Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı

213

Hörmətli həmkarlar!

 

3-4 dekabr 2019-cu il tarixlərində Azərbaycan İnşaat və Memarlıq Universitetində Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransı keçiriləcəkdir. Konfrans böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunacaqdır.

 

Konfransın istiqamətləri aşağıdakılardır:

-Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər);

-Texnika elmləri (texniki qurğular və texnologiyalar, komputer elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat);

-Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat)

 

Məruzələrin son göndərilmə tarixi:                       1 oktyabr  2019-cu il tarixinə qədərdir  

 

Konfransa təqdim olunan məruzə aşağıdakı qaydalara uyğun tərtib edilməlidir:

  • Times New Roman (Az.Latın) şriftilə (hərflərin ölçüsü-12, interval-1,5), A4;
  • Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;
  • Mətnin əvvəlində sağdan doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı, onun altında ali təhsil müəssisəsinin adı, onun altında, mərkəzdə məruzənin adı;

 

Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir:

  • Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
  • İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
  • Ədəbiyyat siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir.
  • Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidir.
  • İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir (Məsələn, 2, səh.222)

Ən azı bir xarici ədəbiyyata istinad arzuolunandır.

 

Məruzə tezisinin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilir. Xülasələr bir-birinin eyni olmamalı və məruzənin məzmununa uyğun gəlməlidir. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin və müəllifin adı göstərilməlidir.

Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstərilməlidir. Açar sözlər üç dildə (məqalənin və xülasənin yazıldığı dillərdə) verilməlidir.

Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1 mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi, müəssisənin müvafiq kafedrasının (şöbəsinin) iclas protokulundan çıxarış və əlavədə göstərilən forma üzrə anket doldurulub əlavə edilməlidir.

Bu tələbləri ödəməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilmir. Çap üçün qəbul olunmamış məruzələr haqqında izahat və rəy verilmir, məruzə, əlavə olunan sənədlər geri qaytarılmır.

 

Konfransın təşkilat komitəsinin ünvanı:

Az 1014, Bakı şəhəri, R.Behbudov küçəsi 134, Azərbaycan Dillər Universiteti, Elmi əməkdaşlıq  şöbəsi (302-ci otaq).

Təşkilat komitəsi ilə əlaqə nömrələri:

Tel: (+994 12) 441 22 78  daxili: (2 57) ; (1 37)

E-mail:   [email protected]

SHARE