Tələbə Elmi Cəmiyyəti

1236

ADU-nun Tələbə Elmi Cəmiyyəti (TEC) universitetin Elmi Şurasının iclasında (protokol №1, 1 sentyabr 1988-ci il) təsis edilib.

Əsgər ZeynalovTEC universitet tələbələrini elmi işlərin yerinə yetirilməsinə cəlb edir, ayrı-ayrı müəllimlərin tələbə elmi işlərinə rəhbərlik etmələrinə şərait yaradır, tələbələrin universitet daxilində və universitetdən kənar elmi işlər üzrə keçirilən tədbirlərdə iştiraklarını təmin edir, tələbələrin universitet daxilində illik elmi konfransını təşkil edir, fərqlənən tələbələri mükafatlandırır (I, II, III dərəcəli diplomlarla, rektorun sərəncamı ilə tələbələrə təşəkkür verməklə, habelə daha çox fərqlənən tələbələrin Respublika Elmi konfransında iştirakları üçün namizədliklərini irəli sürməklə), tələbələrin illik fənn olimpiadalarına hazırlıqlarını təmin edir və onların fənn olimpiadalarında iştirakını təşkil edir. TEC keçirilmiş konfransda edilən məruzələrin proqramını və tezislərini çap etdirir. TEC, həmçinin istedadlı tələbələrin digər ali məktəblərin elmi yığıncaqlarında iştirak etmələrini təmin edir.

TEC-in sədri fil.el.d., prof. Ə.Zeynalovdur.

TEC-ə  1000-ə yaxın bakalavr və magistr üzvdür.

Tələbə Elmi Cəmiyyətinin sədri

Əsgər Məmməd oğlu Zeynalov

Tel: (+99412) 441 39 74

(+99412) 441 22 78/79 (daxili 1 37)

Email: asgerzeynalov51@gmail.com

Paylaş