ADU professorunun yeni kitabı işıq üzü görüb

87

Azərbaycan Dillər Universitetinin (ADU) professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın “Müasir ingilis, rus və Azərbaycan dillərinin müqayisəli tipologiyası” kitabı ingilis dilində Serbiyanın Belqrad şəhərində “Total Trade International” nəşriyyat tərəfindən işıq üzü görüb.

Kitabda qeyd olunub ki, müasir dünyada ingilis dili – qlobal dildir, rus dili ilə yanaşı beynəlxalq dildir, Azərbaycan dili isə ana və dövlət dili olduğundan belə monoqrafiyanın yazılması təsadüfi deyil. Çoxmədəniyyətli kommunikasiyanın intensiv inkişafı zamanında bir-birinə qohum olmayan dillərin effektiv öyrənilməsi ilə dilin bütün səviyyələrində araşdırılması bu gün də aktualdır.

Uzun illər ADU-nun tarixində Azərbaycan və rus bölmələrində “Müxtəlif sistemli dillərin müqayisəli tipologiyası” – əsas nəzəri fənn kimi üçüncü kursda tədris olunub. Boloniya təhsil sisteminə keçəndən sonra və hal-hazırda ADU-nun  magistr pilləsində təhsil alan tələbələr üçün dərs vəsaiti seçmə fənn kimi nəzərdə tutulan “Müqayisəli tipologiya” fənnindən otuz mühazirənin toplusudur. Adı çəkilən dilləri öyrənmək və öz biliklərini yoxlamaq istəyənlər üçün yüz sualdan ibarət “Questions in Typology” da əlavə verilir.

Eyni zamanda, kitab ingilis, rus və Azərbaycan dillərinin müəllimləri, dilçi alimlər, doktorant-dissertantlar üçün də faydalı vəsait rolunu oynaya bilər.

Kitabın rəyçiləri filologiya elmlər doktoru, professor Əfqan Abdullayev, filologiya elmlər namizədi, professor Arif Hüseynov, filologiya elmlər doktoru, professor Azad Məmmədovdur.

SHARE