İngilis dilinin fonetikası kafedrası

411

Fonetika kaferdrası 1953–cü ildə yaradılmışdır. Kafedrada İngilis, Fransız və Alman dili fakültələrində işləyən bir neçə müəllim tədrislə məşğul olurdular.

Kafedraya XX əsrin 20–ci illərində Almaniyada təhsil almış C.M.Cəfərov müdir təyin edildi. Yeni kafedranın ilk üzvləri filologiya elmləri namizədi, ingilis dili müəllimi Fuad Kazımov, baş müəllimlər Çingiz Dadaşov və Kseniya Sokolova, fransız dili müəllimi (baş müəllim) Liliya Pridiomenko, alman dili müəllimi (baş müəllimi) Adilə Sadıxova və laboratoriya işçisi, ingilis dili müəllimi Madlena Kutukova idi.

Kafedrada az sayda müəllimin olması Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olunmuş tələbələrin məhdud sayı ilə əlaqələndirilirdi. Belə ki, İngilis dili fakültəsində hər il 50 nəfər, Fransız dili və Alman dili fakültələrinin hər birində 25 nəfər tələbə təhsil alırdı.

Keçən əsrin 60–cı illərindən başlayaraq İnstituta qəbul olunan tələbələrin sayının artması Fonetika kafedrasının üzvlərinin sayının artmasına gətirib çıxardı. Belə ki, gənc nəsildən, başlıca olaraq İnstitutu bitirən yeni müəllimlər bu kafedraya işə qəbul olundu. Kamal Dadaşov, Oktyabr Əmirbəyov, Sayadulla Babayev, Fəxrəddin Veysəlov müxtəlif illərdə alim kimi yetişdiyindən fonetika üzrə ixtisaslaşdılar. Digər çoxlu gənc müəllimlər 1-ci və 2–ci kurslarda praktik fonetikanı tədris etməyə başladılar.

Eyni zamanda, kafedranın müdiri Cəfər Cəfərovun təşəbbüsü ilə kafedranın nəzdində “Şifahi nitq laboratoriyası” yaradıldı.

On otaqdan və lazımi texniki avadanlıqlarla təchiz edilmiş koridordan ibarət laboratoriya tezliklə tələbələrin sevimli yerinə çevrildi. Laboratoriyada yerləşən səsyazma studiyasında tələbələrin dinləməsi üçün dərsliklərdən mətnlər lentə yazılırdı. Yüzlərlə tələbə hər gün bu laboratoriyaya gəlir, audio–vizual vasitələrlə müstəqil işləyir, yazılmış mətnlərə qulaq asır, özlərinin nitqlərini lentə yazır və tələffüz səhvlərini düzəldirlər, həmçinin müəllimlər praktik dərslərini keçirdilər.

Keçən əsrin 70 – ci illərində kafedra və laboratoriyada 70–dən çox müəllim, mühəndis və digər texniki şəxslər işə götürüldü, məşğulluğa cəlb edildi.

1971–ci ildə Cəfər Cəfərov laboratoriyanın müdiri vəzifəsini icra etdi və qısa zamandan sonra S.M.Babayev Fonetika kafedrasının müdiri seçildi.

1973–ildə İnstitut  Elmi Şurasının qərarı ilə fonetika kursları iki kafedraya bölündü: İngils dilinin fonetikası kafedrası, Fransız və alman dilinin fonetikası kafedrası. S.M.Babayev əvvəlki kafedranın müdirliyini davam etdirdi. Sonra yaranan kafedraya F.Y.Veysəlov müdir seçildi.

Həmin ildə S.M.Babayev İnstitutun Elmi işlər üzrə prorektoru təyin edildi. İngilis dilinin fonetikası kafedrasında iki nəfər baş müəllim M.Qarayeva və Ə.Cəfərov elmlər namizədi oldu. Müxtəlif tarixlərdə M.Qarayeva, F.Hüseynov, E.Mirzəyev, Ə.Məmmədova, S. Babayev kafedra müdiri vəzifəsini icra etdilər.

Hal-hazırda 2008–ci ilin oktyabr ayından etibarən İngilis dilinin fonetikası kafedrasına professor F.H.Zeynalov rəhbərlik edir.

1) İngilis dilinin fonetikası kafedrasının ən vacib missiyası tələbələri gələcək ingilis dili müəllimi kimi yetişdirməkdən, onlara Böyük Britaniyada ingilis ədəbi tələffüzü norması kimi seçilmiş BBC aksent modelinin tələffüz xüsusiyyətlərini, eləcə də mümkün qədər ingilis dilinin Amerika variantının bəzi tələffüz cəhətlərini öyrətməkdən ibarətdir. Bu başlıca vəzifəyə əlavə olaraq, praktik fonetika kursu yüksək səviyyədə ingilis dili nitq (danışıq) səsləri sistemini, onların artikulyator təsvirlərini və təsnifatını, ingilis dilinin fonetik quruluşunun bütün komponentlərinə aid olan qaydaları və nəzəriyyələrin öyrənilməsi məqsədi daşıyır.

