Tələbə şöbəsi

1572

Azərbaycan Dillər Universitetinə qəbul olunmuş tələbələrin şəxsi işləri qəbul komissiyasından təhvil alınaraq qeydiyyatı aparılır. Universiteti bitirən məzunların şəxsi işləri bir ildən sonra arxivə təhvil verilir. Arxivə sənədlər verilən zaman tələbələrə aid olan

????????????????????????????????????

bütün sənədlər dekanlıqlar tərəfindən Tələbə şöbəsinə təhvil verilir.

Tələbə şöbəsi tərəfindən bakalavr, magistr, yenidən hazırlanma diplomları və tibbi şəhadətnamələr yazılaraq məzunlara verilir.

Tələbələr universiteti bitirdikdən sonra Xüsusi şöbə tərəfindən diplomlar alınaraq akt əsasında Tələbə şöbəsinə təhvil verilir, sonra hər bir məzunun adına diplom yazılaraq dövlət komissiyasının sədri və rektor tərəfindən imzalanaraq məzunlara təqdim olunur.

Təhsil Nazirliyi tərəfindən diplomlar vaxtında verilmədikdə müraciət edən məzunlara diplom əvəzi arayışlar verilir.

 Tələbə şöbəsinə daxil olan əmrlər, məktublar, ərizələr vaxtında işlənilir və icra olunur.

Universiteti bitirdikdən sonra Təhsil Nazirliyinin əmri əsasında attestatlarda qeydlər aparılaraq məzunlara geri qaytarılır.

Müxtəlif illərdə universiteti bitirən məzunların diplomları itirilən zaman onun dublikatı sənədlər əsasında Tələbə şöbəsindən verilir.

Tələbə şöbəsinin müdiri

Bağırova Tamara Hüseyn qızı

Tel:   (+99412) 441 22 78/79 (daxili 1 20)

Paylaş