Maliyyə departamenti

1205

Şöbənin tarixi:

Azərbaycan Dillər Universitetinin mühasibatlığı 1948-ci ildə  Azərbaycan Pedaqoji İnstitutunun mühasibatlıq şöbəsinin  tərkibindən çıxaraq sərbəst olaraq  fəaliyyətə başlamışdır. Həmin vaxtda  Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun mühasibatlığı 3 nəfərdən ibarət əmək haqqı bölməsi ilə fəaliyyətini davam etdirmişdir.

 Fəaliyyəti:

Hal hazırda mühasibatlıq universitetin  inkişaf edərək genişlənməsi nəticəsində mühasibatın bütün sahələrini əhatə etmiş bir maliyyə-uçot strukturuna çevrilib.

Mühasibatlıq 8 işçi heyəti ilə fəaliyyət göstərir və 6 bölmədən ibarətdir:

– əmək haqqı bölməsi;

– iqtisadiyyat və hesabat bölməsi;

– tələbə bölməsi;

– kreditlərin uçotu bölməsi;

– qrantlarla hesablaşmaların uçotu bölməsi;

– material qiymətlilərinin uçotu bölməsi.

Hal-hazırda muhasibat uçotu Azərbaycan Respublikası Maliyyə Nazirliyininin 2009-cu il 13 yanvar tarixli i-05 nömrəli əmri ilə “Büdcə təşkilatları üçün milli muhasibat uçotu standartları” əsasında aparılır.

Mühasibatlıq professor-müəllim heyətinə, inzibati idarəetmə heyyətnə və tələbələrə əmək haqqı və təqaüdlərin hesablanması və ödənilməsində ən müasir metodları tətbiq etmiş və yüksək nəticələr əldə etmişdir. Muhasibat uçotu maksimum avtomatlaşdırılaraq uçot məlumatlarının etibarlılığını və dəqiqliyini yüksək səviyyəyə çatdırılmışdir.  Ölkədə təhsilin inkişafı ilə bağlı olan iqtisadi mexanizmlərin, o cümlədən Azərbaycan Respublikasının Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 saylı fərmanına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 saylı qərarına əsasən Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin universitetdə səmərəli tətbiqində digər qurumlarla yanaşı muhasibatlıq da maliyyə-uçot bölməsi kimi öz töhfələrini verməkdədir.

Paylaş