Bakalavr səviyyəsində ingilis dilinin fonetikası kursu iki mərhələni əhatə edir: praktik fonetika və nəzəri fonetika. Hər iki səviyyə yalnız ingilis dilində tədris edilir, öyrədilir (praktik məşğələ və mühazirə seminar formalarında). Lakin başlanğıc mərhələsində ehtiyac olduqda fonetik qaydalar ana dili ilə müqayisəli şəkildə aparıla bilər.

Hər bir semestr 15 həftə çərşivəsində sona çatır və tələbələrin biliyi yazılı yoxlama işi ilə qiymətləndirilir. Kursun sonunda tələbələrə bir seçim verilir: tələbələr ya buraxılış işi yazır, ya da həmin fəndən dövlət imtahanı verir.

2) İngilis dilinin fonetikası kafedrasının ikinci vacib missiyası magistr səviyyəsində yüksək  keyfiyyətli gələcək ingilis dili müəllimləri hazırlamaqdan ibarətdir. Belə ki, magistr pilləsinin birinci semestrində kafedranın ixtisaslaşmış professorları fonologiyadan mühazirə oxuyur və seminar aparırlar.

Magistr  pilləsində “İngilis dilinin fonologiyası”  kursu 48 akademik saat həcmində tədris edilir və birinci semestrin sonunda tələbələrin biliyi yoxlama yazı işi ilə qiymətləndirilir. Bundan sonra magistrlarin bəziləri müxtəlif mövzular üzrə fonetika və fonologiyadan magistrlıq dissertasiyası mövzusu götürüb yazırlar və onları ixtisaslaşdırılmış xüsusi dövlət komissiyalarda müdafiə edirlər.

1) Hər il İngilis dilinin fonetikası kafedrasının üzvləri “Müasir dilçiliyin və xarici dillərin tədrisinin aktual problemləri” tematikası üzrə beynəlxalq, regional və respublika səviyyəsində keçirilən elmi konfransların işində iştirak edirlər. (Bu yaxınlarda keçirilən konfransların işində professorlar S.Babayev və F.Zeynalov, dosentlər Ə.Cəfərov və Q.Heybətov, baş müəllimlər S.Əzizov və S.Poladova iştirak etmişlər).

2) Professor S.Babayev və professor F.Zeynalov öz üzərində işləyən yüksək ixtisaslı fonetistlərin hazırlanması işinə cəlb edilmişlər. Bu günə kimi professor S.Babayev elmi rəhbər kimi 9 elmlər namizədi hazırlamışdır. Professor F.Zeynalov isə 3 aspiranta və 2 dissertanta rəhbərlik edir. Onun aspirantlarından biri Yəmən Respublikası vətəndaşıdır. Belə ki, 2009-cu ildən professor F.H.Zeynalovun rəhbərliyi altında 3 nəfər müdafiə etmiş, fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Hal-hazırda kafedranın 34 nəfər üzvündən 3 nəfəri alimlik və peşəkar təcrübə qazanmışlar:

  1. F.H.Zeynalov-f.e.d., professor
  2. S.E.Poladova – fil.f.d., dosent
  3. K.A.Alırzayeva – fil.f.d., dosent

Bununla yanaşı, kafedranın baş müəllimi Cəvahir Yaqubova işi seminardan keçib, müdafiəyə hazırlanır. Dissertant Şəhla Qocayevanın işi bitib, müzakirəyə təqdim edilib. Kafedranın digər dissertantları (Pərvin Musayeva, Xatirə Qocayeva) işləri bitmək üzrədir. Kafedranın digər əməkdaşı Günel Cəlilova doktranturaya qəbul olmuş, mövzusu təsdiq edilmişdir. Kafedranın dosenti K.Alırzayeva elmlər doktoru üzrə doktranturaya qəbul olmuşdur.

F.H.Zeynalovun rəhbərliyi altında 3 dissertant, (onlardan biri dissertasiya işi -Şəhla Qocayeva) bitirmiş, 2 doktorant dissertasiya işləri üzərində işləyirlər.

  1. Tədris planına uyğun olaraq İngilis dilinin fonetikası kafedrası aşağıdakı akademik proqramları işləyib hazırlamışdır:

1) Bakalavr pilləsi üçün nəzərdə tutulan ingilis dilinin praktik fonetikası üzrə proqramı (b/m S.Əzizov) 1996.

2) Bakalavr pilləsi üçün nəzərdə tutulan ingilis dilinin praktik fonetikası üzrə yeniləşmiş proqram (professor F.Zeynalov , b/m S.Əzizov) 2009.

3) Bakalavr pilləsi üçün nəzərdə tutulan ingilis dilinin nəzəri fonetikası üzrə proqramı (professor S.Babayev) 2009.

4) Magistr pilləsi üçün ingilis dilinin fonologiyası üzrə proqramı (professor S.Babayev) 2009.

