Beynəlxalq şöbə

1263

Beynəlxalq şöbə ADU-ya xarici tələbələrin qəbulu və qeydiyyatının aparılması, xarici ölkələrin təhsil, elm və sənaye müəssisələri, habelə beynəlxalq təşkilatlarla birbaşa əlaqələrin yaradılması, inkişaf etdirilməsi və həyata keçirilməsinin təşkilini həyata keçirir.

Beynəlxalq şöbə aşağıdakı funksiyaları yerinə yetirir:

  • Təhsil almağa gələn əcnəbi tələbələrin qəbulu, yerləşdirilməsi, əcnəbilər üçün nəzərdə tutulmuş bütün qanunların və normativ aktların yerində icrasının təşkili
  • Xarici müəllimlərlə və tələbələrlə bağlı viza məsələlərinin həll edilməsi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xarici Əlaqələr şöbəsi, Türkiyə Səfirliyinin Təhsil Müşavirliyi, Dövlət Miqrasiya Xidməti ilə mütəmadi kommunikasiyanın yaradılması
  • Xarici dövlətlərin universitetlərindən ali məktəbə mühazirə oxumaq, staj keçmək üçün gələn, dəvət olunan müəllim heyətinin qarşılanması, müqavilələrin hazırlanması, onların universitetdə fəaliyyətinin təşkili
  • Universitetdə keçirilən konfranslarda, konqreslərdə, simpoziumlarda xarici müəllimlərin iştirakının təşkil edilməsi, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda və seminarlarda ADU-nun əməkdaşlarının iştirakının təmin edilməsi
  • Xarici ölkələrin qabaqcıl universitetləri ilə əlaqələrin yaradılması, tələbə və müəllim mübadiləsinin təşkil edilməsi
  • Qrant layihələri üzrə məlumat bazasının yaradılması, müvafiq layihələrlə bağlı müsabiqələrin keçirilməsi, xəbərdar olunması və layihələrin hazırlanması
  • Erasmus-Mundus və ikitərəfli əməkdaşlıq layihələri ilə bağlı məlumat bazasının yaradılması, bu layihələr çərçivəsində tələbə mobilliyinin təmin edilməsi, bununla bağlı müvafiq işlərin görülməsi (təqdimatların keçirilməsi, müvafiq sənədləşmənin aparılması), bu layihə ilə universitetə gələn tələbələrin logistika məsələləri ilə məşğul olunması
  • Beynəlxalq şöbənin reklam, kataloq, broşür materiallarının hazırlanması
  • ADU-da müxtəlif regionlar üzrə yaradılmış mərkəzlərə, onların gördüyü işlərə nəzarət

ADU-da 91 nəfər əcnəbi tələbə əyani təhsil alır. Həmin tələbələr Regionşünaslıq və Beynəlxalq Münasibətlər, Pedaqoji, Tərcümə, Filologiya və jurnalistika fakültələrində təhsil alırlar. Onlardan 1 nəfər dissertant, 2 nəfər magistr, 7 nəfər  hazırlıq, 6 nəfər dil kursları, 7 nəfər proqram üzrə, 68 nəfər isə bakalavr pilləsində təhsil alır.

Proqram üzrə 1 nəfər PhD təhsil almaga İtaliyaya gedib.

Şöbənin iş vaxtı: 9:00 – 16:30

Paylaş