Keçmiş dekana daha iki müəllim etiraz edir – RƏYLƏR

522

ADU-nun daha iki müəllimi Filologiya və jurnalistika fakültəsinin keçmiş dekanı Vüsalə Ağabəylinin universitet rəhbərliyi və kollektivə atdığı böhtanlara etiraz edib. Onların fikirlərini təqdim edirik:

Linqvokulturologiya kafedrasının dosenti Tofiq Quliyev:

“Linqvokulturologiya kafedrasının müəllimi olaraq, mən də ADU-nun çoxsaylı müəllim-professor kollektivinin bir üzvü kimi universitetimizdə baş verən olaylardan narahatlığımı bildirir, dosent Vüsalə Ağabəyli və onun havadarları tərəfindən universitetin əməkdaşları və akademik Kamal Abdullaya  ünvanlanmış əsassız, böhtan xarakterli və məkrli yazılarına son qoyulmasını tələb edirəm. Hesab edirəm ki, bu cür böhtan dolu yazılar universitetimizin nüfuzuna xələl gətirə bilməz. Bu universitet həmişə öndə gedən, öz nailiyyətləri ilə seçilib-sevilən elm ocağı olmuş və yenə öz səviyyəsini saxlayıb və saxlayacaq da.

Son 2 ildə qazandığımız nailiyyətlər bunun sübutudur. Təkrara varmaq istəmirəm. Universitet məzunlarının səsləri dünyanın bir çox ölkələrindən gəlir. Məgər siz -Vüsalə xanım,  bu universitetin məzunu deyilmisiniz? Bu münaqişəyə son qoyulmalıdır”.

Dosent Kamalə Cəfərova:  

“Vüsalə Ağabəylinin bugünə kimi yazdığı böhtan dolu yazılarını və verdiyi müsahibələri oxuduqda  hər birində eyni fikirlərin təkrar-təkrar səsləndiyini görürsən. Bu da ondan irəli gəlir ki, artıq Vüsalənin  hallandıra biləcəyi yeni bir mövzu, yeni bir ad  yoxdur.  Vusalə Ağabəyli  əmək kitabçası korlanmayanadək vəzifə davası edirdi, indi isə korlanmış əmək kitabçasının davasını edir. Sabah nəyin davasını edəcək, onu bir Allah bilir”.

SHARE