Azərbaycan dili və ədəbiyyatı kafedrası

1222

Azərbaycan dili və ədəbiyyatı kafedrası Azərbaycan Dillər Universitetinin 2 saylı tədris binasında Filologiya və jurnalistika fakültəsinin nəzdində yerləşir. Kafedra 2005-ci il noyabr ayından Azərbaycan ədəbiyyatı  kafedrası adı ilə fəaliyyət  göstərir.

        2005-cı ildən kafedraya f.e.d. F.R.Səfiyeva rəhbərlik edir. 2012-ci ildə kafedra Azərbaycan dili kafedrasıyla birləşərək “Azərbaycan dili və ədəbiyyatı” kafedrası adı altında hazırda 38 müəllim, 6 saat hesabı müəllim və 3 laborant heyəti ilə fəaliyyət göstərir.  Müəllimlərdən 2 nəfər f.e.d., 21 nəfər isə filologiya  elmlər namizədidir, 7 nəfər müəllim baş müəllim, 5 nəfər müəllim doktorant və dissertant, 3 nəfər isə müəllimdir.

Azərbaycan ədəbiyyatı zəngin tarixə malikdir. Azərbaycan dili və ədəbiyyatı kafedrasının missiyası da tələbələri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və onların bəşəri ideyaları təbliğ edən əsərləri  ilə tanış etmək, ədəbiyyatın inkişaf meylləri və istiqamətləri barədə tələbələrdə təsəvvür formalaşdırmaq, ədəbi-bədii əsərləri sistemli və ardıcıl şəkildə öyrətməkdən, Azərbaycan dilinin fonetik sistemini, lüğət tərkibini və qrammatik quruluşunun qanunuuyğunluqlarını tələbələrə öyrətməkdən ibarətdir. Kafedra fəaliyyət göstərən vaxtdan bəri müvafiq plan əsasında öz vəzifəsini yüksək səviyyədə həyata keçirməyə çalışır, bütün fəaliyyətini istər bakalavr, istərsə də magistr pillələrində tədrisin keyfiyyətlinin yüksəlməsinə yönəldir. Təcrübə mübadiləsi məqsədilə kafedra açıq dərslər təşkil edir. Kafedra müdiri və müəllimlər açıq dərslərdə fəal iştirak edir.  Dərslər müzakirə olunur, irad və təkliflər səslənir.

Prof. F.R.Səfiyeva, dos.A.X.Zeynalova, dos.A.A.Hacıyeva, m. M.O.Mövlamova, m. K.A.Məmmədova görkəmli ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmişdir.

Kafedramız aşağıdakı  dissertasiya işinin müzakirəsini keçirmişdir.

  1. İradə Məzahim qızı Kərimovanın “Göyçay rayonu toponimlərinin linqvistik təhlili” mövzusunda dissertasiya işinin müzakirəsi olmuşdur.
  2. Çinarə Məhəmməd qızı Qəhrəmanovanın “S.Rəhimovun əsərlərində dialektizmlərin linqvistik xüsusiyyətləri” (“Saçlı” romanı və hekayələri əsasında) mövzusunda dissertasiya işinin müzakirəsi olmuşdur.
  3. Flora İsmayıl qızı Osmanovanın “Metaforikləşmə dilin lüğət tərkibini zənginləşdirən amil kimi” (Azərbaycan dilinin materialı əsasında) mövzusunda dissertasiya işinin müzakirəsi olmuşdur.
  4. Rəşad Əli oğlu Zülfüqarovun “Naxçıvan dialekt və şivələrinin terminoloji leksikası” (Ordubad və Culfa rayonlarının materialları əsasında) mövzusunda  dissertasiya işinin müzakirəsi olmuşdur.
  5. Gülnurə Hacıverdi qızı Babaşovanın “Azərbaycan dilində predikativ quruluşlu frazeoloji vahidlər” mövzusunda dissertasiya işinin müzakirəsi olmuşdur.
  6. Xalidə Firuddin qızı Abdullayevanın “Cümlə üzvləri və mürəkkəb cümlə komponentləri sırasının nəzəri əsasları ( XIII – XIV əsrlər Azərbaycan ədəbi dili materialları əsasında)” mövzusunda dissertasiya işinin müzakirəsi olmuşdur.

