
  • Nuriyeva I.M. Структурно-семантические особенности словосочетаний в разносистемных языках. Баку, 2011.
  • Nuriyeva S.T. Gerund. Baku, 2011.
  • Yunusov D.N. Müqayisəli tipologiya. Bakı, 2012.
  • Jafarova L.M., Huseynov A.R., Mirzayeva M.Ə., Mammadova G.T., Mustafayeva S.B. English Grambridge 2/3, Baku, 2012.
  • Mustafayeva S.B. Grammar Through Proverbs. Bakı, 2012.
  • Nuriyeva I.M. On Morphological and Syntactical analysis in English. Baku, 2012.
  • Ziyadova L. Complex syntactic unites in the Azerbaijani language. Baku, 2012.
  • Hacızadə A.Y. Pronouns in the English language. Bakı, 2014.
  • Nuriyeva İ.M. Basics on Morphological and Syntactical Anlaysis in the English Language. Bakı, 2014

Khanbutayeva L. The Analysis of the Subjunctive Mood. Bakı, 2015.

  • Nuriyeva S.T. Exercises on English Verbals. Baku, 2015.
  • Allahverdiyeva F.M. English Grammar Activities. Bakı, 2016.
  • Allahverdiyeva F.M. Sadə cümlənin struktur-semantik variativliyi. Bakı, 2016.
  • Mahmudova Shafagat. Comparative Grammar. Bakı, 2016.
  • Jafarova L.M., Mammadova N.A. English Grammar and Translation. Baku, 2016.
  • Məmmədova G.T. İngilis dilindən qrammatik qaydalar və tapşırıqlar. Bakı, 2016.
  • Cəfərova L.M., Bayramova A., Əliyeva N., Zeynallı. G., Məmmədova N.A., Ağayeva H., F.Hüseynova. 5-ci sinif İngilis dili dərsliyi. Bakı, 2016.
  • İngilis dilinin nəzəri qrammatikası üzrə mühazirələr (prof. O.Musayev, prof. D.Yunusov, dos. E.Hacıyev, dos. A.Hüseynov).
  • İngilis dilinin sintaksisi üzrə mühazirələr (prof. O.Musayev).
  • İngilis dilinin morfologiyası üzrə mühazirələr (dos. E.Hacıyev).

2009-2016-ci tədris illərində keçirilən tədbirlər və qazanılan uğurlar:

 

Tədbirər:

  • Tələbələrin qrammatik biliklərinin qiymətləndirilməsi üçün hər 2 fakültədə 2-ci kurs tələbələri arasında olimpiada təşkil olunmuşdur, tələbələrin qrammatik bilikləri yoxlanılmışdır. Qaliblər sertifikatla təltif edilmişdir.
  • “Qrammatika Günü”nə həsr olunmuş tədbir təşkil edilmişdir. Bu gün münasibətilə universitetimizin Ingilis dilinin qrammatikası kafedrasında 2-ci kurs tələbələrinin iştirakı ilə tədbir keçirilmişdir. Həmin gün bütün məsələlər məhz ingilis dilinin qrammatikası aspektində qurulmuşdu. Proqrama ingilis dilinin qrammatikasına aid olan müxtəlif tipli mahnılar, səhnələr və təqdimatlar daxil edilmişdir. Məsələn, “Martın 4-ü qrammatika günü”, “Mr. Morton qrammatka roku”, “Feil mahnısı”, “İsim imtahanı”, “Qrammatika imtahanı”, “Nida imtahanı”, “Qrammatika döyüşü”, “Cerund, məsdər və feili sifət”, “Qrammatika sevgi nəğməsi”, “Qrammatika dərsi” öz əksini tapmışdır. Tədbirin ən maraqlı hissəsi mübahisəli qrammatika suallarına tələbələrin bir neçə saniyə ərzində cavab verməli olduqları “Qrammatika döyüşü” olmuşdur.
  • İngilis dilinin qrammatikası kafedrasında “Qrammatikanın tədrisində filmlərin rolu” (“Using Movies and Games to Teach Grammar”) adlı növbəti seminar keçirilmişdir. Təqdimat Pat MacKenzie (English Language Fellow) tərəfindən təqdim olunmuşdur. Seminarda “Flushed Away”, “The Brothers Bloom”, “Avatar” və s. filmlərdən parçalar nümayiş olunmuş və bu parçalar üzərində “The Present Perfect Tense”, “Using Modals of Ability”, “Use of other, the other, others, the others, or another” və s. kimi qrammatik mövzuların tələbələrə interaktiv şəkildə tədris metodları təqdim olunmuşdur.