          5) Bakalavr pilləsi üçün nəzərdə tutulan ingilis dilinin praktik fonetikası üzrə yeniləşmiş proqram, “Eşitmə və tələffüz” fənləri – 1,2,3 (professor F.Zeynalov , b/m Z.Neymətulin) 2015.

 

  1. İngilis dilinin fonetikası kafedrası bakalavr pilləsi tələbə qruplarını praktik və nəzəri fonetika kursları üzrə, magistr pilləli tələbələri isə fonologiyaya dair kurs kitabları, materialları və dərs vəsaitləri ilə təmin edir;

           “Eşitmə və tələffüz” fənni üzrə ədəbiyyatların siyahısı:

 

  1. Бабайев С., Гарайева М. English phonetics. Bakı, “Nurlan”, 2006
  2. Zeynalov F.H. Practical English Phonetics. Book I. Bakı, Mütərcim.2012
  3. Zeynalov F.H.Supplement to the book “Practical English Phonetics”. Mütərcim. 2012
  4. Vassilyev V.A. English phonetics. M., 1980.
  5. Zeynalov F.H., Мяммядова Я.О. Orthophonic Exercises in English. Bakı, 1996.
  6. Zeynalov F.H., Hüseynova Z.Ə. Pronunciation and Spelling in English. Bakı, 1996.
  7. Peter Roach. English Phonetics and Phonology. (A practical course) Cambridge University Press. 2000.
  8. Jones D. Cambridge English Pronouncing Dictionary. Cambridge University Press. 2006. (the 17th edition).
  9. Ann Baker. Ship or Sheep. Cambridge.2006.
  10. Mark Hancock. English Pronounciation in USE.Cambridge.2003
  11. Аракин В.Д. Практический курс английского языка. Часть I,II,III М., 2000, 2001.
  12. Соколова М.А. и др. Практическая фонетика английского языка. М., 1984.

 

 

 

      İngilis dilinin fonetikası kafedrasında tədris olunan

 

“Phonetics/Phonology for Essex” fənni üzrə ədəbiyyatların siyahısı:

 

 

  1. Abercrombie D. Elements of General Phonetics. Edinburgh: Edinburgh University Press. 1967
  2. Chomsky N. And M. Halle. The Sound Pattern of English. New York: Harper and Pow. 1968
  3. Chomsky N. And M. Halle. Fundamentals of  The Hague: Mouton. 1956
  4. Babayev. English phonology.  Bakı “Nurlan” 2004
  5. Fromkin V., Rodman R. An Introduction to Language. The fourth edition. USA: Saunder College Publishing. 1988
  6. Hudson G. Essential Introductory Linguistics. Blackwell. 2000
  7. Roach P. English Phonetics and Phonology. The third edition. Cambridge University Press. 2000
  8. O’ Conner J. D. Phonetics. Penguin Books. 1977
  1. Gimson A.C. An Introduction to the Pronuncation of English. London. 1970
  1. Falk Julia S. Linguistics and Language. USA: Michigan State University. 1978
  1. e.d., professor Fərman Zeynalov – kafedra müdiri
  2. f.d., dosent Səbinə Poladova
  3. f.d., dosent Kifayət Alırzayeva – doktorant
  4. baş müəllim Ziya Neymətulin
  5. baş müəllim Mirbəşir Ağamirov
  6. baş müəllim Aydın Kərimov
  7. baş müəllim Elmira Zülfüqarova
  8. baş müəllim Mehriban İbadullayeva
  9. baş müəllim İntizar Kərimova
  10. baş müəllim Cəvahir Yaqubova
  11. baş müəllim Gülbəniz Nurəliyeva
  12. baş müəllim Yetər Əhmədova
  13. baş müəllim Təranə Cabbarlı
  14. baş müəllim Gülnarə Səfərova
  15. baş müəllim Şəfiqə Qocayeva
  16. baş müəllim Aynur Əliyeva
  17. baş müəllim Fatimə İbrahimova
  18. baş müəllim Gülnarə Rəhimova
  19. Pərvin Musayeva – dissertant
  20. Güntəkin İlyasova
  21. Səbinə Tahirova
  22. Vəfa Cəbrayılova
  23. Şəhla Qocayeva – dissertant
  24. Pərvanə Cəfərova
  25. Leyla Seyidova
  26. Xatirə Qocayeva – dissertant
  27. Aydan Hacıyeva
  28. Ülviyyə Zeynalova
  29. Kübra Məmmədova
  30. Günel Cəlilova – doktorant
  31. Aynurə Cəfərova
  32. Ülviyyə Babayeva (analıq məzuniyyəti) 1.0
  33. Günay Məmmədova (analıq məzuniyyəti) 1.0
  34. Əfsanə Baxşəliyeva (analıq məzuniyyəti) 1.0

                               Laborantlar

  1. Əminə Səfərzadə
  2. Sevinc Namətova
  3. Bəyim Kərimova (analıq məzuniyyəti)
  4. Türkan Quliyeva (analıq məzuniyyəti)
  5. Xatirə Məmmədova (analıq məzuniyyəti)
Paylaş