Ümumi şöbə

2258

 

SSRİ-nin 50 illiyi adına APDXİ yarandığı gündən (1973) (ADU – 2000-ci il) dəftərxana Rəcəbova Aidə(Ümumi şöbə) fəaliyyət göstərir.

Ümumi şöbə öz işində ali məktəb haqqında Əsasnaməni, Təhsil Nazirliyinin, həmçinin ali məktəb rəhbərinin əmrlərini, Sərəncamlarını və kargüzarlığın aparılmasına dair təlimatı rəhbər tutur.

Ümumi şöbəyə universitetin rektoruna bilavasitə tabe olan ÜŞ-nin müdiri rəhbərlik edir. ÜŞ-nin müdiri tutduğu vəzifəyə universitetin rektoru tərəfindən təyin edilir və azad edilir.

Tapşırılan göstərişlərin yerinə yetirilməsi üçün Ümumi şöbəyə aşağıdakı funksiyalar həvalə edilir:

  • Daxil olan və gedən, daxili sənədlərin vaxtında baxılması üçün universitetin rəhbərliyinə təqdim olunması;
  • Sənədlərin sənədləşdirilməsi və göndərilməsi, sənədlərin düzgün tərtib olunması və sənədləşməyə nəzarət, sənədlərin və onlarda olan tapşırıqların icrasına nəzarət;
  • Ümumi şöbə vətəndaşların qəbul edilməsinin təşkilini təmin edir. ÜŞ hər rüb təhlil aparılmaqla rəhbərlik üçün tapşırıqların icrasının gedişi barədə informasiya hazırlayır. Ümumi şöbə müdiri tapşırıqların icra vəziyyəti barəsində aylıq məlumat, arayışlar hazırlayır, icra müddəti dəyişdikdə ÜŞ məlumatlandırılmalıdır.
  • Sənədlərin işlərə tikilməsi, rasional yazışmanın təşkili;
  • Daxil olan və gedən sənədlərin qəbulu, qeydiyyatı, saxlanılması, strukturlara göndərilməsi, həmçinin sənədlərin dövlətsaxlanılma orqanına təhvil verilməsinin hazırlanması.

Ümumi şöbənin müdiri bütünlüklə şöbənin fəaliyyətinə rəhbərlik edir, həmin Əsasnamədə göstərilən vəzifə və borcları həyata keçirir, eyni zamanda verilən tapşırıq və funksiyaların yerinə yetirilməsində məsuliyyət daşıyır.

 

 

Ümumi şöbənin müdiri

Rəcəbova Aidə Əkbər qızı

Tel: (+99412) 441 31 58

Email: umumishobe@adu.edu.az

Paylaş