“İmtahanlar şəffaf keçirilir” – Valideynlər

351

Azərbaycan Dillər Universitetində (ADU) yay imtahan sessiyası keçirilir. ADU-nun Valideynlər Komitəsinin sədri Zülfiyyə Hüseynova və Filologiya və Jurnalistika fakültəsi üzrə Valideynlər Komitəsinin sədri Aygün Əzənmədovanın mövqeyini təqdim edirik.

Zülfiyyə Hüseynova:

“Azərbaycan Dillər Universitetində tələbə və müəllimlər üçün yüksək səviyyədə şərait yaradılıb. Mən bir valideyn olaraq çox şadam ki, övladım Gülməmmədova Lalə məhz ADU-nun tələbəsidir. Çünki ADU digər universitetlərdən yaxşı mənada fərqlənir.  İstər şərait baxımından, istər təhsilin keyfiyyəti baxımından, istərsə də maddi-texniki təminatla bağlı məsələlərdə ADU ölkəmizin qabaqcıl ali təhsil müəssisəsidir. Belə bir ali təhsil ocağının həm də üstünlüyü ondadır ki, hörmətli akademik, Xalq yazıçısı Kamal Abdulla bu ali təhsil ocağının rektorudur”.

 Aygün Əzənmədova:

“Mən çox sevinirəm ki, qızım Sultanlı Aydan məhz ADU-nun tələbəsidir. Yaradılan şərait, imkanlar, müəllim tələbə münasibətləri səmimiyyət körpüsü üzərində qurulub. Universitetdə bir çox humanist işlər görülür. Övladım ancaq təhsil almır, həm də bir vətəndaş olaraq, şəxsiyyət olaraq yetişir. Bu da bir valideyn olaraq məni sevindirir. İmtahanlar şəffaf keçirilir, tələbələrə geniş imkanlar yaradılır. Bu ADU-nun özəlliyidir. Bu özəlliyi görməmək mümkün deyil. Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərovanın qapısı tələbələrə, valideynlərə daim açıqdır. Bu da sevindirici haldır.”

SHARE