Kamal Abdullanı ölkədə və dünyada oxuyurlar

75

Kamal Abdullanı uzun illərdi tanıyıram, özünəməxsus xüsusiyyətləri olan bir insandır. O, ən yüksək vəzifələrdə də yazıçı kimi işləyib. Prezident Administrasiyası kimi ciddi bir dövlət orqanında işə yazıçı kimi gedib-gələn insan olub, gözümlə görmüşəm. Neçə universitetin rektoru olubsa, işə həmişə rəhbər kimi yox, tələbə kimi gəlib-gedib. Bu xüsusiyyətlər onun bir insan kimi böyüklüyünü şərtləndirir. Kamal müəllim vüqarlı, əzəmətli insandır. Nümunəvi bir şəxsiyyətdir. Onun qələm adamlarına, xüsusən, gənc yazarlara göstərdiyi diqqət və qayğı demək olar ki, hamımızın gözü qarşısında baş verib. Kamal müəllim neçə-neçə insanların ümid yeridir. Şeir yazır, şairlərin yanındadır, nəsr yazır, nasirlərin yanındadır, dram yazır, dramaturqların yanındadır, rektor olur, tələbələrin, müəllimlərin yanındadır.

Bu günlərdə kimlərsə Kamal müəllimi nüfuzdan salmaq üçün sosial şəbəkələrdə onun haqqında qərəzli statuslar yazır və çox təəssüflər olsun ki, bu siyahıda hörmət etdiyim insanlardan biri – İqbal Ağazadə də var. Necə oldu ki, İqbal Ağazadə gənc bir dekanəni bir universitet rektorundan, ziyalıdan, böyük bir yazıçıdan qorumaq qərarına gəldi? Allah bilir, İqbal bəyin gənc dekanə Vüsalə Ağabəylinin haqqında yazdığı müdafiə statusunun altında hansı məqsədlər var. İqbal bəy Kamal Abdullanı hədələyir ki, daha sənin oxucun olmayacam.
Əvvəla, bu fikrin İqbal bəy kimi intellektli bir insanın dilindən səslənməsi böyük bir biabırçılıqdır. Necə olur ki, bir qız yazıçını sənin əlindən ala bilir? İkincisi, Kamal Abdullanı ölkədə və dünyada oxuyurlar. İqbal bəy deyir, Kamal Abdulla gənc bir dekanə ilə niyə ictimai dialoq təşkil etmir? Axı Kamal müəllim bu qıza nə qədər cavab verməlidir? Axı rektor bütün ittihamlara cavab verib. Rektordur, universitet rəhbəridir, adam konkret olaraq deyir, mən səninlə işləmək istəmirəm. Bəs rektor nə üçündür?

Kəramət Böyükçöl

SHARE