  • Kafedrada Qrammatika klubu fəaliyyət göstərir, klubun məşğələlərində bütün qrammatik mövzular diskusiyyalar, oyunlar, filimlər üzərində möhkəmləndirilir.
  • Kafedra müdiri prof. L.M.Cəfərova filologiya elmləri üzrə doktorluq dissertasiyasını (“Bədii mətnin struktur-semantik təşkilində sabit birləşmələrinin rolu”) müdafiə edərək 2015-ci ildə AAK tərəfindən filologiya üzrə elmlər doktoru adını qazanmışdır.
  • Kafedra müdiri prof. L.M.Cəfərova 2015-ci ildə Pearon LCCI Level 5 Certificate in Teaching English as a foreign language (With Grade Distinctions) kursunu bitirərək sertifikat ilə təltif olunmuşdur.
  • Kafedranın professoru Dünyamin Yunusov Ali Attestasiya Komissiyası tərəfindən professorluq adını qazanmışdır və Azərbaycan Müəllimi Həmkarlar Təşkilatı tərəfindən “Qızıl Qələm” mükafatına layiq görülmüşdür.
  • Kafedranın müəllimi Arif Hüseynov AAK tərəfindən professor elmi adına layiq görülmüşdür.
  • Kafedranın əməkdaşı Edison Hacıyev universitetin Elmi Şurasının qərarı ilə professor adına layiq görülmüşdür.
  • Kafedranın 19 əməkdaşı- Şəfaqət Mahmudova, Fəridə Allahverdiyeva, Səadət Nuriyeva, Mətanət Qocayeva, Gülyaz Zeynallı, Güllü Abdülrəhmanova, Sahilə Mustafayeva, Xatirə Süleymanova, Günel Məmmədova, Firəngiz Qurbanova, Nurlana Məmmədova, Sevil Rəcəbova, Səfiyyə Mürsəliyeva, Səbinə Vəliyeva, Röya Abdülrəhmanova, Aydan Məlikzadə, Türkan Əliyeva, Lalə Rzayeva, Nahidə İmanova universitetin dissertantura və doktorantura şöbələrinə qəbul olmuşdur.
  • Kafedranın dosenti Nailə Nəbiyeva 2009-cu ildə ABŞ Dövlət Departamentinin “Junior Faculty Development Program” adlı proqramında iştirak edərək sertifikata layiq görülmüşdür.
  • Kafedranın dosenti Nailə Nəbiyeva 2010-cu ildə “The US-Educated Azerbaijan Alumni Association” tərəfindən “Academic Essay Writing” üzrə təlimçi sertifikatına layiq görülmüşdür.
  • Kafedranın dosenti Nailə Nəbiyeva 2012-ci ildə Böyük Britaniyanın Kardiff Universitetində yay məktəbində olmuşdur.
  • Kafedranın dosenti Nailə Nəbiyeva 2012-ci ildə Amerika Birləşmiş Ştatlarında “New English Association kollecində” özünütəkmilləşdirmə vörkşopunda iştirak etmişdir.
  • Kafedranın əməkdaşı Laləndar Ziyadova 2001 və 2002-ci illərdə “Open Society İnstitute” tərəfindən keçirilən “Level 1 Teaching Methodology Course” təlimləri və ixtisaslaşma kursunda iştirak edərək sertifikalara layiq görülmüşdür.
  • Kafedranın bir neçə əməkdaşı “Britaniya Konsulluğu” və “Təhsildə innovasiyalar və əlavə təhsil” kafedrası tərəfindən təşkil olunmuş “Akademik yazı və oxu” (Şəlalə Əliyeva, Elmira Əliyeva, Nurlana Məmmədova, Röya Əliyeva, Kəmalə Məlikli) və “TKT” kurslarında fəal iştirak etmiş və sertifikatla təltif olunmuşdur (Leyla Cəfərova, Nailə Nəbiyeva, Fəridə Allahverdiyeva, Gülyaz Zeynalova, Mətanət Qocayeva, Elmira Əliyeva, Şəlalə Əliyeva, Xatirə Süleymanova, Rəna Həsənova, Nurlana Məmmədova, Türkan Əliyeva, Aydan Məlikzadə).
