Alman dili kafedrası

1055

Respublikamızda alman dilinin müstəqil və sistemli şəkildə tədrisinin tarixi  1936-1937-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Dillər kafedrasında 3 müstəqil kafedranın – Xarici dillər, Azərbaycan dili və Rus dili kafedralarının yaranmalarına gedib çıxır. Sonralar Xarici dillər kafedrasının bazası əsasında müstəqil ingilis, alman və fransız dili kafedraları yaranmışdır. Həmin dövrlərdə alman dilinin tədrisi metodikası fənninin tədrisi də məhz alman dili kafedrasında yerinə yetirilmişdir. 1942-1961-ci illərdə bu kafedraya dosent N.Ağazadə və sonralar isə baş müəllim C.Cəfərov, Almaniyada namizədlik dissertasiyası müdafiə etmiş dosent Ə. Əliyeva, dosent S.Pepinova, dosent B. Həsənov, professor S.Abdullayev və professor F.Veysəlli rəhbərlik etmişlər. Qeyd etmək lazımdır ki, həmin kafedrada yuxarıda adları göstərilən tanınmış mütəxəssislərlə yanaşı, dosentlər Ş.Abdullayeva və T.Əhmədova, baş müəllim olmuş E.Muradova, Q.Dadaşova, Karpoviç, O.Morozova, R.Babayeva, Ə.Sadıqova, M.Cavlalov və Z.Əliyev, həmçinin professor Z.Quliyev kimi təcrübəli müəllimlər də çalışmışdılar. 1973-cü ildə Azərbaycanda Xarici Dillər İnstitutu yaradıldıqdan sonra alman dilinin tədrisi yeni bir mərhələyə qədəm qoymuşdur. 1991-ci ildə vahid alman dili kafedrasının bazasında 3 müstəqil kafedra – Alman dilinin leksikologiyası və üslubiyyatı, Alman dilinin fonetikası və tarixi, Alman dilinin qrammatikası kafedraları fəaliyyət göstərmişlər. Bütün bunlar fakültədə təhsilin keyfiyyyətinə və elmi-tədqiqat işlərinin daha yüksək səviyyəyə qalxmasına təkan vermişdir. Bir neçə ildən sonra dərs yükü ilə əlaqədar Alman dilinin fonetikası və tarixi, Alman dilinin qrammatikası kaferalarının birləşdirilməsi zərurəti yaranmışdır. Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasına müxtəlif vaxtlarda professor S.Abdullayev, dosentlər B.Həsənov və Ç.Qurbanov rəhbərlik etmişlər. Lakin 27 sentyabr 2012-ci ildə ADU-nun rektoru S.İ.Seyidovun 103 saylı əmrinə əsasən Alman dilinin fonetikası, qrammatikası və tarixi kafedrası, eyni zamanda Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası ləğv edilərək onların bazasında “Müasir alman dili” kafedrası yaradılmışdır. ADU-nun rektorunun 08 iyun 2015-ci il, 63 saylı əmrinə əsasən Müasir alman dili kafedrasının adı dəyişdirilərək “Alman dili” kafedrası adlandırılmışdır. 2014-cü ildən kafedraya dosent E.Q.Yusifov rəhbərlik edir.

Kafedra əməkdaşlarının qarışısında duran ən ümdə vəzifə praktik alman dilinin müasir tələblərə uyğun yüksək səviyyədə öyrədilməsi, eləcə də alman dilinin tədrisi metodikasının əsaslarını tələbələrə aşılamaqdan ibarətdir. Həmin missiya və vəzifələrə uyğun olaraq praktik dil dərsləri – oxu və nitq praktikası, kommunikativ qrammatika, eşitmə və tələffüz, alman dilinin tədrisi metodikası, ölkəşünaslıq və öyrənilən dilin ədəbiyyatı kimi  bir sıra ixtisas fənlərinə xüsusi diqqət edilir. Kafedranın konkret məqsəd və vəzifələrinə müvafiq olaraq təhsilin bakalavr və magistr pillələrində leksikologiya, üslubiyyat, mətnin şərhi, tipologiya, semantika kimi nəzəri fənlərin tədrisi xüsusi əhəmiyyət daşıyır. Kafedrada praktik alman dilinin yüksək səviyyədə mənimsənilməsi və dərindən öyrədilməsi xüsusi rola malikdir.

filologiya üzrə elmlər doktoru, professor – 1 nəfər

filologiya üzrə fəlsəfə doktoru, professor – 1 nəfər

filologiya üzrə fəlsəfə doktoru, dosent – 5 nəfər

dosent – 2 nəfər

fəlsəfə doktoru – 3 nəfər

baş müəllim – 16 nəfər

müəllim – 2 nəfər

Kafedrada 2 nəfər 0,25 , 19 nəfər 0,5 və 10 nəfər 1 ştat vahidi üzrə müəllim kimi  çalışır.

 

Adı, atasının adı, soyadı  

Vəzifəsi

 

Ştat vahidi
1. Elxan Qəşəm oğlu Yusifov kafedra müdiri, fil.f.d., dosent 0,5
2. Sərxan Əvəz oğlu Abdullayev fil.e.d., professor 0,25
3. Ulduz Böyükkişi qızı Aslanova fil.f.d., professor 1
4. Dilşad Şaban qızı Veysəlova fil.f.d., dosent 0,25
5. Gülənbər Məhərrəm qızı Pirnəzərova fil.f.d., dosent 1
6. Məlahət Əbdürrəhman qızı Məhərrəmova fil.f.d., dosent 1
7. Samirə Əlibayram qızı Adışova fil.f.d., dosent 0,5
8. Mehparə Niftulla qızı Qəribova ped.f.d, dosent 1
9. Raya Təbriz qızı Həsənova dosent 0,5
10. Məryəm İbrahim qızı Babayeva dosent 0,5
11. Xuraman Səlim qızı Əsgərova fil.f.d., baş müəllim 0,5
12. Arzu Qədir qızı Cabarova fil.f.d., baş müəllim 0,5
13. Gülbəniz Kamal qızı Nəcəfova baş müəllim 0,5
14. Hənifə Fizuli qızı Manquliyeva baş müəllim 0,5
15. Gülşən Vaqif qızı Əhmədova baş müəllim 1
16. İlham Tofiq oğlu Heybətov baş müəllim 1
17. İradə Əli qızı Quliyeva baş müəllim 0,5
18. Kamilə Saleh qızı Mustafayeva baş müəllim 0,5
19 Məlahət Heybət qızı Vahabova baş müəllim 0,5
20. Nailə İsmixan qızı Hüseynova baş müəllim 1
21. Solmaz Cavanşir qızı Əlizadə baş müəllim 1
22. Sevinc Əli qızı Xasıyeva baş müəllim 0,5
23. Sənubər Surxay qızı Zeynalova baş müəllim 1
24. Tahirə Məmmədağa qızı Gözəlova baş müəllim 1
25. Tamilla Bayram qızı Məmmədova baş müəllim 0,5
26. Sevinc Razim qızı Məmmədova baş müəllim 0,5
27. Mircəmil Mircəfər oğlu Seyidrzayev baş müəllim 0,5
28. Qahirə Vaqif qızı Axundova p.f.d., müəllim 0,5
29. Nahidə Faiq qızı Məmmədova baş müəllim 0,5
30. Gülxar Əkrəm qızı Hüseynova müəllim 0,5
31. Zülfiyyə Zahir qızı Quliyeva müəllim 0,5
32. Rəhimli Gülnar Qənimət qızı laborant 1
Paylaş