ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər

57

Azərbaycan Dillər Universitetinin ikinci kurs magistrantı Bəyaz Hüseyn və dördüncü kurs tələbəsi Lalə Rüstəmli Frankofoniya Universitet Agentliyinin dəstəyi və ADU-nun Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı  ilə Bolqarıstanın Plovdiv şəhərində ənənəvi gənclər festivalında iştirak edərək Azərbaycanı təmsil ediblər.

17 ölkədən 79 tələbənin iştirak etdiyi tədbirin 4-cü günündə Azərbaycanın təqdimatı baş tutub. Təqdimat zamanı təmsilçilər  milli mətbəximizdən, milli adət-ənənələrimizdən, tariximizdən, ölkədə keçirilən beynəlxalq tədbirlərdən və s. danışaraq milli süfrə açıblar və milli rəqsimiz olan “Nəlbəki” rəqsi ilə çıxış ediblər.

Təqdimatın sonunda iştirakçılara “Yallı” rəqsini öyrədərək onlarla birgə rəqs ediblər. Sonda iştirakçılar sertifikatla təltif olunublar.

SHARE