Elm və innovasiya məsələləri üzrə prorektor

Sevinc Saday qızı Zeynalova

Filologiya elmləri doktoru, professor Sevinc Saday qızı Zeynalova – 29 mart 2019-cu ildən Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektorudur.

Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1988-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis-alman fakültəsində təhsil alıb. 1994-cü ildə aspiranturada təhsil almışdır. “İngilis klassik ədəbiyyatında portet problemi (C.Çoser, V.Şekspir, C.Qolsuorsi yaradıcılığı əsasında)” adlı dissertasiya mövzusunu müdafiə etmiş, 1998-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2005-ci ildə (Azərbaycan Respublikası Prezident yanında Ali Attestasiya Kommisiyasının qərarı ilə) dosent diplomu almışdır. S.S. Zeynalova 2014-cü  ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün “Azərbaycan ədəbiyyatında Qərb mövzusu (Qərbli obrazının inikası və Qərb ədəbi-estetik dəyərlərindən təsirlənmə problemi)” adlı dissertasiya mövzusunu müdafiə etmişdir.

S.S.Zeynalova 1993 – 2000-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası kafedrasında müəllim, 1999 – 2007-ci illərdə İlyas Əfəndiyev adına Fondun Təlim mərkəzinin direktoru, 2006 – 2008-ci illərdə Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasında (0,5 ştat) müəllim, 1999-2010-cu illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Xarici dillər kafedrasının müdiri, 2011 – 2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Xarici dillər kafedrasının dosenti (0,5 ştat əvəzçilik qaydasında), 2010 – 2014-cü illərdə Azərbaycan Dillər Universitetində Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti, 2014 – 2017-ci illərdə Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin nəzdində İngilis dilinin üslubiyyatı kafedrasının müdiri, 2017 – 2019-cu ilin mart ayının 29-dək Azərbaycan Dillər Universiteti Filologiya və jurnalistika fakültəsinin nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri və 2019-cu ilin mart ayının 29-dan hal-hazıradək ADU-nun Elmi işlər üzrə prorektorudur. Sevinc Saday qızı Zeynalova 2019-cu ilədək 2 monoqrafiyanın, 1 kitabın, 5 metodik vəsaitin, fənn proqramlarının və 50-dən artıq elmi məqalənin müəllifidir.

Elmi fəaliyyət

2018

AAK-ın Humanitar Elmlər üzrə Ekspert Şurasının üzvü

2016-2017

ADU-nun nəzdindəki D.02.081 Dissertasiya Şurasının Elmi Seminarının sədri

2015-2016

Magistr dissertasiyalarının Müdafiəsi üzrə Elmi Şuranın sədri

Sertifikatlar

  • 10th Intemational ELT Research Conference (New Perspectives in Quality Leaming and Teaching in ELT ) Antalya/Turkey
  • Sabah Qrupları müəllimləri üçün təşkil olunmuş “Müasir Müəllimin Fərdi İşçi Planının (syllabus) Tərtibi” təlimi
  • Fall 2016 English Language Teaching Workshop Series at AUL (English Language Programs by U.S. Department of State)
  • Pearson LCCI Certifıcate in Teaching English as Foreign Language with grade Distinction, 2015
  • AUL Academic Writing and Reading Center Certificate, 2015
  • Certificate of Participation (F+U Academy of Languages in Heidelberg), 2014
  • British Council Training Courses, ADU, 2013
  • Certificate of participation at “Webinars”, ADU, 2012
  • “Modern Methodology Teacher” Training Course. Open Society Institute. Azerbaijan, 2003-2004
  • Completed professional courses: MS Word, MS Excel. 2003
  • “Current Trends in ELT Methodology”. British Council. 1997

 

Əlaqə:

Tel: (+99412) 440-10-64