“Ali təhsil müəssisələrində sahibkarlıq mərkəzlərinin yaradılması” adlı TAİEX seminarı keçirilib

127

İyunun 10-da “Excelsior Hotel & Spa Baku” otelində Avropa İttifaqının Təhsil Nazirliyi ilə birlikdə keçirdiyi “Ali təhsil müəssisələrində sahibkarlıq mərkəzlərinin yaradılması” adlı 2 günlük TAİEX seminarı baş tutub.

Seminarda Azərbaycan Dillər Universitetinin (ADU) Dil və Tərcümə Xidmətləri Mərkəzinin direktor əvəzi Elçin Hüseynov iştirak edib.

Öncə Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, ADU-nun Beynəlxalq münasibətlər kafedrasının müəllimi Anar Nağıyev qonaqları və seminar iştirakçılarını salamlayıb. O, ali təhsil müəssisələrində sahibkarlıq fəaliyyəti və bu istiqamətdə atılan addımlardan, müasir universitetlərdə sahibkarlıq fəəliyyətinin özündə nəyi ehtiva etməsindən və bunun yalnız tələbələrə, müəllimlərə eyni zamanda tədqiqatçılara yönəlməsi istiqamətindən danışıb.

Sonra Hollandiya və Polşadan gələn təlimçilər müasir cəmiyyətdə ali təhsil müəssisələrinin sahibkar element olaraq hansı yeri tutması barədə, eyni zamanda ali təhsil sistemində sahibkarlıq fəaliyyətinin strategiyaları, innovasiya və sahibkarlığın hansı formada təmin olunmasına dair geniş fikir mübadiləsi aparıblar.

Sonda iştirakçıların sualları cavablandırılıb.

SHARE