Elmi hissə

2268

 

Elmi hissə strukturu hər bir ali məktəbdə olduğu kimi ADU-da da universitet fəaliyyətə başladığı gündən funksiyasını yerinə yetirməyə başlayıb.

Elmi hissə strukturu ADU-nun bütün kafedralarında elmi tədqiqat işlərinin yazılması, yerinə yetirilməsi və praktikaya tətbiqi işlərinə nəzarət edir.

Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə respublika TEC konfranslarına və olimpiadalarına hazırlıq işlərini həyata keçirmək daxildir. Bu struktur universitetdə fəaliyyət göstərən “Elmi xəbərlər”, “Dil və ədəbiyyat”, “Beynəlxalq münasibətlərin aktual problemləri” jurnallarına məqalələrin yığılması, sistemləşdirilməsi, çapa göndərilməsi, çapdan sonra korrektə olunması, məqalələrin ekspertizadan keçirilməsi və onların nəşrlərinin vaxtı-vaxtında həyata keçməsinə nəzarət edir.

Elmi hissə strukturu, eyni zamanda doktoranturaya qəbulu, imtahanların keçirilməsi işini həyata keçirir və bununla bağlı bütün  işlərə nəzarət edir.

İldə iki dəfə həm yaz, həm də payız mövsümündə müxtəlif ixtisaslar üzrə minimum imtahanlarını həyata keçirir.

Bu struktur universitetdə fəaliyyət göstərən ixtisaslar üzrə-German dilləri-5708.01, Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı)-5718.01, Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası- 5801.01, Müqayisəli-tarixi və müqayisəli tipoloji dilçilik-5714.01 ixtisasları üzrə müdafiə və onun nəzdindəki nəzəri seminarın iş fəaliyyətinə nəzarət edir.

Bu struktur universitetdə keçirilən bütün respublika və beynəlxalq miqyaslı konfransların təşkili, keçirilməsi, orada dinlənilən məruzələrin, həmçinin tezislərin nəşr olunmasına nəzarət edir.

Elmi hissə strukturu ADU-da elmi yaradıcılıq sahəsində öz sözünü demiş, ölkədə və xaricdə tanınan, bir sözlə, elmi məktəb yaratmış alimlərlə görüşlər təşkil edir, onların ad günlərinin təntənəli surətdə qeyd edilməsinə nəzarət edir.

Universitetdə hazırlanmış çox vacib dərslikləri, dərs vəsaitlərini, metodiki işləri və proqramları ADU- nun Maliyyə departamenti maliyyələşdirir.

Elmi hissə seminarlar, iclaslar, konfranslar, olimpiadaların təşkilinə və həyata keçirilməsinə nəzarət edir.

 

Paylaş