İngilis dilinin leksikologiyası kafedrası

819

İngilis dilinin tarixi və leksikası kafedrası ilkin olaraq 1959-1960-cı tədris illərində Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun rektoru Qulam Kərim oğlu Məmmədov tərəfindən Qərbi Avropa dilləri kafedrasının tərkibində yaradılmışdır. Həmin kafedrada 14 ingilis dili müəllimi işləmiş və kafedraya pedaqoji elmlər namizədi, dosent Barsuk Revekka Yuliyevna rəhbərlik etmişdir. 1966-cı ildə həmin kafedradan 1 nömrəli İngilis dilinin leksikası kafedrası ayrılmışdır. O zaman kafedranın 21 üzvü olmuş və ona baş müəllim Suğra Quliyeva rəhbər vəzifəsinə təyin edilmişdir.

1960-cı illərin 2-ci yarısında İngilis dilinin leksikası kafedrası əsasında 2 nömrəli İngilis dilinin leksikası kafedrası yaradıldı. Bu kafedraya rəhbər dosent Müzahirə Məcid qızı Paşayeva seçildi.

1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun müstəqil ali məktəb kimi formalaşmasından etibarən SSR-inin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunda 1 saylı İngilis dilinin leksikası kafedrası açılmışdır. Professor Zemfira Nadir qızı Verdiyevanın rəhbərlik etdiyi kafedrada 32 nəfər müəllim çalışmışdır.

1978-ci ildən 1988-ci ilə qədər kafedraya dosent Tamilla Hüseyn qızı Əmirova rəhbərlik etmişdir. Sonra kafedrada təxminən 1 il müddətinə dosent Natiq Mustafa oğlu Yusifov müdir kimi fəaliyyət göstərmiş və fakültə dekanı seçilməsi ilə bağlı olaraq, 1989-cu ildən kafedra müdiri vəzifəsinə dosent Kifayət Məcid qızı Gözəlova seçilmişdir.

1992-ci ildən kafedranın adı İngilis dilinin leksikologiyası kafedrası adlandırılmışdır.

1994-cü ildə Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 9 fevral tarixli iclasının qərarı əsasında rektorun 14 fevral tarixli əmrinə əsasən İngilis dilinin tarixi və ölkəşünaslıq kafedrasının adı dəyişdirilərək İngilis dilinin tarixi və leksikası kafedrası adlandırılmışdır. Kafedraya rəhbərlik dosent Nailə Mustafa qızı Əlizadəyə həvalə olunmuşdu. 2000-ci ildən etibarən kafedranın müdiri vəzifəsində Elmar Hacıağa oğlu Əbdülrəhimov çalışmışdır. 2009-cu ildən 2012-ci ilə qədər kafedranın müdiri dosent Sevinc Tofiq qızı Ələkbərzadə idi.

2012-ci ilin oktyabr ayının 10-da struktur dəyişiklikləri ilə əlaqədar İngilis dilinin tarixi və leksikası kafedrası və İngilis dilinin leksikologiya kafedrası birləşdirilmişdir. Kafedraya başçılığı dosent Kifayət Məcid qızı Gözəlova icra etmişdir. 2013-cü ilin martın 11-dən  kafedranın müdiri professor Nigar Çingiz qızı Vəliyeva seçilmişdir. 2013-cü ilin dekabrında kafedranın adı yenidən“İngilis dilinin leksikologiyası” adlanır. Kafedraya rəhbərlik dosent İradə Mərdan qızı Nuriyevaya həvalə olunur. 2014-cü ilin fevral ayının 12-dən seçki yolu ilə kafedraya müdir vəzifəsinə dosent Amil Müzəffər oğlu Cəfərov seçilir və hal-hazırda kafedraya rəhbərlik edir.

Ümumilikdə 57 nəfər əməkdaşı olan kafedrada 2 nəfər professor, 6 nəfər dosent (attestatı olan), 5 nəfər f.f.d., dosent əvəzi, 6 nəfər f.f.d., baş müəllim, 20 nəfər baş müəllim, 12 nəfər müəllim, 5 nəfər laborant kimi çalışır.

2015/2016-cı tədris ilində 4 əməkdaşımız dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Ümumiyyətlə, 2014-cü ildən bəri 10 dissertant və doktorantlarımızın dissertasiyaları müzakirə olunub və onlar müdafiə ərəfəsində və yaxud AAK-dan təsdiqlərini gözləyir.

Kafedranın fəaliyyətinin əsas məqsədi ingilis dilini, tarixini, mədəniyyətini və incəsənətini, dilin leksik vahidlərinin spesifik xüsusiyyətlərini tələbələrə tədris etməkdən ibarətdir.

Kafedramızın əməkdaşları yerli və beynəlxalq tədbirlərdə, konfranslarda, seminarlarda fəal iştirak etmişdir, məruzələrlə çıxış etmişlər.

2013-cü ildə kafedramızın əməkdaşları: professor, f.e.d. N.Ç.Vəliyeva, p.f.d. L.Əsədova, f.f.d M.Vəliyeva, baş müəllim M.Abdullayeva, A.Mikayılova və R.Fərəcova Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfransda məruzələri ilə çıxış etmişlər. Həmçinin, kafedranın digər əməkdaşları “Dialoq və inkişaf naminə” ümumdünya mədəni müxtəliflik gününə həsr olunmuş tədbirdə iştirak etmişlər.

Kafedranın təşəbbüsü ilə Ümumimilli lider H.Əliyevin anadan olmasının ildönümləri ilə əlaqədar müxtəlif mövzularda kurslar üzrə olimpiadalar, inşa yazı müsabiqələri keçirilmiş və müsabiqənin qalibləri pul mükafatı və diplomlarla təltif olunmuşlar.

Həmçinin, kafedranın təşkilatçılığı və tələbələrinin iştirakı ilə “Arşın mal alan” musiqili tamaşası ingilis dilində səhnələşdirilmişdir.

İngilis dilinin leksikologiyası

İngilis dilinin müqayisəli leksikologiyası

İngilis dilinin frazeologiyası

Yazılı və şifahi nitq praktikası

Semantik təhlil

Reading Practice for pre-İntermediate English Learners

Nowadays English

Communication through writing and speaking

Topical discussion through advanced speaking

English through discussions

The Art of correspondence

English through mass media

 

Paylaş