  • Kafedramızın 6 müəlimi İngilis dilinin qrammatikasını yüksək səviyyədə tədris etdikləri üçün universitet rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilmişdir (Mətanət Qocayeva, Lətafət Xəlilova, İradə Nuriyeva, Kəmalə Yusifova, Gülyaz Zeynallı, Şəlalə Əliyeva).
  • Kafedramızın baş müəllimləri Kəmalə Yusifova və f.f.d., Şəlalə Əliyeva universitetimiz tərəfindən AMİU-ya müəllimlərin attestasiyası ilə əlaqədar ezam olunmuşdur. Bu hadisə ADU və AMİU-nun rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Kafedramızın baş müəllimi Kəmalə Yusifova daha sonra universitetimiz tərəfində BDU-ya müəllimlərin attestasiyası ilə əlaqədar ezam olunmuşdur; bu müddət ərzində müəllimimizin uğurlu işi həm ADU, həm də BDU-nun rəhbərliyi tərəfindən yüksək səviyyədə qiymətləndirilmiş, təşəkkürnamə ilə təltif olunmuş və bu, “Poliqlot” qəzetində öz əksini tapmışdır.
  • Kafedranın əməkdaşları f.e.n. Şəlalə Əliyeva və b/m. Günel Məmmədova 2012-ci ildə Essex Universitetində təşkil olunmuş “Xarici dilin tədrisi metodikası” üzrə kursu uğurla bitirərək sertifikatla təltif olunmuşdur.
  • Kafedranın əməkdaşları f.e.n. Şəlalə Əliyeva 2013-cü ildə Böyük Britaniyanın London şəhərində ELSE kursunda 3 həftəlik, G.Novruzova isə 2015-ci ildə həmin kursda 2 həftəlik keçirilən dil kursunda iştirak edərək sertifikatla təltif olunmuşdur.
  • Kafedranın əməkdaşı f.e.n. Şəlalə Əliyeva 2014-cü ildə Böyük Britaniyanın London şəhərində Stay Academynin təşkil etdiyi 4 həftəlik General English və İELTS kursunda iştirak etmiş və sertifikatla təltif olunmuşdur.
  • Kafedranın əməkdaşı Şəlalə Əliyeva 2015-ci ildə Böyük Britaniyanın London şəhərində English Studio-nun təşkil etdiyi 2 həftəlik CAE kursunda iştirak etmiş və sertifikatla təltif olunmuşdur.
  • Kafedranın əməkdaşı b/m. Günel Məmmədova “Erasmus Mundus” proqramı üzrə Yunanıstanda doktorluq kursu keçmiş və sertifikatla təltif olunmuşdur.
  • Kafedranın müəllim və professor heyətinin bir sıra dərs vəsaitləri, proqramları işıq üzü görmüş, həmçinin, kafedramızın dosenti Səadət Nuriyevanın Gerund kitabının BDU-da geniş formatda təqdimatı keçirilmişdir.
  • Kafedranın dosenti Səadət Nuriyeva Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
  • Kafedranın əməkdaşı b/m. Günel Məmmədova Britaniya Konsulluğu tərəfindən təşkil olunmuş CISELT kursu üzrə Yay Məktəbində fəal iştirak etmiş və eyni kursu ADU-nun bir qrup müəllimlərinə təqdim etmişdir. Kafedramızın bir neçə nümayəndəsi Britaniya Konsulluğu və “Təhsildə innovasiyalar və əlavə təhsil kafedrası” tərəfindən təşkil olunmuş CISELT kursunda fəal iştirak etmiş və sertifikatla təltif olunmuşdur (Fəridə Allahverdiyeva, Şəlalə Əliyeva, Elmira Əliyeva, Rəna Həsənova, Nurlana Məmmədova, Röya Əliyeva, Röya Məmmədova).
  • Kafedra əməkdaşlarından bir neçəsi Avstriyada “DeutschAkademie”-nin təşkil etdiyi ingilis dili kurslarında iştirak edərək sertifikata layiq görülmüşdür (Şəlalə Əliyeva, Səfiyyə Mürsəliyeva, Aydan Məlikzadə).
  • Kafedra əməkdaşlarından bir neçəsi 2015-2016-cı illərdə (Şəlalə Əliyeva, Lalə Rzayeva, Aydan Məlikzadə, Pərvanə Qasımova, Türkan Əliyeva) Təhsil Nazirliyinin keçirdiyi müsabiqədə uğurla iştirak edərək ADU-da “SABAH qrupları müəllimləri” üçün keçirilən “Yay akademiyası” çərçivəsində modul əsaslı 4 təlimdə iştirak etmişdir.
