Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının 2 saylı bülleteni hazırlanıb

108

2018-2019-cu tədris  ilində Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının 2 saylı bülleteni hazırlanıb.

Azərbaycançılıq məfkurəsinin və ideologiyasının, ulu öndər Heydər Əliyev irsinin, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm, təhsil və mədəniyyətin davamlı inkişafı sahəsində həyata keçirdiyi dövlət siyasətinin öyrənilməsi və təbliği, universitetdə təhsil alan azərbaycanlı gənclərin tarix, mədəniyyət, ədəbiyyat, incəsənət və dillə bağlı müasir elmi biliklərə yiyələnmiş və hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşması, azərbaycançılıq ruhunda tərbiyə olunması məqsədi ilə universitetin müvafiq fakültə, kafedra və laboratoriyaları ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, İmadəddin Nəsiminin 650 illiyi, “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində və azərbaycanşünaslığın digər aktual problemləri ilə bağlı tələbələrin iştirakı ilə elmi seminarlar, dəyirmi masalar, birgə mühazirələr, kitab təqdimatlar və s. tədbirlər mütamadi olaraq keçirilmiş və bülletenin II sayında öz əksini tapmışdır.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının 2 saylı bülleteninin redaksiya heyətinə Abdiyeva Ədalət, Babayev Adil, Əliyeva Sevdagül, Həsənov Seyfəl, İmanov Muxtar, Kazımbəyli İbrahim, Mehdi Niyazi, Nağısoylu Möhsün, Rüstəmov Aqşin, Rüstəmova-Tohidi Solmaz, Yusifzadə Aidə, Zeynalova Sevinc, Zeynalov Əsgər daxildir.

Tərtibçilər Suğra Ələkbərli (məsul katib) və Şəlalə Nəqşanidir.

Bületten 46 səhifədən ibarətdi.

SHARE