Doktoranturaya qəbul

1653

Azərbaycan Dillər Universiteti üzrə 2014-2015-ci tədris ili üçün Doktorantura və Dissertanturaya qəbulla əlaqədar lazım olan sənədlər

1. Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına). (Ərizə tələb olunan digər bütün sənədlər Elmi hissədə yoxlanıldıqdan sonra təqdim edəcəyimiz nümunə əsasında yazılır.)

2. Kadrların şəxsi-qeydiyyat vərəqi. (ADU –dan kənar universitetlərin məzunları və əməkdaşları kadrların şəxsi-qeydiyyat vərəqindəki şəkil olan və imza atılan hissəni bitirdikləri universitetlərdə və ya iş yerlərində möhürlətməlidir.)

3. Tərcümeyi-hal. (Tərcümeyi halın sonunda imza atılmalıdır.)

4. 3 ədəd fotoşəkil (3×4 sm ölçüdə). (Şəkillərdən biri kadrların şəxsi-qeydiyyat vərəqində müvafiq hissəyə yapışdırılmalıdır.)

5. İş yerindən xasiyyətnamə. (İş yerindən xasiyyətnaməni müəllimlər işlədikləri kafedra müdirlərindən, məzunlar dekanlıqlardan, digər müəssisələrdə işləyən şəxslər isə həmin müəssisənin rəhbərlərindən almalı və möhürlətməlidirlər.)

6. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (bakalavr və magistr) (diplomlara əlavə ilə), (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə). Elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün Elmlər namizədi və dosentlik diplomlarının surəti.

7. İş stajı olanlar üçün əmək kitabçasının surəti.

8. Şəxsiyyəti təsdiq edən sənədin surəti.

9. Çap olunmuş elmi əsərlərin siyahısı ( minimum 2, elmi əsərlərin (məqalələrin, tezislərin) surətləri əlavə olunmaqla: çap olunmuş jurnalın üz qabığı, məqalənin özü və mündəricatın surəti əlavə olunmaqla).

10. Məqaləsi olmayan və doktoranturaya sənəd verənlər üçün seçilmiş ixtisas üzrə referat (20-25 səh., elmlər doktoru, professorun rəyi, titul vərəqi, ədəbiyyat siyahısı olmalıdır).

Əldə olunmuş sertifikat və digər nailiyyətlər əlavə oluna bilər.

P.S. Sənədlər qovluqda qəbul olunur

Paylaş