Frankofoniya, fransız dili və mədəniyyəti mərkəzinin elanı

123

Tələbə Teatrı: “Fransız dilində aktyorluq və səhnələşdirmə” təliminə qeydiyyatdan keçməyə tələsin!

Tələbəsiniz, fransız dilini və teatrı sevirsiniz? Sizin üçün iki yaxşı xəbərimiz var! Birincisi, ilk dəfə olaraq, 2020-ci il aprelin 17-dən 20-dək “10-da 10” tələbə festivalı keçiriləcək. Proqramda dünyanın hər yerindən “10-da 10” festivalında iştirak etmək üçün Poznan şəhərinə gələcək tələbə qrupları tərəfindən təqdim olunacaq 4 günlük çıxış nəzərdə tutulub.  İkincisi budur ki, sizi bu gözəl tədbirə daha yaxşı hazırlamaq üçün 15-18 noyabr 2019-cu il tarixlərində “Fransız dilində aktyorluq və səhnələşdirmə” adlı yeni təlimimizdə iştirak etmək üçün Lodza dəvət edirik.

Əlavə məlumat:

– Təlim 18-26 yaş arası tələbələr üçün nəzərdə tutulub.

– Qeydiyyat haqqı 55 €.

– Yerləşdirmə və yemək xərcləri təşkilatçılar tərəfindən qarşılanır.

– Səyahət xərcləri iştirakçılar tərəfindən ödənilir.

– İştirakçılar noyabrın 15-də Lodza gəlirlər, 16 və 17-də təlimlər keçiriləcək, 18-i isə qayıdış günüdür.

Ətraflı məlumat və qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://www.10sur10.com.pl/appel-a-candidature-formation-etudiants/?fbclid=IwAR2mBANRiuEI8-N8SDtEIv4HvrztVA36GdOqYDzjqBBmzEqRQ_5xQQzu0pw

SHARE