Serbiya Kral Akademiyasının Prezidenti ADU-nun rektoruna təşəkkür məktubu ünvanlayıb

224

Serbiya Kral Akademiyasının Prezidenti, akademik Dragan Damyanoviç Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli rektor,

Sizinlə və Azərbaycandan olan nümayəndə heyəti ilə görüşmək çox xoş idi. Lakin sizinlə daha çox söhbət etmək fürsəti əldə etmək istərdim. Siz çox mükəmməl dünyagörüşlü bir yazıçısınız. Və sözsüz ki, çox yaxşı bir insansınız.

Cənab səfir Eldar Həsənov sizin haqqınızda çox böyük hörmət hissi ilə danışır və eyni zamanda biz də ona çox hörmət edirik.

Sizi yenidən Belqradda görmək və sizinlə söhbət etməkdən çox böyük məmnunluq hissi duyarıq. Nə zaman arzu etsəniz, bizim qonağımız ola bilərsiniz. Bizim akademiyamız sizə hər zaman açıqdır.

Bununla yanaşı Bakıya məmnuniyyətlə qəbul etdiyim dəvətiniz üçün təşəkkür edirəm.

Sizə və sevdiklərinizə sonsuz xoşbəxtlik, sevinc və uğurlar arzu edirəm”.

SHARE