İnformasiya Resurs Kompleksi

3404

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksi  2008-ci ildə yaradılmışdır.

Kompleksin fəaliyyətinin məqsədləri:

  • ADU-nun dünya ali təhsil məkanına inteqrasiyası istiqamətində addımlar atmaq, universitetin tədris və elmi tədqiqat fəaliyyətinin informasiya və elektron resurs təminatına töhfə vermək, professor-müəllim heyətinin, tələbələrin dünyanın aparıcı elektron resurs bazalarına və mövcud qabaqcıl texnologiyalara çıxışının təmin edilməsi üçün zəruri işlər görmək, bu sahədə Azərbaycan və xarici ölkə universitetlərinin təcrübəsini öyrənmək və tətbiq etməklə bağlı konkret proqram və təkliflər hazırlayaraq, universitetin digər strukturları ilə birgə onları həyata keçirmək, dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında hamı üçün əlçatan olan informasiya cəmiyyətinin qurulmasına öz töhfəsini vermək;
  • Universitetdə təhsilin səviyyəsinin yüksəldilməsi, professor-müəllim heyətinin, tələbə, magistrant və doktorantların elmi və elmi-metodik fəaliyyəti nəticələrinin bilavasitə tədris prosesinə inteqrasiyasına yardım məqsədi ilə bu nəticələrin elektron variantlarının (elektron məqalə, elektron kitab, slaydlar, animasiyalar və s.) hazırlanması və elektron resurslar bazasına yerləşdirilməsi, onlardan istifadə qaydalarının müəyyən edilməsi;
  • Azərbaycan Dillər Universitetinin elmi və tədris potensialından daha səmərəli istifadə edilməsi, cəmiyyətdə mövcud təhsil və dil xidmətlərinə olan tələbatın yüksək peşəkarlıq səviyyəsində ödənilməsinin təmin edilməsi üçün təsərrüfat hesablı dil kurslarının (o cümlədən beynəlxalq sertifikatların alınmasına hazırlıq məqsədi ilə), müvafiq təşkilatlarla müqavilələr əsasında beynəlxalq sertifikat sınaqlarının təşkili, tərcümə (yazılı və şifahi) və repetitor və sair xidmətlərin göstərilməsi.

 

Kompleksin əsas vəzifələri

Kompleks əhalinin müxtəlif təbəqələrinə dil xidmətləri göstərmək, xüsusilə də gənclərin dünya mədəniyyətinə inteqrasiyasına yardımçı olmaq, onlara elektron informasiya mənbələri ilə iş vərdişləri aşılamaq, İKT biliklərini öyrətmək məqsədi ilə  təsərrüfat hesablı kurslar  açır, repetitor xidmətlərini təklif edir, vətəndaşların  xarici dillər üzrə bilik səviyyəsini müəyyənləşdirən beynəlxalq qurumların keçirdiyi sınaqlara hazırlıq məqsədi ilə qruplar təşkil edir, həmin sınaqların keçirilməsində beynəlxalq qurumlarla tərəfdaşlıq münasibətləri qurur.

Orta, orta-ixtisas və ali təhsil müəssisələri tələbələri və şagirdlər üçün dünya mədəniyyətinə aid olan müxtəlif tədbirlərin keçirilməsini təşkil edir.

Beynəlxalq sertifikat imtahanlarını təşkil edir və digər onlayn sınaqları həyata keçirir.

Respublikanın bölgələrində yerləşən orta, orta-ixtisas və ali təhsil müəssisələri tələbələri və şagirdlərin, ilk növbədə isə qaçqın və məcburi köçkün məktəbləri şagirdlərinin və digər imtiyazlı şəxslərin kompleksin imkanlarından istifadə edə bilmələri üçün xüsusi proqramlar hazırlanır və həyata keçirilir, universitetin müxtəlif struktur bölmələri və müvafiq təhsil idarələri ilə birgə xüsusi “Bilik turları” və “Açıq Qapı” tədbirləri təşkil edilir.

 

Kompleksin strukturu:

Kompleksin strukturuna aşağıdakı bölmələr daxildir:

  • İKT bölməsi
  • Dünya mədəniyyətinə inteqrasiya bölməsi
  • Test mərkəzi
  • Ödənişli xidmətlər bölməsi

 

İnformasiya Resurs Kompleksi aşağıdakı xidmətləri göstərir:

  1. Magistratura hazırlığı
  2. Xarici dillərin tədrisi və tərcümə fəaliyyəti
  3. Müxtəlif dillərdə danışıq klubları
  4. Xaricdə dil kursları (Tələbələr və mütəxəssislər üçün müxtəlif proqramlar)
  5. Xarici ölkələrdə magistratura təhsili
  6. Xüsusi məqsədlər üçün dil proqramları / İngilis / Alman / Fransız
  7. Beynəlxalq sertifikat imtahanlarının hazırlıqları və müxtəlif test imtahanları
  • TOEFL
  • İELTS
  • SAT
  • GMAT
  • GRE
  • TÖMƏR
  1. Abituriyent hazırlığı
  2. Məktəbəqədər və məktəblilər üçün hazırlıqlar
  • İngilis dili
  • Rus dili
  1. İKT xidmətləri

 

İnformasiya Resurs Kompleksinin müdiri

Səmədzadə Fatimə Fikrət qızı

Tel: (+99412) 441 46 68

E-mail: fatima.samedzade1@gmail.com

 

 

 

Paylaş