Kamal Abdulla təltif edildi

33

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla “Azərbaycan diplomatik xidmət orqanları – 100” yubiley medalı ilə təltif edilib.

Rakus.az xəbər verir ki, ADU-dan verilən məlumata görə, mükafat ali təhsil ocağının rəhbərinə Milli Mətbuat Günü ilə əlaqədar universitetdə təşkil olunan mərasimdə təqdim olunub.

Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin birinci katibi Rövşən Cəfərov medala layiq görülməsi münasibəti ilə Xalq yazıçısı Kamal Abdullanı təbrik edib. O, qeyd edib ki, Azərbaycanın və dilimizin dünyada tanıdılmasında akademik Kamal Abdullanın böyük rolu var.

Əlamətdar yubiley medalına layiq görülməsi münasibəti ilə fikirlərini bölüşən rektor Xarici işlər naziri Elmar Məmmədyarov və nazirliyin kollektivinə təşəkkürünü bildirib. O, deyib ki, “Azərbaycan diplomatik xidmət orqanları – 100” yubiley medalı ilə təltif olunmasının onun üçün xüsusi əhəmiyyəti var.

https://rakus.az/kamal-abdulla-teltif-edildi/

SHARE