 Azərbaycan ədəbiyyatı tarixi, Ölkə ədəbiyyatı tarixi, Azərbaycan mühacirət ədəbiyyatı, Azərbaycan şifahi xalq ədəbiyyatı, Azərbaycan uşaq ədəbiyyatı, Ədəbiyyatşünaslığa giriş, Ədəbiyyatın tədrisi metodikası, Azərbaycan ədəbiyyatı (qeyri-ixtisas), Azərbaycan ədəbiyyatında kurrikulum sistemi, Fars dili, Bədii əsərlərin təhlili metodikası, Öyrənilən əsas dil, Azərbaycan dili və nitq mədəniyyəti, Azərbaycan dialektologiyası, Müasir Azərbaycan dili, İfadəli oxudan praktikum, Azərbaycan dilindən praktikum, Azərbaycan dilinin tədrisi metodikası, Üslubiyyat və nitq mədəniyyəti, Ölkəşünaslıq, Azərbaycan dili onomologiyasının əsasları, Filoloji araşdırmalar və İKT, Azərbaycan dilçiliyində qrammatika problemləri, Əski Azərbaycan yazısı, Jurnalistika ixtisası üzrə – Jurnalistikaya giriş, Azərbaycan jurnalistika tarixi, Jurnalist etikası və kommunikasiyası mədəniyyəti, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi, Radio jurnalistikası, Ədəbi redaktə, Yeni dünya jurnalistikası, KİV-in hüquqi tənzimlənməsi, KİV-də marketinq və reklam, RTV-də praktik iş, “Füyuzat” jurnalistikası, Magistratura pilləsində isə – “Azərbaycan ədəbiyyatında modernizm”, “Azərbaycan təsəvvüf ədəbiyyatı”, “Azərbaycan və dünya xalqlarının nağılları”, “Azərbaycan ədəbiyyatının aktual problemləri”, “Tədqiqat üsulları”, “Azərbaycan ədəbiyyatının tədrisinin nəzəri problemləri”, “ADT-də İKT –nin tarixi metodologiyası”, “ADTM-in müasir problemləri”, “ADT-in tarixi və metodologiyası” kimi fənlər tədris olunur.

2005-cı ildən bu günə kimi kafedraya f.e.n., dos. F.R.Səfiyeva rəhbərlik edir. F.R.Səfiyeva 1997-ci ildə “Bəxtiyar Vahabzadənin dramaturgiyası” mövzusunda namizədlik, 2012 –ci ildə

“N.Xəzrinin yaradıcılığında fərdi üslub və poetika problemləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. “Bəxtiyar Vahabzadənin dramaturgiyası” və “ Nəbi Xəzrinin sənətkarlığı monoqrafiyalarının”, “Azərbaycan dili linqvistik sxemlərdə” (2006) metodik vəsaitinin”, “Azərbaycan dili sxemlərdə” (2010,2011,2012,2013) dərs vəsaitinin, Azərbaycan dii (Polşa Universitetləri üçün ) dərs vəsaitinin, Ədəbiyyat müntəxabatı (qeyri-ixtisas fakültələr  üçün) adlı dərs vəsaitinin müəllifidir.

 

N Ad,soyad, ata adı Elmi dərəcəsi Ştat cədvəli
1. Fəridə Ramiz qızı Səfiyeva professor 0.5
2. Adil Məhəmməd oğlu Babayev professor 1
3. Fazil Zaməddin oğlu Əhmədov dosent 1
4. Dilbər Vəkil qızı Zeynalova dosent 1
5. Aytən Abuzər qızı  Hacıyeva dosent 1
6. Afət  Səlim qızı Cəfərova dosent 1
7. Yeganə Müseyib qızı Hacıyeva dosent 1
8. Sofiya Fuad qızı Mirzəyeva dosent 1
9. Vəfa Surət qızı Kazımova dosent 1
10. Aida Lənkəran qızı İbrahimova dosent 1
11. Sevinc Beydulla qızı Kazımova dosent 1
12. Nurlanə Musa qızı Mustafayeva dosent 1
13. Sitarə Rəhim qızı  Əliyeva dosent 0.5
14. Səidə Əkbər qızı Rüstəmova dosent 0.5
15. Qətibə  Balaəhməd qızı Rüstəmova dosent 0.5
16. Sevinc  Qüdrət qızı Musayeva dosent. 0.5
17. Əqidə Fətulla qızı Axundova dosent 0.5
18. Aytac Xalid qızı Zeynalova dosent 0.5
19. Fərəh  Hüseyn qızı Niftəliyeva dosent 1
20. Səidə Məmmədağa qızı Qafarova dosent 1
21. Elmira Əli qızı Mustafayeva f.ü.f.d.,b.m. 0.5
22. Fidan Nizaməddin qızı Abdurahmanova Fil.f.d.,m. 0.5
23. Aynur Əmirxan qızı Sadıqova m. 1
24. Vəfa  Musa qızı Fətullayeva Fil.f.d.,b.m. 1
25. Röya Məftun qızı Mürşüdova b.m. 1
26. Səbinə Fehruz qızı Əliyeva b.m. b.m. 1
27. İlahə Aydın qızı Kazımova b.m. 1
28. Rəna Nəriman qızı Kazımova b.m. 1
29. Şəfaqət Ağamoğlan qızı Hüseynova b.m. 0.5
30. Elnarə  Vaqif qızı  Yəhyayeva b.m 0.5
31. Ofelya Eldar qızı Babayeva m. 0.5
32. Şəhla Qəhrəman qızı İsmayılova m. 0.5
33. Nərgiz Çərkəz qızı QurbanlI m. 0.5
34. Şəbnəm Əlibala qızı Teymurova m. 0.5
35 Könül Aydın qızı Məmmədova m. 0.75
36. Kəmalə Əkbər qızı Məmmədova m. 0.75
37. Heyran Əflatun qızı Amanova (Analıq məzuniyyəti) m. 0.5
38. Mehriban Oqtay qızı Mövlamova (Analıq məzuniyyəti) m. 0.5
Paylaş