ADU-da “12 iyun – Rusiya günü”nə həsr olunmuş dəyirmi masa keçirilib

133

İyunun 10-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin “Rusiyaşünaslıq mərkəzi” Elmi Tədqiqat Laboratoriyasının (ETL) təşkilatçılığı ilə “12 iyun – Rusiya günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Yeronin İqor Petroviç, həmçinin ADU-nun professor-müəllim heyəti iştirak edib.

Elmi Tədqiqat Laboratoriyasının müdiri, professor Məmməd Əliyev rəhbərlik etdiyi mərkəzin fəaliyyətindən danışaraq qeyd edib ki, “Rusiyaşünaslıq mərkəzi” Elmi Tədqiqat Laboratoriyası qısa zaman çərçivəsində Azərbaycan və Rusiya arasındakı təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsində müstəsna xidmətlər göstərib. O, bu kimi tədbirlərin keçirilməsinin Azərbaycan-Rusiya əlaqələrinin mədəni-humanitar sahədə möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyətə malik olduğunu deyib.

Rusiyanın Azərbaycandakı Səfirliyinin müşaviri Yeronin İqor Petroviç bayramın dövlət əhəmiyyətli tədbir olduğunu deyərək, “12 iyun – Rusiya günü”nün yaranma və qeyd olunma tarixi haqqında məlumat verib.

ADU-nun Elmi işlər üzrə prorektoru, dosent Sevinc Zeynalova “Rusiyaşünaslıq mərkəzi”nin iki ölkə universitetləri arasında təhsil sahəsində əlaqələrin genişlənməsi və inkişaf etdirilməsi istiqamətində gələcəkdə də uğurlu addımlar atacağına inandığını bildirib.

Elmi Tədqiqat Laboratoriyasının elmi işçisi Tamilla Naibova “Beynəlxalq rus dili günü”nün qeyd olunması, laborant Serqey Klimov “Elm və təhsil sahəsində Azərbaycan-Rusiya münasibətlərinin inkişafında “Rusiyaşünaslıq mərkəzi” Elmi Tədqiqat Laboratoriyasının töhfələri” haqqında danışıblar.

SHARE