İnsan Resursları Departamenti

1850

 

M.F.Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu yaradılandan bu günədək onun strukturunda Kadrlar şöbəsi fəaliyyətə başlayıb. Keçmiş illər ərzində kadrlar

????????????????????????????????????

şöbəsinin rəisləri Emma Mahmudova, Şərqiyyə Rəhimova, Zakir Səmədov, Minayə Quliyeva, Şəhla Qurbanova, Fəridə Nəcəfova olublar. Departament professor-müəllim və inzibati idarəetmə – xidmətedici heyət üzrə əmrlərin hazırlanması (işə qəbul, işdən azad etmə, soyadın dəyişdirilməsi, maaşların dəyişdirilməsi, məzuniyyət, ezamiyyət, təşəkkür, töhmət, yeni müddətə seçilmə və müqavilələrin uzadılması və s.), müəllimlərin təqaüdü üzrə sənədləşmə, əmək kitabçalarının saxlanılmasına və dövriyyəsinə nəzarət, xəstəlik vərəqələrinin, arayışların və vəsiqələrin qeydiyyatı, pedaqoji stajın hesablanması, işçi heyətlə müqavilələrin bağlanması və onlara nəzarət, sənədlərin hazırlanıb arxivə verilməsi, əmək intizamı və onun möhkəmlənməsi üçün profilaktik iş üzrə reydlərin təşkili, işçilərin davamiyyət tabellərinə nəzarət funksiyalarını yerinə yetirir.

Gənc mütəxəssislərin işə qəbulu isə attestasiyadan keçməklə təmin edilir.

 

İnsan Resursları Departamentinin müdiri

Əliyeva Dürdanə Nəriman qızı

Tel: (+99412) 440 15 22

Email: durdana_1960d@mail.ru

Paylaş