Çəmən Babaxanova: “Bəsdir, bu məkrli hərəkətlərinizdən əl çəkin”

567

ADU-nun Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru Çəmən Babaxanova universitetin sabiq dekanı Vüsalə Ağabəylinin təhsil ocağının kollektivinə və rəhbərliyinə atdığı böhtanlara öz feysbuk səhifəsində münasibətini bildirib. Onun fikirlərini təqdim edirik:

“Əziz həmkarlarım, mən hal-hazırda 31 nəfər fransız dili müəllimi ilə Nisdə Frankofoniya Universitetində təkmilləşdirmə kursundayam. 9 nəfər professorumuzun fikirləri ilə razıyam. Yazılanlarla tam həmfikirəm. Kamal Abdulla ilə 18 il bir universitetdə işləmişəm. Gözəl insan, savadlı alim, qayğıkeş rektor, dövlətimizin siyasətini uğurla həyata keçirən və davam etdirən bir insandır.

Bəsdir, bu məkrli hərəkətlərinizdən əl çəkin. Qoyun universitetimizin dəyərli mütəxəssisləri öz işləri ilə məşğul olsunlar. Mən bütün ömrümü bu universitetdə fransız dilinin tədrisinə həsr etmişəm. Hər kəs faydalı əməllərlə məşğul olmalıdır, məkrli işlərlə yox. Mənimlə olan fransız dili müəllimləri də bu fikirdədirlər”.  

SHARE