Əcnəbi vətəndaşlar üçün universitetə qəbul qaydaları

900
  1. Əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinə qəbul qaydaları və təhsili

Hazırlıq fakültəsinə  sənədlərin qəbulu  hər tədris ilində  sentyabr ayının  1-dən oktyabr ayının 15-nə kimi aparılır. Dərslər sentyabr  ayının 15-də başlanır.

Azərbaycan Respublikasının təhsil və elmi-tədqiqat müəssisələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:

Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil, elm, mədəniyyət sahəsində əməkdaşlıq haqqında hökumətlər və idarələrarası sazişlər əsasında;

Təhsil müəssisələri arasında bağlanmış birbaşa müqavilələr əsasında;

Qeyri-hökumət və xeyriyyə cəmiyyətlərinin təsis etdiyi təqaüdlər hesabına;

Təhsil müəssisələrinin xarici ölkələrin təşkilatları, şirkətləri, assosiasiyaları, digər müəssisələri, vətəndaşları və s. Ilə bağladıqları müqavilələr əsasında.

Əcnəbi tələbələrin dövlət hesabına təhsili təhsil müəssisələrinin tabe olduğu müvafiq nazirlik, komitə və idarə rəhbərlərinin göndərişi və təhsil müəssisəsi ilə xarici ölkə təhsil müəssisələri arasında bağlanmış müqavilələrə uyğun tələbə mübadiləsi çərçivəsində həyata keçirilə bilər.

Dövlət təhsil müəssisələrində əcnəbi tələbələrin ödənişli əsaslarla təhsilinin bütün növləri üçün təhsil haqqı təhsil müəssisələrinin təklifi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən olunur  və təsdiq edilir.

Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.

Hazırlıq müvafiq hazırlıq kursları vasitəsi ilə həyata keçirilir.Təhsil sənədi Azərbaycan Respublikasında qəbul edilmiş müvafiq təhsil proqramları səviyyəsinə uyğun olan əcnəbilər hazırlıq kurslarına qəbul edilə bilərlər.Hazırlıq müddətinin sonunda dinləyicilər buraxılış imtahanları verirlər. Buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş dinləyicilərə təhsilini bitirdikdə ona müvafiq ixtisas üzrə vahid formada (şəhadətnamə) verilir.

Təhsil almağa gələn əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Təhsil müəssisəsi rəhbərinin adına ərizə;

Keçdiyi fənlər və həmin ffənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin notarius tərəfindən təsdiq olunmuş surəti;

Sağlamlıq və QİÇS haqqında arayışlar

Milli pasportun surəti;

Tərcümeyi hal;

8 ədəd 3×4 ölçüdə foto (arxası qırmızı fonda)

 

Xarici vətəndaşların  Azərbaycan Respublikası  Dövlət Miqrasiya Xidmətində 1 illik müvəqqəti yaşamaq  qeydiyyatı  aparılır:

 

 II. Universitetdə bakalavr pilləsində təhsil:

 

Universitetdə əyani və qiyabi şöbəyə sənəd qəbulu  hər tədris ilində  sentyabr ayının 1-30 na kimi aparılır.

                            əyani şöbədə dərslər sentyabr  ayının 15-də başlanır.

1.   Xarici vətəndaşların  bakalavr pilləsində təhsil alması  üçün aşağıdakı sənədlər tələb olunur:

– hazırlıq fakültəsini bitirməsi  haqqında şəhadətnamə (tələbə hazırlıq fakültəsində  bitirdiyi ixtisasa və  dilə uyğun bakalavr pilləsində təhsilini davam etdirməlidir.)

– universitetə qəbul üçün rektorun adına ərizə (ixtisas göstərilməklə);

– təhsil haqqında sənəd keçilən dərslər göstərilməklə (notarius tərəfindən təsdiq olunmaqla)

– tibbi arayış

– pasport və ya şəxsiyyətini təsdiq edən sənədin surəti (Azərbaycan Respublikasına giriş vizası olmaqla);

– tərcümeyi-hal;

– 8 ədəd 3×4 ölçüdə foto (arxası qırmızı fonda)

 

Bundan sonra tələbə  hər təhsil rübünün   əvvəlində Təhsil Nazirliyinin təsdiq etdiyi sənəddə göstərdiyi  məbləği (təhsil haqqını)  ABŞ dolları ilə ödəyir. Əcnəbi tələbə hər hansı üzürlü və üzürsüz səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya davam etdirmək istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır.

