ADU-nun məzunu yüksək nəticə göstərib

14

Azərbaycan Dillər Universitetinin məzunu Aydan Sadıqova müəllimlərin işə qəbulu üzrə imtahanda yüksək nəticə göstərib.

Azadinform xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, universitetin tələbəsi Aydan Sadıqova ötən gün ingilis dili fənni üzrə keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanda 56 bal toplayaraq yüksək nəticə göstərib.

http://azadinform.az/az/elmtehsil/228367/adu-nun-mezunu-yuksek-netice-gsterib/

SHARE