SABAH Resurs Mərkəzi

1284

SABAH qruplarının baza ali təhsil müəssisələrindən biri də Azərbaycan Dillər Universitetidir (ADU). ADU-da SABAH Resurs Mərkəzi 2014-cü ilin sentyabr ayından fəaliyyətə başlayıb.

ADU-nun SABAH qruplarına iki ixtisas – Xarici dil (İngilis dili) müəllimliyi və Tərcümə (İngilis dili) ixtisasları daxil edilmişdir. Ümumilikdə, ADU-nun SABAH qruplarında 160 tələbə təhsil alır. Xarici dil (İngilis dili) müəllimliyi ixtisası üzrə II kursda 32 tələbə, III kursda 43 tələbə, IV kursda 47 tələbə, Tərcümə (İngilis dili) ixtisası üzrə III kursda 13 tələbə, IV kursda 25 tələbə təhsil alır. ADU-da ümumilikdə 15 SABAH qrupu vardır.

SABAH qruplarına qəbul prosesi üç mərhələdən ibarətdir. Tələbələr I mərhələdə qeydiyyatdan keçirlər (akademik borcu olmamaq və ümumi orta müvəffəqiyyət göstəricisi 61 baldan az olmamaq şərti ilə), II mərhələdə hər birindən 25 test olmaqla məntiq və ingilis dilindən imtahan verirlər. III mərhələdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyənləşdirdiyi komissiya üzvləri tərəfindən müsahibə yolu ilə seçilirlər.

SABAH qruplarında tədris aparan müəllimlər də Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən müsahibə yolu ilə seçilirlər. Qeyd edək ki, hal-hazırda SABAH qruplarında 40 yerli, 2 əcnəbi  müəllim fəaliyyət göstərir.

 

SABAH qruplarının rəsmi internet səhifəsi: http://www.sabah.edu.az/

Tel: (+99412) 441 22 86

E-mail: xuraman.mammadova@sabah.edu.az

 

 

Paylaş