  • Kafedra əməkdaşlarından bir neçəsi 2015-ci ildə TEMPUS çərçivəsində keçirilən FLEEP layihəsində iştirak edərək sertifikatlara layiq görülmüşdür (Leyla Cəfərova, Nurlana Məmmədova, Elmira Əsgərova, Türkan Əliyeva, Aydan Məlikzadə).
  • Kafedra əməkdaşlarından bir neçəsi 2013-2014-cü illərdə Coursera.org-un təqdim etdiyi online kurslarda iştirak edərək sertifikatlara layiq görülmüşdür (Leyla Cəfərova, Səfiyyə Mürsəliyeva, Səbinə Vəliyeva, Turkan Əliyeva, Layə Mustafayeva, Aygün Məmmədova, Pərvanə Qasımova, Günel Novruzova)
  • Kafedra əməkdaşları Britaniya Konsulluğunun müxtəlif vaxtlarda təşkil etdiyi “Developing Project Proposals”, “Teaching for Success: “Current Trends in ELT Methodology”, Lessons and Teaching”, “Teacher Training”, “ELT”, “EFL development for Teachers” kurslarını keçərək sertifikatlara layiq görülmüşdür. (Nailə Nəbiyeva, Laləndar Ziyadova, Gülyaz Zeynallı, Nahidə İmanova).
  • Kafedranın bir neçə əməkdaşı Amerika Mərkəzi tərəfindən təşkil edilmiş vebinarlarda fəal iştirak etmiş və müvafiq sertifakatlarla təltif olunmuşdur. (Gülyaz Zeynalova, Kəmalə Yusifova, Arzu Səlimova, Günel Məmmədova, Röya Əliyeva, Röya Məmmədova, Pərvanə Qasımova, Aygün Məmmədova, Günel Novruzova).
  • Kafedranın əmkdaşları Doktorant və gənc tədqiqatçıların respublika elmi konfranslarında məruzə ilə çıxış edərək sertifikata layiq görülmüşdür (Səadət Nuriyeva, Sahilə Mustafayeva, Şəlalə Əliyeva, Aydan Məlikzadə, Röya Əbdulrəhmanova, Röya Məmmədova).
  • Kafedranın bir neçə əməkdaşı “İCT in ELT” kursunu keçərək sertifikatlara layiq görülmüşdür (Arzu Səlimova, Mətanət Qocayeva, Səadət Nuriyeva, Röya Əbdurəhmanova, Səfiyyə Mürsəliyeva).
  • Kafedranın gənc əməkdaşları Günel Novruzova, Pərvanə Qasımova ADA universitetində “Tədqiqat Metodları” adlı fənni keçərək sertifikata layiq görülmüşdür.
  • Kafedranın 5 nümayəndəsi Respublika Elmi Konfransında çıxış edərək 1-ci yerə layiq görülmüşdür (Türkan Əliyeva, Lalə Rzayeva, Leyla Bayramova, Aydan Məlikzadə, Röya Məmmədova).
  • Hər il universitetimizdə təşkil edilmiş TEC-in və “Xarici dillərin tədrisində müasir problemlər” adlı konfransların plenar iclaslarında kafedramızı təmsil edən əməkdaşlarımız Günel Novruzova, Türkan Əliyeva, Lalə Rzayeva, Aydan Məlikzadə, Aytac Hüseynova uğurla çıxış edərək universitet rəhbərliyinin və konfrans iştirakçılarının rəğbətini qazanmışdır.
  • Kafedranın laborantları (Səfiyyə Mursalıyeva, Röya Məmmədova) laborantların attestasiyasını müvəffəqiyyətlə keçmiş və komissiyanın üzvləri tərəfindən yüksək qiymət almışdır.
  • Kafedranın gənc əməkdaşları Türkan Əliyeva və Günel Novruzova 2016-cı ildə “American Council on the Teaching of Foreign Languages” tərəfindən keçirilən kursda iştirak edərək sertifikata layiq görülmüşdür.
  • Kafedranın gənc əməkdaşları Aydan Məlikzadə və Türkan Əliyeva “Cambridge University” tərəfindən keçirilən bir sıra online kurslarda iştirak edərək sertifikatlara layiq görülmüşdür.
  • Kafedranın gənc əməkdaşı Nahidə İmanova Universiteit Utrecht-də “İntroduction to Generative Syntax” proqramında iştirak edərək sertifikata layiq görülmüşdür.
Paylaş