Kamal Abdullaya “İlin ən yaxşı rektoru” mükafatı təqdim olunub

114

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullaya “İlin ən yaxşı rektoru” mükafatı təqdim olunub.

Feysbuk sosial şəbəkəsində ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən “Azərbaycan universitetləri” səhifəsinin rəhbəri Zöhrab İsmayıl həyata keçirilən səsvermə haqqında məlumat verib.

O, bildirib ki, Xalq yazıçısı Kamal Abdulla “2018-2019-cu tədris ilinin ən yaxşı rektoru” sosial tələbə sorğusunda 45% səs çoxluğu ilə qalib olub.

Tədris ili ərzində Kamal Abdullanın sosial aktivliyi, tələbələrinin rifah halının yaxşılaşması üçün atdığı addımlar və tələbələrin sevimli pedaqoqu olması bu səsverməyə təsir edib.

Final seçki statusu 3 günə 100.000 nəfər görülmə ilə rekord vurub. Ümumi yazılan şərhlərin sayı isə beş min olub: “Bu, Azərbaycan Dillər Universietinin rektoruna olan yüksək ictimai münasibətin nəticəsi və göstəricisidir. Qeyd edim ki, sorğuda Azərbaycan Dillər Universitetinin tələbələri ilə yanaşı ölkəmizin 10-dan artıq ali məktəbinin tələbələri də iştirak edərək, ADU rektorunu dəstəkləyib”.

Ali təhsil ocağının rəhbəri onun fəaliyyətini qiymətləndirən hər kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, bu, təkcə ona yox, bütün universitet kollektivinə verilən qiymətdir.

SHARE