“Akademik yazı üzrə bələdçi “ mövzusunda seminar keçirilib

89

ADU-nun kitabxanasında Tədris və Təlimin təkmilləşdirilməsi Erasmus+ “PETRA layihəsi” çərçivəsində “Akademik yazı üzrə bələdçi “ mövzusunda seminar keçirilib. Seminar PHD və doktorluq yazıları yazmağa kömək etmək üçün istifadə ediləcək tədqiqatlar və vasitələrə həsr olunub.

Seminarda dünyada elmi məlumat bazaları, paralel olaraq bu bazalarda axtarış üsulları, tədqiqatda istifadə edilən ədəbiyyat siyahısının yazılış qaydaları haqqında məlumatlar öz əksini  tapıb.

Kitabxananın müdir müavini Cəmilə Əliyeva universitet həyatında kitabxananın rolu haqqında məlumat verərək qeyd edib ki, kitabxana ali məktəbin aparıcı struktur qurumlarından biri olub, təlim-tərbiyə və elmi tədqiqat prosesini, tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən və bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzidir.

Kitabxana və İnformasiya resurslar haqqında həftə içi 24 saat ərzində istənilən məkandan elektron kitablara,jurnallara,  qəzetlərə və verilənlər bazalarına daxil olmaq mümkündür. C.Əliyeva  bildirib ki, yüzlərlə elektron kitab, DVD, dərslik və dərs vəsaitimiz rəqəmsal axivdə öz əksini tapıb. İstənilən vaxt  Dspacedə  axtarış  aparmaq olar. Paralel olaraq adu.edu.az/kitabxana səhifəsində olan açıq internet səhifəli beynəlxalq məlumat bazaları haqqında dolğun məlumat verilib və nümunə olaraq axtarış üsulları göstərilib.

Təqdimat zamanı dünyada tanınmış EBSCO və JSTOR – hər iki elmi mətnə açıq giriş təmin edən məlumat bazalarının əhəmiyyəti haqqında da məlumat verilib və  istifadə üsulları geniş şəkildə nümayiş etdirilib.

EBSCO – informasiya xidmətləri bazarında elektron xidmətlərin və məlumat bazalarının lider provayderidir, informasiya xidməti 32 bölmədə, 21 ölkədə fəaliyyət göstərir, dünya üzrə müştəri  sayı 100.000 EBSCO host platformasına hər gün axtarış  8 milyon.

JSTOR –  məzmunca çox fənləri əhatə edir və iki məqsəd daşıyır. JSTOR – nüfuzlu elmi jurnalların etibarlı arxivini yaradır və onu dəstəkləyir.

JSTOR – kollektiv müəlliflərin professional nəşrlərini, tədqiqatçılar üçün arxivdə jurnal səhifələrini, orijinal təsvirlərin surətinin çıxarışına imkanı təmin edir.

Təqdimatda beynəlxalq Scopus, Web of Science, Google Scholaristinad sistemləri haqqında ayrı-ayrılıqda geniş məlumat verilib.

SCOPUS məlumat bazası ən böyük və tanınmış ədəbiyyata (elmi jurnallar, kitablar və konfrans hesabatları) istinad və biblioqrafik məlumat bazasıdır. Dünya miqyasında elm, texnologiya, tibb, sosial elmlər və humanitar sahələr üzrə tədqiqat nəticələrinin geniş əhatəli təfərrüatlarını təqdim edən Scopus tədqiqatların araşdırılması, tədqiqi  üçün ağıllı vasitələrdən ibarətdir. Bu, elmi nəşrlərin axtarışı üçün əla dəstək verir və mövcud məqalələrin geniş yayımlanmasından bəhs edilən bütün tezislərə link verir. Scopus 2004-cü ildə yaradılan “Elsevier”annotasiya və istinad bazasıdır.

Google Scholar- məqalələrinə linkləri izləmək üçün müəlliflərə asan bir yol təqdim edir. Nəşrlərə kimin istinad verdiyini burada yoxlamaq olur. Bir sitat verib və bir neçə istinad göstəricisini hesablamaq  olur.

Thomson Reuter / Web of Science – məlumat bazası elm, ictimai elmlər, sənət və humanitar elmlər, eləcə də tədqiqat sahələrinə dair dövri jurnallar və konfrans materialları, ən uyğun və nüfuzlu nəşrlərə çatmaq üçün imkan verir ki, tədqiqat sahələrində nəşr edən  tədqiqatçıların araşdırmalarında bibloqrafik məlumatları və mövzu bağlantılarını istifadə edərək, bütün qeydlərə istinad edir. Akademik inkşaf kriterleri arasında ölçülər ASCİ (Advanced Science Citation Index), SSCI (Social Sciences Citation Index) və jurnallarda əldə edilənlər kimi qeyd olunur.

C.Əliyeva seminarda slaydlarla akademik yazıda istinad olunan ədəbiyyat siyahısında istifadə edilən mənbələrin qaydalı yazılışınıvə biblioqrafiyada istifadə edilən, lakin qeyd edilməyən mənbələrin verilməsini izah edib. Ədəbiyyat  siyahısı və yaxud biblioqrafiya dedikdə bir, iki, üç və daha çox müəllif, müəllifsiz, redaktorlu,e-kitab, jurnal məqalələri və s. üzrə istinad ədəbiyyatı siyahısının biblioqrafik yazılış qaydalarınümunələrlə göstərib.

Təqdimatın sonunda ADU-nun elmi işlər üzrə prorektor Sevinc Zeynalova seminarda toxunulan mövzuların aktuallığı, PHD və doktorluq yazıları yazmağa kömək üçün istifadə ediləcək vasitələr haqqında məlumatın auditoriyaya dəyərini yüksək qiymətləndirib və yeni dərs ilində belə seminarların keçirilməsini tövsiyyə edib.

Qrant və layihələr şöbəsinin müdiri Səbinə Feyzullayeva da, rəhbərlik etdiyi şöbə ilə kitabxananın bundan sonra da birgə əməkdaşlığı ilə tədbir və seminarların keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, kitabxananın Abbas Səhhət adına qiraət zalında layihə çərçivəsində texniki avadanlıqların təmin edilməsindən danışıb.

SHARE