İnformasiya Departamenti

2125

İnformasiya Departamenti ADU-nun Elmi Şurasının 26 oktyabr 2016-cı il tarixli iclasında qəbul olunan qərara əsasən yaradılıb. Bu tarixə kimi isə İctimaiyyətlə əlaqələr Departamenti kimi fəaliyyət göstərib.

Ağayev Araz

İnformasiya Departamentinin tərkibinə aşağıdakı struktur bölmələr daxildir:

  • İctimaiyyətlə əlaqələr şöbəsi
  • Musiqi və incəsənət şöbəsi
  • “Poliqlot” qəzeti redaksiyası
  • Protokol xidməti
  • TV studiya

 

 

 

İnformasiya Departamentinin müdiri

Ağayev Araz Tofiq oğlu

Tel: (+99412) 441 22 72

(+99412) 441 22 78/79 (daxili 1 38)

Email: a.agayev@adu.edu.az

24 fevral 2014-cü il tarixli 15 saylı əmrə əsasən yaradılmış İctimaiyyətlə əlaqələr Departamenti İctimaiyyətlə əlaqə və Şəfaqət KazımovaMətbuat xidməti şöbəsinin bazasında fəaliyyətə başlayıb. ADU-nun İctimaiyyətlə əlaqə və Mətbuat xidməti şöbəsi 2008-ci ilin dekabrından fəaliyyət göstərsə də, şöbənin yaradılması haqqında rəsmi qərar 2009-cu ilin fevral ayının 4-də verilib.

KİV-lə əlaqə, press-relizlərin hazırlanması, ictimaiyyətin universitetin fəaliyyəti haqqında məlumatlandırılması, universitetin nüfuzunun daha da yüksəlməsi və müsbət rəy formalaşdırmaq üçün universitetin təbliği şöbənin üzərinə düşən əsas vəzifələrdir.

Şöbə ADU-nun “Azərbaycan Dillər Universiteti-Rəsmi səhifə” adlı rəsmi Feysbuk səhifəsini idarə edir və universitetin fəaliyyəti barədə KİV-də yayımlanan xəbərləri, videosüjetləri və fotoşəkilləri səhifəyə yerləşdirir. Eyni zamanda Təhsil Nazirliyinin Feysbuk səhifəsi olan “Ali təhsil müəssisələri”ndə də universitet haqqında məlumat və fotoşəkillər,  o cümlədən ADU-nun TV studiyasının hazırladığı xəbərlər (açıq dərslər, görüşlər və s.) yerləşdirilir.

Ölkənin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq məhz ADU-nun İctimaiyyətlə əlaqə və Mətbuat xidməti şöbəsi 2009-cu il iyulun 7-də KİV nümayəndələri üçün 2008-2009-cu tədris ilinin yekunlarına həsr olunmuş brifinq təşkil edib.

2010-cu ildə Azərbaycan Dillər Universiteti “İlin universiteti”, ADU-nun Mətbuat xidməti isə ali təhsil müəssisələrinin müvafiq strukturları içərisində birinci yerə çıxaraq “İlin mətbuat xidməti” adını qazanıb. 2011-ci ildə isə ADU-nun Mətbuat xidmətinin rəhbəri ali təhsil müəssisələri üzrə “İlin mətbuat katibi” seçilib.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Kazımova Şəfaqət Fəhrad qızı

Tel: (+99412) 440 29 31

(+99412) 441 22 78/79 (daxili 2 17)

Email: shafa.kazimova@adu.edu.az

Musiqi və incəsənət şöbəsi 5 yanvar 2017-ci ildə Elmi Şuranın 28 dekabr 2016-cı il tarixli qərarı və 4 saylı əmrə əsasən İnformasiya Departamentinin nəzdində yaradılıb. Bu vaxta qədər isə Klub kimi fəaliyyət göstərib.

Hüseynova SevdaMusiqi və incəsənət şöbəsi tələbə və müəllimlərin yaradıcılıq imkanlarının üzə çıxarılması və həyata keçirilməsi istiqamətində iş aparır.

 

Musiqi və İncəsənət şöbəsinin müdiri

Hüseynova Sevda Cabir qızı

Email: vusev15@gmail.com

8 səhifəlik “Poliqlot” qəzeti 2000-ci ilin dekabr ayından etibarən nəşr olunur. Universitetin professor və tələbələri öz məqalələrini DSC_0286bu qəzetdə dərc etdirirlər. Eyni zamanda “Poliqlot” qəzeti universitetin məzunları ilə yaxından əməkdaşlıq edir. Əvvəllər ayda iki dəfə nəşr olunan qəzet hazırda ayda bir dəfə çap olunur.

Universitetlər içərisində ilk dəfə məhz ADU-nun rəsmi mətbu orqanı olan “Poliqlot” qəzeti 22 oktyabr 2009-cu ildə Azərbaycan Mətbuat Şuraşına üzv qəbul olunub.

“Poliqlot” qəzetinin məsul redaktoru

Əliyeva Xədicə Əliyar qızı

Tel: (+99412) 440 29 31

Email: khadija.aliyeva@adu.edu.az

 

Protokol xidməti İnformasiya Departamentinin tərkibində bölmə Aydan Cəfərovaolaraq 2010-cu ilin mart ayından fəaliyyət göstərir. Protokol xidməti universitetdə keçirilən tədbirləri təşkil edir.

Protokol xidmətinin baş mütəxəssisi

Cəfərova Aydan İsmayıl qızı

Tel: (+99412) 440 29 31

Email: a.cafarova@gmail.com

ADU-nun TV studiyası 2015-ci ilin sentyabr ayından Azərbaycan Dillər Universitetində İnformasiya Resurs Kompleksinin nəzdində fəaliyyət göstərməyə başlayıb. Elmi Şuranın 26 oktyabr 2016-cı il tarixli qərarı və 89 saylı əmrə əsasən İnformasiya Departamentinin tərkibinə daxil olub.

TV studiyanın yaradıcı heyəti xəbər blokları, qısa müsahibələr, müxtəlif telelayihələr hazırlayır, ADU-nun müəllim və tələbə heyətinin fəaliyyətini əks etdirən maraqlı süjetlər, verilişlər üzərində işləyir. TV-də universitet  müəllimlərinin elmi yaradıcılığı  ilə bağlı maraqlı süjetlər, gənclər arasında keçirilmiş  müxtəlif  videosorğular nümayiş olunur. TV studiya ADU-ya gələn  xarici  qonaqlarla da müsahibələr  hazırlayır.

 

TV studiyanın rejissoru

Səfərəliyev Ayşad Elşən oğlu

Tel:

(+99412) 441 22 78/79 (daxili 1 45)

Email: info@tvadu.az

Paylaş