DİQQƏT! ELAN! – ADU-nun saytında yeni bölmə açılacaq

591

Azərbaycan Dillər Universitetinin (ADU) rəsmi internet saytında (adu.edu.az) yeni bölmə açılacaq. Universitetin Elmi hissəsinin təşəbbüsü ilə açılacaq bölmə tədqiqatçıların elmi təcrübəsini artırmaq məqsədilə təşkil olunur.

Eyni zamanda əsas məqsəd professor-müəllim heyətinin, doktorant, magistrant və yaradıcı tələbələrimizin müxtəlif məcmuələrdə çap olunmuş məqalə və tezisləri ilə geniş ictimaiyyəti tanış etmək, ADU kollektivinin elmi potensialına yaxından bələd olmaqdır.

Üstünlüklərdən biri də ondan ibarətdir ki, müəllif yeni məqalə və tezis yazarkən həmin yazılara istinad etmək hüququ qazanır.

Bu bölmə elmdə, təhsildə olan yeniliklərlə sizi tanış edəcək.

ADU-nun professor-müəllim heyətini, doktorant, magistrant və yaradıcı tələbələri əməkdaşlığa dəvət edirik.

SHARE