Xarici vətəndaşın universitetə qəbul əmri verildiyi gündən o, universitetin tələbəsi  statusunu alır.

Universitetdə  əyani şöbədə  təhsil müddəti 4 ildir. Qiyabi şöbədə isə təhsil müddəti 4 il 6 aydır.

Bakalavr pilləsində tədris Azərbaycan və ya  rus  dillərində aparılır.

Əyani şöbədə təhsil alan xarici vətəndaşların Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyatı  aparılır:

–   1 illik müvəqqəti yaşamaq hüququ

5.  Əcnəbi tələbə  kitabxana, idman kompleksi, tibbi xidmət,yataqxana, habelə  ödənişli əsaslarla təhsil alan azərbaycanlı tələbələr üçün müəyyən olunmuş digər hüquqlardan istifadə edə bilər  və eyni zamanda xarici tələbə öz növbəsində.

– təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etməlidir;

– təhsil müəssisəsinin əmlakının korlanmasına yol verməməlidir;

– onun təqsiri üzündən təhsil müəssisəsinə vurulmuş zərəri ödəməlidir.

6. Əcnəbi tələbə təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra ona təhsil aldığı ixtisas və dərəcəyə uyğun bakalavr diplomu  verilir.

 

 III.  Universitetdə magistr pilləsində  təhsil

Təhsildə yüksək nəaliyyətlər əldə edən məzunlar bakalavr diplomlarına uyğun müvafiq istiqamətlərdə təhsillərini magistr pilləsində davam etdirə bilərlər. Bakalavr pilləsini Azərbaycan Respublikasında bitirməyən əcnəbi vətəndaşlar magistratura pilləsində təhsil almaq üçün  Əcnəbi Tələbələrin Hazırlığı fakültəsində Azərbaycan və yaxud rus dili  kurslarını keçməlidirlər. Magistraturada dərslər sentyabr ayının 15-dən başlanır.

İlk olaraq Xarici vətəndaşın hazırlıq fakültəsində təhsil alması üçün onun  ilə universitet arasında müqavilə bağlanır.

Bundan sonra tələbə  hər təhsil rübünün   əvvəlində Təhsil Nazirliyinin təsdiq etdiyi sənəddə göstərdiyi  məbləği (təhsil haqqını)  ABŞ dolları ilə ödəyir. Əcnəbi tələbə hər hansı üzürlü və üzürsüz səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya davam etdirmək istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır.

Magistratura pilləsində əyani şöbədə təhsil müddəti 2 il, qiyabi şöbədə isə 2 il 6 aydır.

 

IV. Universitetdə doktoranturada  təhsil

 

Magistr pilləsində təhsilini müvəffəqiyyətlə bitirən  xarici vətəndaşlar doktoranturada  təhsil ala bilərlər. Magistratura pilləsini Azərbaycan Respublikasinda bitirməyən əcnəbi vətəndaşlar doktorantura pilləsində təhsil almaq üçün əcnəbi tələbələrin hazırlıq fakültəsində Azərbaycan və yaxud rus dili kurslarını  keçməlidirlər.

Azərbaycan Dillər Universitetində 2013/2014-cü tədris ili üçün təhsil haqları

(ABŞ dolları ilə) 

(Əcnəbi vətəndaşlar üçün)

Tərcümə  fakültəsi (əyani, qiyabi) 2200

 

Pedaqoji fakültə  (əyani, qiyabi) 1800

 

İngilis (alman,fransız) dili və ədəbiyyatı fakültəsi (əyani, qiyabi) 2200

 

Regionşünaslıq və Beynəlxalq  münasibətlər fakültəsi (əyani) 2200

 

Magistratura (əyani, qiyabi) 2500

 

Doktarantura (əyani, qiyabi) İxtisaslar üzrə dəyişir 1200-2000

 

 

Paylaş